İbtidai fəlsəfə kursu, “Az dövlət nəşr.”, Bakı, 1966 Xəlilov S. Fəlsəfə: tarix və müasirlik. Bakı, “Bakı Universiteti” nəşr., 2006 Qunnar Skirberk və Nils Gilye. Fəlsəfə tarixi. Bakı, “Zəkioğlu” nəşr., 2007
1. Dialektikanın mahiyyəti və strukturu Dialektika yunan sözü olub mübahisə etmək, müsahibə aparmaq bacarığı deməkdir. Dialektika quldarlıq demokratiyasının inkişafı ilə əlaqədar olaraq mübahisə etmək, öz fikrləi sübuta yetirmək, adamları ona inandırmaq, özünün haqlı olduğunu əsaslandırmaq və bununla da dövlət, məhkəmə və başqa işlərin müzakirəsi zamanı tərəfdarlar qazanmaq bacarığının yüksək qiymətləndirildiyi Qədim yunan fəlsəfəsində meydana gəlmişdir.
Qədim Yunanıstanda dialektika dedikdə, müsahibə yolu ilə müsahibin mühakimələrindəki ziddiyyəti aşkara çıxarmaq, həqiqəti sübuta yetirmək sənəti başa düşülürdü. O zaman xüsusi hazırlıq və böyük ustalıq tələb edən dialoq sənəti onuniştirakçılarının müzakirə olunan məsələlər ətrafında bir-birlərinə suallar verən alternativ nöqteyi-nəzəri başa düşməyi, onun nöqsanlarını, ziddiyyətlərini aşkara çıxarmaqla öz mövqeyinin üstünlüyünü sübuta yetirməyi ehtiva edirdi. Mübahisə prosesində müsahiblərin şərik olduqları bir iddiadan hər iki tərəfin mühakimələrinin cilalandığı üçün başqasına doğru getməklə mövqelər yaxınlaşır və daha düzgün olur. Nəticədə müxtəlif mövqelər nəzərə alınmaqla mühakimələrin birtərəfliliyi aradan qaldırılır, həqiqətə yaxınlaşırdı.
Belə ictimai polemika praktikası böyük dialoq ustası olan Sokratın fəaliyyətində geniş tətbiq olunmuşdur. O, dialektikaya, müxtəlif, hətta əks fikirlərin toqquşması və uzlaşdırılması yolu ilə həqiqətin aşkara çıxarılması sənəti kimi baxırdı. Dialektikaya mübahisə, dialoq sənəti kimi baxılması Orta Əsrlərdə və sonralar da davam etmişdir. Uzun və mürəkkəb inkişaf yolu keçərək dünyanı dərk etməyin və dəyişdirməyin yeganə həqiqi fəlsəfi metoduna çevrilən, dünyaya vahid, rabitəli bir tam kimi baxan, onu əbədi hərəkətdə, dəyişmə və inkişafda götürən dialektika təbiət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi inkişaf qanunları haqqında təlimə çevrilmişdir. Dialektika obyektiv və subyektiv dialektika olmaqla iki yerə bölünür. Obyektiv dialektika insan şüurundan xaricdə və ondan asılı olmadan mövcud olan varlığın özünün dialektikası, subyektiv dialektika isə obyektiv dialektikanın subyekt, insan, bəşəriyyət tərəfindən fərdi və ictimai şüurda əks olunmasıdır.
Fəlsəfi elm olmaq etibarilə dialektika inkişaf edən və getdikcə dolğunlaşan biliklər sistemidir. Bu sistemin əsasını müəyyən prinsiplər, qanunlar və kateqoriyalar təşkil edir. Dialektikanın prinsipləri onun əsasını təşkil edən başlanğıc müddəalardır. Dialektikanın əsas prinsipləri bunlardır: hadisələrin ən ümumi əlaqəsi prinsipi, obyektivlik prinsipi, inkişaf prinsipi, determinizm prinsipi, tarixilik prinsipi, həqiqətin konkretliyi prinsipi, nəzəriyyə ilə praktikanın vəhdəti prinsipi və b. Bu prinsiplərdə gerçək aləmin ən ümumi əlaqə və münasibətləri əks olunmuşdur. Dialektikanın qanunları və kateqoriyaları da onun zəruri komponentləridir. Dialektika həmçinin nəzəriyyə və metodun vəhdətidir. Buna görə də nəzəriyyənin funksiyasını yalnız fəlsəfi materializmə, metodun funksiyasını isə yalnız dialektikaya isnad verən nöqteyi-nəzərlər düzgün sayıla bitməz.
Dialektika mürəkkəb struktura malik olub, dörd tərkib hissədənibarətdir.