Fənindən SƏRBƏst iŞLƏR №1-5



Yüklə 36,16 Kb.
səhifə1/7
tarix18.03.2023
ölçüsü36,16 Kb.
#124202
  1   2   3   4   5   6   7
İntellektual tel. sərbəst iş 1-5


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ nəzdində
BAKI DÖVLƏT RABİTƏ VƏ NƏQLİYYAT KOLLECİ
İNTELLEKTUAL TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİ ”
fənindən

SƏRBƏST İŞLƏR №1-5

İXTİSAS: Rabitə qovşaqları və kommunikasiya sistemləri
QRUP: RQ310A
TƏLƏBƏ:
MÜƏLLİM: Səfərova Təranə

BAKI 2023

MÖVZU:1 Paket kommutasiyalı şəbəkələr VƏ 7 SƏVİYYƏLİ AÇIQ SİSTEMLƏR MODELİ
Paket kommutasiyalı şəbəkələr 7 səviyyəli açıq sistemlər modeli (ACM) əsasında təşkil edilir. Bu sistemdə ən aşağı-ilkin səviyyə hamıya yaxşı tanış olan fiziki səviyyə hesab edilir. Fiziki səviyyə elektromaqnit dalğalarının ötürücü sistemləri ilə birbaşa bağlıdır. Elektromaqnit dalğalarının ötürücü sistemləri dedikdə, ilk növbədə hava qatı (layı, efir mühiti), fiziki naqillər və ya müxtəlif markalı və tipli telefon kabelləri, dalğa və işıq ötürücü sistemlər və optik lifli kabellər başa düşülür.
Birinci səviyyə kanal və ya fiziki səviyyə adlanır. Fiziki səviyyənin vəzifəsi, ikinci-kanal səviyyəsi ilə birinci səviyyə arasında razılaşma (interfeys) prosesini yerinə yetirməkdir. Fiziki səviyyə bir neçə vacib parametrlə xarakterizə edilir və bunlar aşağıdakılardır:
- fiziki ötürücü sistemin tipi ; rabitə kanalının tipi; sistemin veriliş sürəti; istifadə edilən kanalın tezlik zolağı (spektri);kommutasiya avadanlığının sistemi və tipi; veriliş sisteminin seriyaları və tipləri ;elektrik qidalanma sisteminin avadanlığının tipləri ; informasiya veriliş metod və üsulları(SDH, ATM, Diff.Serv,MPLS, cəld kommutasiya və s); İnformasiyalı kanalların təşkili metodları(İKM,TDM-İKM,ADİKM, Delta modulyasiya, FDMA, CDMA ,WDMA və s); Fiziki səviyyədə beş razılaşdırma növü nəzərdə tutulur; Mexaniki razılaşdırma; Elektriki razılaşdırma; Funksional razılaşdırma; Məntiqi razılaşdırma; Əməliyyat (prosedur) razılaşdırması;
Hər bir səviyyə, bir-biri ilə məntiqi əlaqəsi olan yarım (alt) sistemlərin tətbiqi ilə, öz aralarında birləşmə (kommutasiya) prosesi yaradır. Yarımsistemlər (alt sistemlər) hazır universal inteqral mikro sxemli modulların bazası əsasında qurulur. İxtiyari yarımsistemdə yalnız onun özünə məxsus fiziki və məntiqi proseslər çoxluğu həyata keçirilir. Proses dedikdə, aşağıdakı əməliyyatlar çoxluğu (toplusu) başa düşülür:
 Elektriki siqnalların taktla (xətlə, kanalla, dövrə ilə) veriliş sürəti; Siqnallaşma prosesi; Sinxronlaşma (takt, dövrü və böyük sinxronlaşma) prosesi; İnformasiya sellərinin səhvlərdən mühafizəsi prosesi; Nöqtələr (mənbələr) arası kommutasiya prosesi; İki son yük mənbəyi arasında birləşmənin təşkili prosesi.
Adları sadalanan əməliyyatlar çoxluğu proqram təminatı(PT) əsasında həyata keçirilir.

Yüklə 36,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin