Fəlsəfənin mahiyyəti, problemlərinin dairəsi və cəmiyyətdəki rolu



Yüklə 78,26 Kb.
səhifə1/24
tarix18.11.2022
ölçüsü78,26 Kb.
#119643
  1   2   3   4   5   6   7   8   9   ...   24
Fəlsəfə imtahan sualı cavabları


  1. Fəlsəfənin mahiyyəti, problemlərinin dairəsi və cəmiyyətdəki rolu.

Bütün mövcudluq içərisində ən təəccüblü və qəribəsi insandır. Canlı təbiətin digər vücudlarına oxşarlığı ilə yanaşı, insan həm də onlardan kəskin şəkildə fərqlənir. Bu fərqi şərtləndirən əsas amil onun zəkaya malik olmasıdır. Alimlər bizim aid olduğumuz bioloji növü “Homo sapiens” adlandırırlar, bu isə latıncadan “Ağıllı insan” deməkdir. İnsanın ikinci fərqli cəhəti elə onun zəkalı təbiətindən irəli gəlir: insan digər canlı məxluqlar kimi təkcə mövcud olmaqla kifayətlənməyib, həm də mövcud olduğu dünyanı dərk etməyə, anlamağa və özü üçün şərh etməyə çalışır. 
Dünyanı anlamağa çalışan insanın öz-özünə verdiyi suallar çoxsaylı, onun maraq dairəsi isə qeyri-məhduddur. Bu suallar, onlara cavab axtarışı, həm də insanın hissləri, əhval-ruhiyyəsi və arzuları müxtəlif formalarda mövcud olur. Onlardan ən əsasları elm, dinvə fəlsəfədir.
Fəlsəfə” termini iki yunan: “fileo” –sevmək, məhəbbət və “sophia” –müdriklik sözlərinin birləşməsindən yaranıb “müdriksevərlik” anlamını verir. İlk dəfə bu sözü qədim yunan filosofu Pifaqor(m.ö. VI əsr) işlədib. Görüşdüyü çarlardan birinin ona “Səndəmi müdriksən?” sualına: “Xeyr, mən müdriksevərəm” cavabını verib.

Fərqli filosoflar tərəfindən fəlsəfənin vəzifələrinin müxtəlif cür qavranılmasına baxmayaraq, bütün fəlsəfi konsepsiyalar üçün ümumi olan müddəalar mövcuddur. Onları aşağıdakı kimi göstərmək olar:


1. Varlığın ən ümumi problemlərinin tədqiqi. Burada varlıq universal anlamda başa düşülür: maddi və ideal varlıq, təbiətin varlığı, cəmiyyət və insanın varlığı.
2. İdrakın ən ümumi problemlərinin tədqiqi. Dünya dərk olunan, yoxsa dərkolunmazdır; idrakın mahiyyəti və həqiqət nədir; idrakın obyekti və subyekti nədir və s. 
3. Cəmiyyətin fəaliyyəti və inkişafının ən ümumi problemlərinin tədqiqi. Cəmiyyət nədir; onun inkişafına təsir göstərən, stimullaşdıran amillər hansılardır; o necə inkişaf edir və s.
4. İnsan mövcudluğunun ən ümumi və əhəmiyyətli problemlərinin tədqiqi. İnsanın mahiyyəti və onun həyatının mənası nədir; maddi və mənəvinin vəhdəti; fərd, fərdiyyət və şəxsiyyət problemləri və s.

2.Fəlsəfə və dünyagörüşü.



Yüklə 78,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin