Fəlsəfənin mahiyyəti, problemlərinin dairəsi və cəmiyyətdəki rolu


Sokrat. Antik fəlsəfədə klassik dövr Sokratla başlayır. Sokrat



Yüklə 78,26 Kb.
səhifə23/24
tarix18.11.2022
ölçüsü78,26 Kb.
#119643
1   ...   16   17   18   19   20   21   22   23   24
Fəlsəfə imtahan sualı cavabları

Sokrat. Antik fəlsəfədə klassik dövr Sokratla başlayır. Sokrat (m.ö.469-399) Afinada anadan olub. Öz təlimini şifahi yaymış, heç bir əsər yazmamışdır. Çoxsaylı şagirdləri olmuşdur. Rəsmi dövlət Tanrıları tanımamaqda, yeni tanrılar yaratmaqda və gənclərin mənəviyyatını pozmaqda ittiham edilərək ölümə məhkum edilib. Məhkəmənin hökmünə görə özü zəhər içməklə qətlə yetirilib. 
Sokratın fəlsəfəsinin əsas səciyyəsi belədir: a) söhbət (“dialektik”) səciyyəsi; b) induksiya yolu ilə anlayışların müəyyənləşdirilməsi; c) etik rasionalizm, əsas formulu belədir: “Fəzilət (müsbət dəyərləndirilən insani keyfiyyətlər) –bilikdir”
Sokratın söhbətlərinin mövzusunu tipik sofistik problemlər təşkil edir: xeyir nədir, şər nədir; nə gözəl, nə eybəcərdir; fəzilət nədir, qəbahət nədir; “yaxşı olmağı” öyrənmək olarmı və bilik necə əldə olunur.
Sokrat öz söhbət metodunu “mayevtika” (mamaçalıq sənəti) adlandırıb. O, bununla demək istəyirdi ki, o, həqiqətin mənbəyi deyil, yalnız həqiqətin “doğuluşuna” kömək edir. Mayevtikanın qayəsi belədir: həmsöhbətin müddəalarını ziddiyyət və ironiyaya gətirməklə inkar etmə; hiyləgər bilməməzlik, cavabdan yayınma. Nəticədə o, həmsöhbətinin biliyinin həqiqi olmadığını sübuta yetirir. Bu zaman Sokrat özünün heç nə bilmədiyini deyərək, “xalis həqiqəti” söyləyir. Belə ki, ö hesab edir ki, İlahi müdrikliklə müqayisədə insan biliyi bir heçdir.
Sokrat sofistlərin relyativizmini inkar edərək göstərmək istəyir ki, Xeyir, Ədalət kimi universal (ən ümumi) dəyər və normalar mövcuddur. Bunun üçün insana yanılmalardan, həqiqi olmayan biliklərdə qurtulmağa kömək etmək lazımdır. Bu səbəbdən o, verilmiş anlayışların təhlili və onların təyinin axtarılmasından başlayır. “Ədalət nədir?”, “Cəsarət nədir?” və s. Ona görə, anlayışları təhlil edərək şeylərin əslində nə olduğunu dərk edə bilərik. Əgər anlayış yoxdursa, bilik də yoxdur. Deməli, fəaliyyət də ola bilməz –xeyrin, əxlaqın nə olduğunu bilməyən insan xeyir yarada, əxlaqlı ola bilməz. Sokrata görə hər bir insan ruhunda bir xeyir başlanğıcı var. İnsan ona, yəni qəlbinin səsinə qulaq asarsa xeyir törədər. Buradan onun məşhur tezisi alınır: “Öz-özünü dərk et”.

20. Platonun fəlsəfi görüşləri.


Platon. Təkcə Antik deyil, bütövlükdə ümumdünya fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri də Platondur. O, Qərb metafizik ənənəsinin banisi hesab edilir: onun təlimi təkcə dünya fəlsəfəsinə deyil, həm də bütün bəşər mədəniyyətinə böyük təsir göstərib. XX əsrin böyük filosoflarından biri A.Uaythed onun haqqında demişdir: “Bütövlükdə fəlsəfə, elə Platon fəlsəfəsinə müəyyən qeydlər toplusudur”. 
Platon (m.ö. 428-348) Afinada aristokrat ailəsində doğulub, əsl adı Aristokl olub. Geniş çiyinli olduğu üçün ona Platon (plato –yunanca geniş deməkdir) ləqəbi verilib. Gənc yaşlarından Sokratın şagirdi olmuş, sonuncu qətlə yetirildikdən sonra bir müddət səyahət edərək, Afinaya qayıdır. Burada özünün məşhur Akademiyasını açmışdır. Bu Akademiya m.s. 529-cu ilədək, Bizans imperatoru, qatı xristian və antik fəlsəfəni dinə zərərli hesab edən Yustinian tərəfindən qapadılana qədər fəaliyyət göstərmişdir. 
Platon təlimini nəzərdən keçirməzdən öncə, onun baxışlarının formalaşmasına təsir göstərmiş filosofları qeyd edək. Bu filosoflar: Pifaqor, Parmenid, Heraklit və Sokrat. O, Pifaqordan orfik elementlər: dinə meyllilik, ölümsüzlük və o dünyaya inam, riyaziyyata maraq, rasionalla mistikin qovuşmasına rəğbət; Parmeniddən həqiqi gerçəkliyin əbədi və zamandanxaric olmasına və hər bir dəyişikliyin məntiqi baxımdan illüzor (xəyali) olmasına inam; Heraklitdən hissi dünyada heç nəyin əbədi və daimi olmaması qənaətini əxz edib. Bu doktrina Parmenidin konsepsiyası ilə qovuşduqda belə bir nəticəyə gətirir ki, bilik hiss üzvləri ilə yox, yalnız zəka ilə əldə edilə bilər. Sokratdan isə ona əsasən etik problemlər miras qalıb.
Platon fəlsəfədə idealizm cərəyanının (“Platon xətti”) banisi hesab olunur. Onun təliminin nüvəsini ideyalar nəzəriyyəsi təşkil edir. Bu nəzəriyyənin əsas müddəaları belədir:
-- maddi şeylər dəyişkən və müvəqqəti olub, müəyyən zamandan sonra mövcudluqlarını başa vururlar;
-- ətraf aləm (“şeylər dünyası”) də müvəqqəti və dəyişkən olub, gerçəklikdə müstəqil substansiya kimi mövcud deyillər;
-- gerçək olaraq yalnız xalis (qeyri-cismani) ideyalar (və yaxud, eydoslar) mövcuddur;
-- xalis (qeyri-cismani) ideyalar həqiqi, əbədi və daimidir;
-- mövcud olan hər bir şey (əşya) yalnız bu şeyin ilkin ideyasının maddi ideyasıdır (məsələn, atlar doğulur və ölürlər, lakin onlar yalnız əbədi və dəyişməz olan at ideyasının təcəssümüdürlər); 
-- bütün dünya xalis ideyaların (eydosların) inikaslarıdır.
Platonun qnoseoloji, yəni insanın biliyi necə əldə etməsi haqqında nəzəriyyəsi onun Pifaqordan əxz etdiyi canın (ruhun) ölməzliyi prinsipinə əsaslanır. Platona görə can hissi dünya ilə birlikdə Allah tərəfindən yaradılıb və ideyalar aləmində mövcud olur. Burada o, ideyaları seyr edərək bütün bilikləri tamlıqda və kamilliyində əldə edir. İnsan doğulduqdan sonra can bədəndə yerləşir. Bu zaman can doğuluşa qədər, Yer həyatına qədər əldə etdiyi bilikləri unudur. Lakin bu dünyada müxtəlif hadisə, predmet və anlayışlarla qarşılaşdıqda əvvəl dərk etdiklərini, yəni, ideyalar səltənətində gördüklərini xatırlayır. Belliklə bilik əldə edir. Ona görə də, Platonun qnoseoloji təlimini bəzən “xatırlamalar nəzəriyyəsi” adlandırırlar. 
Platon fəlsəfəsində dövlət haqqında təlim xüsusi yer tutur. O, mövcud dövlət quruluşlarını təhlil edərək, onları alt qrupda təsnif edir: monarxiya, tiraniya, aristokratiya, oliqarxiya, demokratiya, timokratiya (əksəriyyətin ədalətsiz hakimiyyəti, hərbi rəhbərlərin, ordunun hakimiyyəti). Bunların içərisində aristokratiya və monarxiyaya üstünlük versə də, Platon dövlətin yeddinci konsepsiyasını –ideal dövlət konsepsiyasını təklif edir. Bu konsepsiyaya görə:
-- dövlətin bütün əhalisi üç təbəqəyə bölünür –filosoflar, hərbçilər, işçilər;
-- işçilər (kəndlilər və sənətkarlar) kobud fiziki əməklə məşğul olub, maddi nemətlər yaradırlar, onlar məhdud ölçüdə xüsusi mülkiyyət sahibi ola bilərlər;
-- hərbçilər fiziki təlimlərlə məşğul olur, dövlətdə qayda-qanunları qoruyur, müharibələrdə iştirak edirlər;
-- filosoflar (müdriklər) fəlsəfi nəzəriyyələr işləyib hazırlayır, dünyanı dərk edir, öyrədir, dövləti idarə edirlər;
-- filosoflar və hərbçilər xüsusi mülkiyyət sahibi ola bilməzlər.
21. Aristotelin fəlsəfi görüşləri.

Yüklə 78,26 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin