Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim



Yüklə 158,52 Kb.
səhifə20/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   16   17   18   19   20   21   22   23   ...   58
Vasitəsiz tamamlıq-hərəkətlə bilavasitə, bir başa əlaqəli olan, üzərində iş icra olunan əşyanı, obyekti bildirir.

Vasitəsiz tamamlıq təsirli feli xəbərlə ifadə olunan işin icrası nəticəsində yeni yaranan, tam və ya qismən dəyişikliyə uğrayan, məkan dəyişikliyinə uğrayan və ya sadəcə olaraq hərəkətin təsirinə məruz qalan əşyanı, obyekti bildirir.

Vasitəsiz tamamlıqlar ismin təsirlik halında olan sözlər və birləşmələrlə ifadə olunur, təsirli feli xəbərlə əlaqələnir. İsmin təsirlik halı iki cür olduğundan, yəni müəyyənlik və qeyri-müəyyənlik ifadə etdiyindən vasitəsiz tamamlıqlar da iki cür olur.

Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar

Qeyri-müəyyənlik bildirən tamamlıqlar

Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar təsirlik hal şəkilçilərinin iştirakı ilə qurulur və müəyyən, konkret əşya bildirir.

Bir rəngi yox, göylərin min rəngini sevirəm:

Bir güllü yox, güllərin çələngini sevirəm.

Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar isə təsirlik hal şəkilçisi olmadan formalaşır və qeyri-müəyyən, ümumi əşya bildirir.

O daşlı-kəsəkli boz səhralarda çörək də yetirdik, şeir də yazdıq.

Müəyyənlik bildirən vasitəsiz tamamlıqlarla qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar arasında aşağıdakı fərqlər özünü göstərir:

1.Müəyyənlik bildirən vasitəsiz tamamlıqla təsirli feli xəbər arasında idarə, qeyri- müəyyənlik bildirən vasitəsiz tamamlıqla təsirli feli xəbər arasında isə yanaşma əlaqəsi olur. Mən kitabı oxuyuram. Mən kitab oxuyuram

2.Müəyyənlik bildirən vasitəsiz tamamlığın cümlədə yeri sərbəstdir.Xəbərlə mübtəda arasında, cümlənin əvvəlində, aktuallaşma prosesində xəbərdən sonra da işlənə bilir. Damarları çıxmış quru və kobud əlini onun sinəsinə qoydu

Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqların cümlədə yeri isə sabitdir.

Onlar yanlız təsirli feli xəbərin yanında işlənir və xəbərlə onların arasına müstəqil mənalı söz daxil ola bilmir.

3.Müəyyənlik bildirən vasitəsiz tamalıqlardan əvvəl o, bu, həmin, həmən və s. kimi müəyyənləşdirici sözlər işlənə bilir. O kitabı oxudu, bu kitabı oxudu və s.

Lakin qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlardan əvvəl belə sözlər işlənə bilmir.

4.Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar kimi? nəyi? haranı? suallarına, qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar isə yanlız nə? sualına cavab verir.

5.İfadə vasitələrinə görə də bu tamamlıqlar fərqlənir. Müəyyənlik bildirən vasitəsiz tamamlıqların ifadə imkanları çox zəngindir. Xüsusi və ümumi isimlər, şəxs əvəzlikləri, substantivləşmiş işarə əvəzlikləri, yer zərfləri, dakı, dəki şəkilçiləri sözlər, ismi birləşmələr cümlədə müəyyənlik bildirən vasitəsiz tamamlıqlar vəzifəsində işlənə bilir.

Zənci bunu deməsə də, arzusunu mən duyuram, Xəyalından keçənləri gözlərindən oxuyuram.

Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqların isə ifadə vasitələri məhduddur. Başlıca olaraq ümumi isimlərlə ifadə olunur.

Gəzmişəm yurdumu mən qarış-qarış, qayalar görmüşəm başı bulutda.

Təsirli feli xəbərlə ifadə olunan işin icrası nəticəsində vasitəsiz tamamlıqla ifadə olunan obyektdə bir sıra dəyişikliklər baş verir.

1.Obyekt əvvəlcədən mövcud olmur, işin icrası nəticəsində yaranır. Burda kəllələrdən bir qala qurun.

2.Obyekt əvvəlcədən mövcud olur, işin icrası nəticəsində məhv olur. Didir, parçalayır insan insanı.

3.İşin icrası nəticəsində obyekt qismən dəyişikliyiə uğrayır. Hiss alnını qaraltmışdı.

4.İşin icrası nəticəsində obyekt məkan dəyişikliyə uğrayır. Kitabları rəflərdən götürdülər.

5.Obyekt sadəcə olaraq hərəkətin təsirinə məqruz qalır, lakin heç bir dəyişikliyə uğramır. Kitabı oxuyuram.




Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin