FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolstrreplN



Yüklə 395,94 Kb.
səhifə12/68
tarix05.05.2023
ölçüsü395,94 Kb.
#126394
1   ...   8   9   10   11   12   13   14   15   ...   68
fəlsəfə möv. magistr (1)

Məzdəkilik sosial şüuru ön plana çəkən manilik təliminə əsaslanırdı. Manilikdəki dualizm məzdəkilik üçün də səciyyəvidir. Həm məzdəkilikdə, həm də manilıkdə mövcud olan dualizmi, İşıq ilə Qaranlığın mübarizəsi ideyasını əsas götürürdü. Manilikdən fərqli olaraq məzdəkilik lə'limi hesab edirdi ki, İşıq (Xeyir) səltənətinin fəaliyyəti ədalətli, ağıllı və məqsədəuyğundur, Qaranlıq (Şər) səltənətini hərəkəti isə təsadüfi və xaotikdir. Məzdəkiliyə görə, Xeyirin Şər üzərində qələbəsi uzaq gələcəkdə deyil, "hazırkı həyatda" baş verməlidir. Məzdək tə'limində insanları qarşılıqlı maddi köməyə, bərabərliyə, "əmlak ümumiliyinə" çağıran sosial-etik görüşlər mühüm yer tutur. Məzdəkilik sosial bərabərsizliyi məhv etmək, ilkin mövcud olan Allahdan gələn ümumi bərabərliyi isə zorla həyata keçirmək üçün fəal mübarizəyə çağırırdı. Məzdəkilərin ideyaları sonralar xürrəmilər tərəfindən davam etdirilmişdir.
Məzdəkilik Xürrəmilik təliminə böyük təsir göstərmişdir. Tarixi ədəbiyyatda xürrəm sözünü üç cür izah edirlər.

  1. Xürrəm- Ərdəbil yaxmlığmda yer adıdır;

  2. Xürrəm- şad, kefcil deməkdir;

  3. Xürrəmə- Məzdəkin qadmı və təbliğatçısı.

Bunlardan mövcud ədəbiyyatda kef və kefcil mənaları daha çox məqbul sayılmışdır. Lakin akademik Ziya Bünyadov ilk dəfə olaraq xürrəm sözünün mənasını atəş sözünə istinadən izah etmək təklifıni irəli sürmüşdür. O, haqlı olaraq yazır ki, feodal və burjua müəlliflərinin «xürrəm» sözünü əxlaqsıziıqla əlaqələndirmələri, şübhəsiz, onlann elmi və siyasi cəhətdən dar düşüncəli olmaları ilə izah edilməlidir. Çünki xilafətə qarşı iyirmi ildən artıq bir müddət ərzində qəhrəmancasma azadlıq mübarizəsi aparmış Xürrəmiləri kefcil bir dəstə, əyyaş həyatı keçirən adamlar kimi vermək olmaz.
Xürrəm sözü, heç şübhəsi, «Avesta»dakı Xürrəm sözündəndir. Sonrakı fılosoflar onu «Mənəvi işıq» mənasında işlətmişdilər. Xürrəm emanasiaya prosesində İşıqlar işığından çıxan ilk nəticəyə deyilir. Bütün maddi varlıqlar məhz Xürrəmin sayəsində vücııda gəlmiş seıyılır. Bəlkə elə buna görədir ki, Xürrəmilər işıqlar işığı əvəzinə bu ilk nəticəyə pərəstiş etmişlər.
Atəşpərəstliyin (məcusiliyin) bir e!tiqad kimi Azərbaycanda tədricən sıxışdınlmasına baxmayaraq onun ayrı-ayrı prinsip və ünsürləri uzun zaman yaşayaraq adət və mərasimlərlə çulğalaşmışdır.


Yüklə 395,94 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin