FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolstrreplN


L. Feyerbaxın antropoloji materializmi



Yüklə 395,94 Kb.
səhifə37/68
tarix05.05.2023
ölçüsü395,94 Kb.
#126394
1   ...   33   34   35   36   37   38   39   40   ...   68
fəlsəfə möv. magistr (1)

5. L. Feyerbaxın antropoloji materializmi
Klassik alman fəlsəfəsinin sonuncu böyük nümayəndəsi Lüdviq Feyerbax (1804-1872) idi. Onun tarixi xidməti XVIII əsr materializminin mütərəqqi ən"ənələrini dirçəldib inkişaf etdirməsi, öz dövrü üçün böyük əhəmiyyət kəsb edən antropoloji tə"limi yaratması olmuşdur. O, gənc ikən Hegelin obyektiv idealizminin tə"siri altında idi. Bu onun "Vahid, universal və sonsuz zəka haqqında" adlı namizədlik dissertasiyasından da aydın görünür. Sonralar Feyerbax Hegel fəlsəfəsindən uzaqlaşır, onun idealizmindən imtina edir. "Hegel fəlsəfəsinin tənqidinə dair" əsərində o, artıq materializm mövqelərində dururdu. 1841-ci ildə Feyerbaxın "Xristianlığın mahiyyəti" adlı əsəri dərc edilmişdi. Bu kitab o zaman çox böyük əks-sədaya səbəb olmuş, "qaranlıqdakı şimşək kimi parlamışdır".
Feyerbax özünün bu əsərləri ilə XIX əsrin birinci onilliklərində Hegel idealizmini sıxışdıraraq materializmi bərpa etmişdir. Həmin illərdə Feyerbax metafizik materializmin görkəmli nümayəndəsi kimi çıxış edirdi. Onun materializmi antropoloji materializm idi. Bu fəlsəfənin çıxış nöqtəsində insan dayanır. O, insanı təbii-bioloji varlıq kimi xarakterizə edir, sübut etməyə çalışırdı ki, insanın bədəni (cismani varlığı) birinci, onun şüuru isə ikincidir.
Feyerbaxın fəlsəfi antropologiyasının əsasını təbiət haqqında, materialist tə"lim təşkil edirdi. O göstərirdi ki, təbiət yeganə reallıqdır, insan isə onun ən ali məhsulu, inkişafının yekunudur. Onun fikrincə, təbiət əbədidir: o zamanca sonsuz, məkanca hüdudsuzdur. Yalnız insan onun məkanda yer tutumuna hədd qoyur. O deyirdi: "Təbiətin nə başlanğıcı, nə də sonu vardır. Burada hər şey qarşılıqlı tə"sirdədir, hər şey nisbidir, hər şey zamanda həm hərəkətdir, həm də səbəbdir, hərtərətli və qarşılıqlıdır..."
Bütün bunlara baxmayaraq, Feyerbax hətta, bə"zən özünü materialist adlandırmaqdan imtina edirdi. O yazırdı ki, mən materialist deyiləm, çünki mənim üçün materiya boş bir abstraksiyadır. Feyerbax göstərirdi ki, biz materiyanı deyil, yalnız müəyyən hiss edilən şeyləri məsələn, suyu, odu, insanları və heyvanları qavrayırıq. Bu fikir ondan irəli gəlirdi ki, o yalnız hisslərlə qavranılan, yə"ni fərdi olaraq hiss edilən predmet və hadisələri sırf maddi hesab edirdi. Feyerbax qeyri-müəyyən materiyanı, substansiyanı qəbul etmirdi.
Feyerbax XVIII əsrin materialist ən"ənələrini davam etdirərək, idrakın sensualist nəzəriyyəsini inkişaf etdirmişdir. Feyerbaxın nəzərincə, real aləm hisslərlə qavranılan gerçəklikdir. Yalnız hissi qavrayış vasitəsi ilə dünyanı dərk etmək olar. Hissi idrakın yüksək qiymətləndirilməsi heç də o demək deyildir ki, Feyerbax nəzəri təfəkkürün idraki əhəmiyyətini qəbul etmirdi. Əksinə, Feyerbax yazırdı ki, “biz hisslər vasitəsilə təbiət kitabını oxuyuruq, ancaq onu hisslərlə deyil, nəzəri təfəkkürlə anlayırıq”.
Feyerbax fəlsəfəsinin məhdud cəhətləri:

  1. Feyerbax Hegel fəlsəfəsinin səmərəli toxumunu onun idealizmindən ayıra bilməmişdir. O, Hegelin idealizmi ilə birlikdə onun dialektikasını da inkar etmişdir.

  2. Feyerbax insanın mahiyyətini mücərrəd tərzdə anlayır, onu ictimai, sosial, iqtisadi münasibətlərdən kənarda götürürdü. O, başa düşə bilməmişdir ki, insan ictimai münasibətlərin
    məcmusudur. Feyerbax insanı yalnız bioloji varlıq kimi səciyyələndirmişdir.

  3. İdrak nəzəriyyəsinə bütövlükdə materialistcəsinə yanaşan Feyerbax, onun bə"zi məsələlərinin izahında idealizmə yuvarlaşmışdı. Məsələn, Feyerbax bəşəriyyətin ictimai-tarixi praktikasının həqiqətin me"yarı olduğunu başa düşmürdü. Həqiqətm me"yarının mahiyyətini

idealistcəsinə izah edirdi.

  1. Feyerbax seyrçi materializmin tipik nümayəndəsi idi, o, fəlsəfənin vəzifəsini yalnız dünyanın dərk edilməsində görürdü, onu deyişdirmək məqsədini qarşıya qoymurdu.

  2. Feyerbax təbiət hadisələrinin izahında materializm mövqelərindən, sosial hadisələrin izahında isə idealizm mövqelərindən çıxış edirdi.

Bu məhdudiyyətlərə baxmayaraq, Feyerbax fəlsəfə tarixinə materializmin ən böyük nümayəndəsi kimi daxil olmuşdur. Onun fəlsəfi sistemi ilə klassik alman fəlsəfəsi başa çatmışdır.

Yüklə 395,94 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin