FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolstrreplN


Əvvala, dialektika təbiət haqqında, onun hərəkəti və inkişafının ümumi qanunları haqqında fəlsəfi təlimdir. İkincisi



Yüklə 395,94 Kb.
səhifə52/68
tarix05.05.2023
ölçüsü395,94 Kb.
#126394
1   ...   48   49   50   51   52   53   54   55   ...   68
fəlsəfə möv. magistr (1)

Əvvala, dialektika təbiət haqqında, onun hərəkəti və inkişafının ümumi qanunları haqqında fəlsəfi təlimdir. İkincisi, cəmiyyət haqqında onun tarixi hərəkəti və inkişafının ümumi qanunları haqqında fəlsəfi təlimdir. Üçüncüsü, dialektika təfəkkür haqqında, onun formaları və qanunları haqqında fəlsəfi təlimdir, yə'ni dialektik məntiqdir. Nəhayət, dialektika idrak haqqında, onun forma və metodları haqqında fəlsəfi təlimdir.
Dialektikanın strukturu haqqında deyilənləri yekunlaşdırıb aşağıdakı nəticəyə gəlmək olar. Materialist dialektikanın strukturu təbiətin dialektikası, cəmiyyətin dialektikası, dialektik məntiq və idrak nəzəriyyəsindən ibarətdir.
Deyilənlərdən aydın olur ki, materialist dialektika eyni zamanda həm ontologiya, həm məntiq, həm də qnoseologiya kimi çıxış etməklə onların vəhdətini təşkil edir.
Fəlsəfi elm olmaq e'tibarilə dialektikanın mürəkkəb xarakteri onun funksiyaları vasitəsilə açılır. Həm də bu halda dialektikanın funksiyalarının məzmunu onun predmeti, sistemi və strukturu ilə müəyyən olunur. Materialist dialektikaya təbiət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi inkişaf qanunları haqqında elm kimi verilən tə'rifdə onun funksiyaları öz ifadəsini tapmışdır. Həmin funksiyalar aşağıdakılardır:

  1. Ontoloji funksiya. Materialist dialektikanın bu funksiyası öz ifadəsini onun təbiət və cəmiyyətin hərəkəti və inkişafının ən ümumi qanunları haqqında elm olmasında tapır. Dialektikanın qanunları xarici aləmin inkişafının obyektiv, həqiqi qanunları olduğundan fəlsəfi elm kimi dialektika hər şeydən əvvəl təbiət və cəmiyyət haqqında elmlərin nailiyyətlərinə istinad edərək təbiətdə və cəmiyyətdə baş verən hadisələrin dialektik xarakterini tədqiq etməlidir.

  2. Məntiqi funksiya. Materialist dialektikanın bu funksiyası onun həm də təfəkkür haqqında elm olması ilə səciyyələnir. İdrak prosesində bütün elmlər öz anlayış və kateqoriyalarını işləyib hazırlamaqda məntiqi təfəkkürün formalarından istifadə etsələr də, bunların heç biri tədqiqatın məntiqini öyrənməklə məşğul olmur. Bu vəzifəni yalnız məntiq olmaqla dialektika yerinə yetirir. Lakin məntiq olmaq e'tibarilə dialektikanı nə formal məntiqlə, nə də elmi tədqiqatın məntiqi ilə eyniləşdirmək olmaz. Belə ki, bu sonuncular xüsusi elmlər sahəsinə aid olub, dialektikanın tərkibinə daxil olmurlar. Dialektika həm də dialektik məntiqdir, bu sonuncu isə materialist dialektikanın ən dərin ifadəsidir.

v) Qnoseoloji funksiya. Materialist dialektikanın bu funksiyası öz ifadəsini onun idrak haqqında təlim olmasında tapır. Məlumdur ki, bütün elmlər xarici aləmi dərk etmək vasitəsidir, lakin heç bir xüsusi elm idrak prosesinin qanunauyğunluqlarını və formalarını öyrənməklə məşğul olmur. Bununla yalnız materialist dialektika məşğul olur.
q) Dünyagörüşü funksiyası. Materialist dialektikanın predmetindən belə nəticə çıxır ki, o həm də dünyagörüşü funksiyasını yerinə yetirir. Bu funksiya öz ifadəsini insanın təbiətə, cəmiyyətə və özünə münasibəti haqqında dialektik materialist təlimdə tapır.


  1. Yüklə 395,94 Kb.

    Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin