FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolstrreplN


QƏDİM ŞƏRQ FƏLSƏFƏSİ və QƏDİM AZƏRBAYCAN



Yüklə 395,94 Kb.
səhifə7/68
tarix05.05.2023
ölçüsü395,94 Kb.
#126394
1   2   3   4   5   6   7   8   9   10   ...   68
fəlsəfə möv. magistr (1)

QƏDİM ŞƏRQ FƏLSƏFƏSİ və QƏDİM AZƏRBAYCAN



P L A N

  1. Fəlsəfənin mənşəyi və inkişaf mərhələləri

  2. Qədim Şərqdə fəlsəfi fikir (Misir və Babilistan)

  3. Qədim Şərqdə fəlsəfi fikir (Hindistan və Çin)

  4. Zərdüştilik və onun müqəddəs kitabı Avesta

  5. Məzdəkilik, maniçilik dini-fəlsəfı ideyaları

1. Fəlsəfə bütün mövcudluğu ərzində meydana gəldiyi tarixi şəraitin, insan biliklərinin və ictimai praktikanın in'ikasından ibarət olmuşdur. Fəlsəfi biliyin formalaşması və inkişafı tarixi isə işin əslində müəyyən tarixi dövrün fikirdə yığcam ifadəsindən başqa bir şey deyildir. Hegel «Fəlsəfə tarixindən mühazirələr»ində göstərir ki, fəlsəfə sistemlərinin ardıcıllığı da ideyanın məntiqi tə'riflərinin tərtibindəki ardıcıllığın eynidir. Fəlsəfə tarixində meydana gəlmiş sistemlərin əsas anlayışlarının xarici formalarından azad olunmasına nail olunsa, müxtəlif bilik sahələrinin əsil tə'rifləri alına bilər.
Fəlsəfənin meydana gəlməsi insanların yaşadıqları təbii və sosial mühitə uyğunlaşması üçün kafi olan empirik biliklərin çatışmadağı, mifoloji dünya qavrayışından dünyagörüşünə uzun müddətli keçid şəraitində baş vermişdir. Bu cür kəskin qnoseoloji situasiya ağır və ləng xarakter daşıyırdı, çünki onun həll edilməsi üçün müəyyən şərtlər tələb olunurdu.
Belə bir tarixi varlıq şəraiti sivilizasiyaya qədərki ibtidai-icma quruluşundan sivilizasiyaya keçid, əqli əməklə fiziki əmək arasında bölgünün baş verməsi, onunla əlaqədar olaraq elmlə məşğul olan xüsusi adamların meydana gəlməsi oldu. Tunc dövründən dəmir dövrünə keçid nəticəsində məhsuldar qüvvələrin inkişafındakı sıçrayışlar, əmtəə münasibətlərinin meydana gəlməsi, icma-tayfa strukturunun pozulması, dövlətlərin təşəkkül tapması və digər amillər fəlsəfənin meydana gəlməsini şərtləndirdi.
K.Yaspers elmin və fəlsəfənin yaranması dövrünü təhlil edərək «məhvər zamanı» (ox zamanı) konsepsiyanı irəli sürmüş, həmin anlayışla tarixdə mifoloji şüurdan dünyanın və insanın elmi-fəlsəfi anlaşılmasına keçiddən ibarət olan kəskin dönüşü ifadə etmişdir. Bu dönüş isə e.ə. birinci minilliyin 800-200-ci illəri arasında baş vermiş, eyni bir vaxtda qədim sivilizasiyaların bütün yerlərində Misirdə, Babilistanda, Çində, Hindistanda, Yunanıstanda, İudeyada, İranda fəlsəfə və elmin meydana gəlməsi üçün əlverişli şərait yaranmış, həmin yerlərdə fəlsəfə və elm meydana gəlmişdir. Bu dövrdə Çində KonfutsiLao-tszı, Mo-tszı, Çjuan-tszı, Le-tszı, Hindistanda Upanişadlar meydana çıxmış, Budda yaşamışdır. Hər iki ölkədəki mütəfəkkirlərin hamısı gerçəkliyin fəlsəfi cəhətdən dərk edilməsi imkanlarını nəzərdən keçirmiş, ona dair öz dünyavi fikirlərini irəli sürmüşlər. İranda Zərdüşt, Fələstində İliya, İsayya, İeremiya kimi peyğəmbərlər, Yunanıstanda Homer, Parmenid, Heraklit, Platon, Aristotel, EvripidSofokl, tarixçi Fukidid və mexanikanın banisi Arximed yaşamışdır. Adları çəkilən mədəniyyətlərin hər üçündə yenilik varlığın, insanın bütövlükdə anlaşılmasıdır. Həm də insanların uçurum qarşısında duranda da özünü təbiətdən fərqləndirərək öz qarşısına ali məqsədlər qoymasındadır.
Fəlsəfənin mənşəyinin ümumiliyi qədim sivilizasiyaların müxtəlif mərkəzlərində fəlsəfi fikrin inkişafındakı spesifik cəhətlərin olmasını istisna etmir. Bu, hər şeydən əvvəl qədim Şərq ölkələrində fəlsəfi fikrin inkişafına bilavasitə aiddir. Qədim Şərqin Misir, Babilistan, Hindistan və Çin kimi sivilizasiyalarında ilkin fəlsəfi fikrin inkişafındakı spesifiklik həmin ölkələrdə quldarlıq quruluşunun özünəməxsusluğundan, Qərb sivilizasiyaları ilə müqayisədə nisbətən zəif inkişafa malik olmalarından irəli gəlmişdir. K.Marks quldarlıqdan danışarkən onun iki sistemini bir-birindən fərqləndirmişdir. Onlardan biri mövcudluq vasitələrinin istehsalından ibarət olan patriarxal quldarlıq sistemi, digəri isə izafi dəyər istehsalına yönəldilən quldarlıq sistemi olmuşdur.
Onlar da «birinci» və «ikinci» formasiyalar şəklində bir-birindən fərqlənmiş, birinci formasiya özündə yalnız icma cəmiyyətini deyil, habelə quldarlıq cəmiyyətinin bir hissəsini də birləşdirmiş, ikinci formasiya isə antik (Yunanıstan) istehsal üsulundan ibarət olmuşdur. Şərq ölkələri başlıca olaraq birinci formasiyaya aid olduqlarından, orada quldarlıq qeyri-klassik formada özünü göstərmiş, Misirdə, Çində, Hindistanda aydın şəkildə təzahür etmişdir. Məsələn, Hindistanda quldarlıq münasibətlərinin inkişafı kənd icmalarını kökündən poza bilməmiş, ibtidai icma quruluşunun bütün əsas elementlərini saxlamışdı. Çin, Misir və Babilistan da həmin vəziyyətdə idi.
Bu ictimai-iqtisadi şəraitə, habelə qədim şərq xarqlarının psixoloji cəhətdən fərqlərinə görə qədim Misirdə, Çində, Hindistanda, İranda, İudeya və İslaildə fəlsəfi fikir qədim Yunanıstanda olduğu klassik formada inkişaf edə bilməmişdi. Qədim Şərq ölkələrinin fəlsəfəsi fəlsəfəyə qədərki şüurdan aydın şəkildə fərqlənmirdi, çox hallarda adi əxlaqi şüurdan (Çində) və dini-mifoloji şüurun qarılışığından (Hindistan) ibarət olurdu. Lakin deyilənlərə baxmayaraq həmin ölkələrdə dünyaya bu və ya digər münasibətdə az və ya çox dərəcədə fəlsəfi şüur elementləri mövcud olmuşdur.
Beləliklə, biz fəlsəfənin mənşəyi və ilkin inkişaf mərhələsi haqqında müəyyən məlumat əldə etdik. Fəlsəfi fikir ictimai tərəqqinin sonrakı mərhələlərində, dünyanın elmi və dini mənzərəsində, sosial-siyasi şəraitdə baş verən dəyişiklik və inkişafa uyğun olaraq dəyişmiş, təkmilləşmiş və inkişaf etmişdir. Fəlsəfənin keçdiyi tarixi inkişaf yolunun mərhələlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

Yüklə 395,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin