FəLSƏFƏ kafedrasi doktoranturaya qəbul proqrami üZRƏ TƏBİƏTİn fəLSƏFƏSİ ixtisas fənnindən proqram baki – 2013


-cü Mövzu. Fəlsəfədə varlıq problemi



Yüklə 134 Kb.
səhifə3/12
tarix10.01.2022
ölçüsü134 Kb.
#106271
1   2   3   4   5   6   7   8   9   ...   12
3-cü Mövzu. Fəlsəfədə varlıq problemi

Ontologiya varlıq haqqında təlimdir. Varlığın naturfəl­səfi anlamı və var­lıq haqqında elmi nəzəriyyə.



Varlığın fəlsəfi anlamının əsas səpkiləri. Bütöv bir tam kimi götürülən dün­­­yanın əbədiliyi və konkret mövcudatların müvəqqətiliyi. Dünyanın mad­di vəhdəti və onun fəlsəfi fikirdə inikası.

Varlığın geniş və məhdud anlamı.

Varlıq gerçək və reallıq anlayışlarının qarşılıqlı münasibətləri, onların ox­şar və spesifik cəhətləri: gerçəklik keçmişdə və indi mövcud olan, gələcəkdə də ola­caq hadisə və proseslərin məcmusu kimi. Obyektiv və subyektiv reallıq, on­la­rın münasibəti. Obyektiv reallığın əsas mahiyyəti. Subyektiv reallıq, onu nə­zə­rə almağın zəruriliyi. Reallığı, obyektiv və subyektiv növlərə ayırmağın nisbi xa­rakteri.

Fəlsəfədə varlıq kateqoriyasının yeri. Varlıq kate­qoriyası ilə dilin sözləri arasında mü­na­sibətlər, onların əlaqə­li­liyi və fərqləri. Fəlsəfədə varlıq kateqoriyasının spesifik məz­mu­nu, mürəkkəb və kompleks xarakteri. Varlıq kateqoriyasının əşyaların konkret xassə və əlaqələrinə müna­sibəti. Varlıq kateqoriyasının mövcudluq ilə ümumi və fərqli cəhətləri.

Fəlsəfədə varlıq kateqoriyasının bir­ləş­dir­di­­yi əsas ide­yalar. Dünya sonsuz və əbədi bütövlük kimi. Təbii və mənəvi ob­yek­tlərin, cəmiyyətin mövcudluğu və inkişafının obyektiv məntiqi xarak­te­ri­nin qə­bul olunması.

Varlıq anlayışının təkamülünü öyrənməyin əhəmiyyəti. Qədim dövrün fəlsəfi təlimlərində varlıq problemi. Parmenid var­lığın mahiyyəti və əsas cəhətləri haqqında. Heraklitin, De­mokritin, Platonun və Aristotelin varlığa dair baxışları. Orta əsrlər fəlsəfəsində varlığın izahı. Dünyagörüşünün dünya­vi­ləş­məsi və varlıq. Varlığın mexaniki, naturfəlsəfi anlamı. Varlıq haqqında elmi nə­zəriyyənin formalaşması. Klassik alman fəlsəfəsində varlıq anlayışı.

Müasir qərb fəlsəfəsində varlıq probleminə diqqətin artması. Varlıq haq­qın­da ekzistensialist təlim. S.Frankın varlığa dair baxışları. Varlığın real əsas­la­rı ilə sirli mahiyyətinin mü­nasibəti problemi.

Fəlsəfi antropologiya cərəyanı nümayəndələrinin varlıq təlimi.

Varlığın səviyyələri anlayışı. Təbiətin varlığı səviyyəsi. İctimai varlıq sə­viy­­yəsi. Fərdi varlıq səviyyəsi. Varlığın «aktual» və «potensial» səviyyələri sə­p­ki­si.

Varlığın modusları anlayışı. Özündə varlıq modusu və onun spesifikliyi. Özü üçün varlıq, onun mahiyyəti. Mikro, makro və meqaaləmin vəhdəti. Öz­gə­si üçün varlıq modusu, onun əsas cəhətləri.



Yüklə 134 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin