FəLSƏFƏ kafedrasi doktoranturaya qəbul proqrami üZRƏ TƏBİƏTİn fəLSƏFƏSİ ixtisas fənnindən proqram baki – 2013


-ci Mövzu. Fəlsəfədə insan problemi



Yüklə 134 Kb.
səhifə8/12
tarix10.01.2022
ölçüsü134 Kb.
#106271
1   ...   4   5   6   7   8   9   10   11   12
8-ci Mövzu. Fəlsəfədə insan problemi

Fəlsəfədə insan probleminin mərkəzi yeri.

İnsan haqqında fəlsəfi təsəvvürlərin yaranması və inki­şafı. Qədim Şərq və Yu­nan fəlsəfəsində insan problemi. Teo­sentrik təlimlərdə insanın izahı. İntibah döv­rü fəlsəfəsinin antroposentrik xarakteri. Yeni dövrün fəlsəfi təlimləri in­sa­nın mahiyyəti haqqında. Antropoloji rasionalizm.

Azərbaycan ictimai və bədii fikri tarixində insanın izahı. Dini fəlsəfi təlim­lər­də insanın anlaşılması.

İnsanın mənalaşdırılmasının bioloji, psixi sosial və kos­mik səpkiləri, onla­rın spesifikliyi və vəhdəti.

Fəlsəfədə insanın mən­şəyinə dair əsas konsepsiyalar. İnsanın mənşəyinin naturalist mövqedən iza­hı. Antropoloji rasionalizm insanın mənşəyi haqqında. Antropososioge­nezin kompleks xarakteri. Heyvanat aləmindən insan cəmiy­yətinə keçid pro­se­si prinsipcə yeni tipli təkamül kimi. Antropososeqenezdə sosial varisliyin, dilin və şüu­run rolu. Qəbilədaxili cinsi münasibətlərin tənzimlənməsinin cəmiyyətin tə­şək­külündə rolu.

Yer üzərində həyatın kosmosdan gəlməsinə dair baxış­ların mahiyyəti. Yer­də həyatın yaranmasını əlverişli edən amillər.

İnsan cəmiyyətinin yaranması və təkamülü haqqında E.Fromun təlimi.

İnsanın mənşəyi haqqında T.Şardenin baxışları.
Fəl­səfədə insanın mahiyyətinə dair əsas kon­sep­siyalar. Sosial fəaliyyət, ictimai mü­nasibətlər və ünsiyyət insan mahiyyətinin əsasları kimi.

İnsan mahiyyətini müxtəlif və inikas edən əsas səbəblər. Psixiki həyat tər­zi­nin və fərdi həyat fəaliyyətinin özünəməx­susluqları. İnsanların həyat rolları­nın ziddiyyətliliyi və uşaqlıq xatirələrinin müxtəlifliyi.

İnsanın mahiyyəti ilə mövcudluğunun münasibəti. On­ların vəhdəti və key­fiy­yət spesifikliyi.

İnsanın təbiətinin bioloji və sosial xarakteri. İnsanda bioloji və sosial tərəflərin münasibətlərini izah edən konsep­siyalar. Sosial darvinizm və irqçilik tə­limləri. Sosibiologiya cərəyanı. «Gen ilə mədəniyyətin kovolyusiyası» ideya­sı­nın ma­hiyyəti. Bioloji təka­mü­lün genetika və evgenika elmləri tərəfindən tam nəzarətə götürülməsini iddia edən baxış.

İnsanı kobud sosiolojiləşdirən baxışlar. Antiutopiya bədii janrının ma­hiy­yəti. İnsan biolojiləşdirici və sosiolojiləşdirici yanaşmaların birtərəfliliyi və məh­dudluğu.

Fəlsəfədə insan həyatının mənası probleminin yeri və rolu.



İnsan həyatının mənasına dair baxışların təkamülü.

İnsan həyatının mənasının onun özü tərəfindən yaradılan olması. Müasir dövr­də insan ömrünü uzatmaq imkanları və onun törətdiyi problemlər. İnsanın ya­­­­şamaq və ölmək hüququ. Evta­naziyanın (ağrısız ölüm) tərəfdarları və əleyh­da­r­­ları.


Yüklə 134 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin