Dini dünyagörüşü şüurun gerçəkliyi ümumiləşərək anlayışlar vasitəsilə əks etdirməsi (məs. allah, ruh, axirət və s.) əsasında formalaşmışdır. Din – ictimai şüurun ən qədim formalarından biri olub, gerçəkliyin inikası əsasında yaranmışdır.Lakin din gerçəkliyin fantaziyalı, bir çox cəhətdən təhrif olunmuş inikasıdır, fövqəltəbiiliyə pərəstiş əsasında yaranmışdır. Din ibtidai icma, quldarlıq və xüsusilə feodalizm dövründə ictimai şüurun bütün formalarını öz təsirinə almış, cəmiyyətin mənəvi dünyagörüşün əsaslarını təşkil etmişdir. Elmi dünyagörüşü təbii – elmi və sosial – tarixi biliklərə, dünyanın təbii – elmi məsələsinə əsaslanan, dünya haqqında elmi anlayış və qanunauyğunluqların ümumiləşdirilmiş inikasını ifadə edən ideya və prinsiplərin məcmusudur.
Materialist
Materializm (lat. materialis — maddi) — Materiyanı (obyektiv reallığı) mövcudluğun əsası, başlanğıcı, ideal təsəvvürü (anlayış, iradə, ruh, hisslər) isə törəmə olduğunu iddia edən fəlsəfi baxış.
Materializm ancaq materiyanı qəbul edir, şüur və şüurla bağlı olan hər şeyi isə materiya subyektlərinin münasibətləri prosesi kimi baxır.
Fəlsəfədə materiyanın daimi opponenti kimi idealizm tərəfdarları çıxış edirlər.
"Materializm" terminini elmə Qotfrid Leybnits daxil etmişdir.
Fəlsəfi dünyagörüşü Elmi dünyagörüşün növ müxtəlifliyindən biridir. O, müəyyən cəhətdən elmi dünyagörüşlə qovuşur, eyniləşir, müəyyən cəhətdən isə on-dan fərqlənir.
Fəlsəfi dünyagörüşü
Fəlsəfə məktəbi , ümumiyyətlə ağılla əsaslanan və çox vaxt nüfuzlu bir mütəfəkkirin təlimlərindən irəli gələn ümumi anlayışlar üzərində qurulan kainatın fundamental suallarına cavablar toplusudur . "Fəlsəfə" termini yunan dilindən yaranmışdır , lakin bütün dünya sivilizasiyalarının içərisində fəlsəfi dünyagörüşünün olduğu aşkar edilmişdir. Müasir bir nümunə, postmodernistlər , əvvəllər məktəblərin plüralizmin və epistemoloji və mənəvi relativizmin tərəfdarı olan möhtəşəm povestlərinə qarşı mübahisə edir