FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolstrreplN



Yüklə 395,94 Kb.
səhifə32/68
tarix05.05.2023
ölçüsü395,94 Kb.
#126394
1   ...   28   29   30   31   32   33   34   35   ...   68
fəlsəfə möv. magistr (1)

KLASSİK ALMAN FƏLSƏFƏSİ
P L A N

  1. Klassik alman fəlsəfəsi, onun mahiyyəti və əsas nümayəndələr

  2. İmmanuil Kantın fəlsəfəsi baxışları

  3. İ. Fixtenin subyektiv idealizmi və F.Şellinqin obyektiv idealizmi

  4. G. Hegelin fəlsəfi sistemi

  5. L. Feyerbaxın antropoloji materializmi


  1. Klassik alman fəlsəfəsi, onun mahiyyəti və əsas nümayəndələr

Klassik alman fəlsəfəsi nisbətən qısa bir dövrü əhatə edir. Bu dövr XVIII əsrin 80-ci illərindən başlanır, XIX əsrin yetmişinci illərində (1872-ci ildə Feyerbaxın ölümü ilə) başa çatır. Bu fəlsəfə Yeni Dövr fəlsəfi fikrinin zirvəsini təşkil edir.
Klassik alman fəlsəfəsi dünya fəlsəfi fikir tarixində görkəmli rol oynamışdır. Bu fəlsəfə XVII-XVIII əsrlər fəlsəfəsində hakim mövqe tutan metafizik metodu tənqidi surətdə təhlil edərək onun elm sahəsindən kənarlaşdırılmasına nail oldu.
Klassik alman fəlsəfəsinin əsas nümayəndələri aşağıdakılardır: İohann Herder; İmmanuil Kant; İohann Fixte; Fridrix Şellinq; Georgi Hegel; Lüdviq Feyerbax.
Klassik fəlsəfənin ideal nümunəsi olan alman fəlsəfəsi çox ziddiyyətli, mürəkkəb ictimai-siyasi və nəzəri şəraitdə meydana gəlib formalaşmışdır. Bu fəlsəfə Q. Lessinq, İ, Göte, F. Şiller, H. Heyne, İ. Herder kimi zəka nəhənglərinin "Maarifçilik" ictimai hərəkatındakı tə'sirlərindən formalaşmışdır. Əgər maarifçilik Fransada Volter, Monteskye, Russo, Lametri, Didro, Helvetsi, Holbax və digərləri tərəfindən geniş və əhatəli şəkildə ifadə olunaraq burjua demokratik xarakter daşıyırdısa, Almaniyada yeni dövrün ideoloji inqilabı onun iqtisadi inkişafına uyğun şəkildə gedirdi. Almaniyada danışılan dövrdə feodal monarxiyasından ibarət olan dövlət quruluşu hökmran idi, o, feodalizm ən'ənələri əsasında inkişaf edən bir ölkə olaraq qalmaqda davam edirdi, feodalizm zülmündən xilas ola bilmir, onunla sazişə girmək isə o dövrdə yenicə formalaşmağa başlayan alman burjuaziyasının ən böyük arzusuna çevrilmişdi.
Bu dövrdə Almaniyada 360 kiçik dövlət var idi və onlar 38 makrodövlətin tabeçiliyində idi. "Alman millətinin müqəddəs Roma imperiyası" adlandırılan Almaniyada dağınıq dövlətlər şəraitində özbaşınalıq, zorakılıq, cəzasızlıq və ədalətsizlik şəraiti hökm sürürdü. Ölkə bataqlıq içərisində ağır mürgüyə dalmışdı. Qızıl-gümüş hərisi olan meşşan burjuaziya özlərinin sıxışdırılması, təhqir edilməsi ilə razılaşırdılar. Onlar bulanlıq suda balıq tutmağın asan olması, sosial hərcmərclikdə çoxlu sərvət toplamaq yolunu seçmişdilər. Alman burjuaziyası yaxşı bilirdi ki, Almaniya peyin yağınından ibarətdir. Lakin bu cür zir-zibil və peyin onlar üçün məqbul idi, çünki onların özləri də peyin və zir-zibil idi və ətraflarındakı peyin onları isindirirdi.
Almannyada ağır sənayenin zəif inkişaf etməsinə uzun sürən "Otuz illik müharibə" də ciddi tə'sir göstərmiş, kapitalist münasibətlərinin inkişafının qarşısını kəsmişdi. Bütün bunlar sənətkarlıq və manufakturaya əsaslanan alman bürgerliyinin (burjuaziyasının) zəif və qorxaqlığına ictimai əsas yaratmışdı. K. Marksın dediyi kimi alman burjuaziyası öz təbiətinə görə alman gerçəkliyinə uyğun idi, o, mühafizəkarlara qarşı inqilabçı, inqilabçılara qarşı muhafizəkar idi. Yə'ni köhnə quruluşa inqilab e'lan edirdi, cəmiyyətin dəyişdirilməsində marağı olan gənc burjuaziya və onunla köhnə quruluşun əleyhinə olanlara qarşı əksinqilabi hərəkət edirdi.
Antifeodal və antimonarxiyaya qarşı yalnız fəlsəfə maarifçiliyi yolu ilə nail olmaq istəyən klassik alman fəlsəfəsi İngiltərə və Fransada baş verən böyük inqilabi dəyişikliklərin müsbət tə'sirinin ardınca gedirdi. Maarifçilik inqilabından sonra bütün dünyanı lərzəyə salan Böyük Fransa inqilabı (1789-1794) baş verdi. Bu butün qonşu feodal ölkələri silkələdi. H. Heynenin "öküz ətalətinin hökmran ölkə" adlandırdığı Almaniya birdən-birə silkələnməyə başladı, liberal burjuaziya "Marselyoza" oxumağa başladı, Fransa Milli məclisinə təbriklər göndərdi. Hegel və Şellinq azadlıq ağacının basdırılmasında iştirak etdilər, Göte ümumdünya tarixində yeni dövrün başlandığını söylədi.
İnqalabi dəyişikliklər təbiətşünaslıqda da baş verdi, mexanikanın aparıcı rolu ilə yanaşı, XVIII əsrin sonuna doğru kimya, fizikakın qeyri-mexaniki sahələri maqnetizm, elekqrik nəzəriyyəsi yarandı, biologiya elmləri də tərəqqi etməyə başladı. 1749-cu ilda Buffon "Təbiətin tarixi" əsərində göstərdi ki, Yer, bitki və heyvan aləmi və insan vahid təkamüllü hadisələrdir. 1755-ci ildə İ. Kantın "Ümumi təbii tarix və səma nəzəriyyəsi" əsəri meydana çıxdı. O, Yer və bütün günəş sisteminin zamanda meydana gəldiyini, ilkin qaz-toz dumanlıqlarından törədiyini elmi şəkildə asaslandırdı. 1759-cu ildə K. Volf növlərin sabitliyinə, preformizmə ilk hücum çəkərək takamül nəzəriyyəsinin əsaslarını yaratdı. Lavuazye 1777-ci ildə yanma nəzəriyyəsini yaratdı va suyu sintez etdi. 1784-cü ildə C. Uatt buxar maşınını kəşf etdi. Eyni vaxtda elektrik yüklərinin qarşılıqlı tə'siri haqqında Kulon qanunu kəşf edildi.
Biologiya, fiziologiya, paleontologiya, müqayisəli fiziki coğrafiya sahəsində üzvi aləm haqqında donub qalmış təsəvvürlərə partlayıcı qüvvə kimi tə'sir göstərən böyük material toplamışdı. Bu sahədə klassik alman fəlsəfəsinin müasirləri K. Linney ("Botanika fəlsəfəsi"), Erazm Darvin ("Zoonomiya"), J. Lamark ("Zoologiya fəlsəfəsi"), Sent-İlerin təkamül tə'limi, Küvyenin müqayisəli anatomiyası və palentologiyası və s. mühüm rol oynadı.
Bütün bunların nəticəsində dünya binasının manzərəsi hərəkət etməyə başladı. Lakin təbiətşünaslıqdakı elmi kəşflər yeni dialektik anlaşılma halına salınmamışdı. Buna elmin öz daxilində baş verən proseslər də maneçilik törədirdi. Elmdə əməyin diferensiasiyasının küclənməsi alimlərdə öz məhdud ixtisasının hududlarından kənarda baş verənlərə diqqət yetirməiəkdən ibarət olan sex məhdudluğu yaratmışdı. Sxolastik söz güləşdirmələri hələ yaddaşlardan silinməmişdi və ona reaksiya şəklində məhdud empirizmi, hər cür ümumiləşdirici zəkaya, nəzəri təfəkkürə qarşı şarlatan xofunu yaratmışdı. Bir sözlə, təbiətin ümumi mənzərəsi sındırılmış güzgüyə bənzəyirdi, alimlər həmin parçalanmış hissələri ayrı-ayrılıqda tədqiq edərək bir-birinə qarşı qoyurdular, Materiya və ruh, təbiət və insan, uzvi və qeyri-üzvi aləm, subyekt və obyekt, bitki və heyvanlar, fiziki və kimyavi proseslər, istilik və enerji, hərəkət va sükunət bir-birini istisna edən əksliklər kimi öyrənilirdi. Feodal Almaniyasında olduğu kimi elmdə də hər yerdə maneçiliklər və sərhədlər, sərhad dirəkləri və gömruk məntəqələri mövcud idi. Elmin vəziyyəti Almaniyadakı "suveren mikromonarxları" olan və öz qonşuları ilə duşmənçilik edən suveren "mikrodövlətlərə" banzəyirdi.
Bununla yadaşı, elmi tədqiqatların rəngərəngliyi və parçalanması eyni zamanda yüksək səviyyəli ümumiləşdirmələrin edilməsinə tələbat da yaratmışdı. Bu cur ümumiləşdirmələri isə hər bir elm öz daxilində yerinə yetirə bilmədiyindən, Almaniyada elmin dialektik sintezi özünün imperator ə'la həzrətliyi ilə fəlsəfə elmləri tərifindən yerinə yetirildi.
Nəzərdən keçirilən ziddiyyətli elmi və sosial inkişaf şəraitində, ilk növbədə isə Almaniya və Avropanın sosial varlığının təzadlı bir dövründə klassik alman fəlsəfəsi özünün dialektik təfəkkür tərzini formalaşdırmışdır. Klassik alman fəlsəfəsi başlıca olaraq materializm və idealizmin ziddiyyətli yolları ilə irəliləmiş, son nəticədə həm ziddiyyətlərlə dolu obyektiv və subyektiv idealizm, həm də antropoloji humanist materializm şəklində formalaşmış və fikir tarixinə daxil olmuşdur. O. İ. Kant (1724-1804), İ. Fixte (1762-1814), F. Şellinq (1775-1854), G. Hegel (1770-1831), L. Feyerbax (1804-1872) tərəfindən təmsil olunmuşdur.
Adları çəkilən filosoflardan hər birisi ideya və konsepsiyalar zanginliyi ilə bir-birindən fərqlənən fəlsəfə sistemi yaratmış, fəlsəfədə radikal dəyişikliklər etmişlər. Onların hər biri fəlsəfədə özlərini novator hesab edirdilər. Məsələn, Almaniyada əvvələr mövcud və hakim olan Leybnits-Volfun metafizikasının əleyhinə çıxan, onu aradan qaldırmaq üçün ciddi səy göstərən İ. Kant bütün əvvəlki filosoflardan fərqli olaraq "Kopernik inqilabı" etdiyini zənn etmişdir. Fixteyə gəldikdə özunün "elm təlimi"ni Böyük Fransa inqilabı ilə bərabər sayırdı. Hegelə görə onun yaratdığı sistem mutləq idealizmdə mütləq həqiqətdir. L. Feyerbax özünün antropoloji materializmini fəlsəfənin e'lan etdiyi son qlobal problem adlandırırdı.
Klassik alman fəlsəfəsi öz mahiyyəti e'tibarı ilə inqilabi xarakter daşımış, sosial təkamüllərin nəzəri cəhətdən əsasında durmuş, siyasi inqilabı qabaqlamışdır.
Klassik alman fəlsəfəsi vahid mə'nəvi təşəkkül olmaq e'tibarı ilə bir sıra ümumi əlamətlərlə xarakterizə alunur. O, hər şeydən əvvəl, fikir tarixində fəlsəfənin özünəməxsus rolunun anlaşılması ilə fərqlənir. Klassik. alman fəlsəfəsinin nümayəndələri fəlsəfəni mədəniyyətin tənqidi ruhu, mədəniyyətin "Çanı" adlandırmışlar.
İkincisi, onda yalnız bəşər tarixi deyil, insanın mahiyyitinin tədqiqinə geniş yer verilmişdir. Kantda insan əxlaqi varlıq kimi, Fixqedə şüurun fəaliyyəti və insanın özunu dərk etməsi kimi, Şellinqdə obyektiv və subyektivin vəhdətin kimi, Hegeldə özünu dərk etmənin və fərdi şüurun muxtəlif cur əlaqələri kimi, Feyerbaxda isə özü üçün subyekt, qeyriləri üçün obyekt kimi, antropoloji varlıq kimi nəzərdən keçirilir.
Üçunçusu, həmin fəlsafənin nümayəndələri fəlsəfəyə fəlsəfə elmlərinin, kateqoriyalar və ideyaların özünəməxsus sistemi kimi yanaşmışlar. Məsələn, İ. Kant fəlsəfi idrak üçün qnoseologiya və etikanı, Şellinq naturfəlsəfə və ontologiyanı, N. Fixte "elm tə'limini", Hegel təbiət fəlsəfəsini, məntiqi, tarix fəlsəfəsini, fəlsəfə tarixini, huquq fəlsəfəsini, əxlaq fəlsəfəsini, din fəlsəfəsini, dövlət fəlsəfəsini, fərdi şüurun inkişaf fəlsəfəsini, L. Feyerbax isə ontologiya, qnoseologiya, etika, tarix və din fəlsəfasini tədqiq etmişdir.
Dördüncüsü, klassik alman fəlsəfəsi dialektikanın bütov bir konsepsiyasını işləyib hazırlamışdır. Kantın dialektikası insan idrakının hisslər, ağıl və zəkanın hududları və imkanlarının dialektikasıdır. Fixtenin dialektikası "Mən"in yaradıcı fəallığının. "Mən" və "qeyri-Mən"in əksliklər olmaqla qarışlıqlı tə'sirindən ibarətdir. Onlarıi əsasında isə insanın özünü dərk etməsi baş verir. Şellinq Fixtenin hazırladığı prinsipləri təbiətə tətbiq edir, onu qərarlaşmaqda, inkişaf etməkdə olan ruh kimi nəzərdən keçirir.
Böyük dialektik olan Hegel idealist dialektikanın geniş və hərtərəfli sistemini yaratmış və ilk dəfə bütün təbii, tarixi və mə'nəvi aləmi fasiləsiz dəyişilmə və inkişafda, ziddiyyətlərdə, kəmiyyət və keyfiyyət dəyişilmələrində, fasiləsizlikdə fasiləlik kimi nəzərdən keçirmiş, onları hərtərəfli təhlil etmişdir.

Yüklə 395,94 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin