Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim



Yüklə 158,52 Kb.
səhifə28/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   24   25   26   27   28   29   30   31   ...   58
Səbəb zərfliyi-cümlənin xəbəri ilə ifadə olunan hərəkət və əlamətin səbəbini bildirir, niyə? nə üçün? nədən ötrü? nə səbəbə? suallarından birinə cavab verir.

Xəstə olduğu üçün rəngi solğun idi

Səbəb zərflikləri aşağıdakı nitq hissələri və söz birləşmələri ilə ifadə olunur.

1.Üçün, ötrü, görə qoşmalarının dığı şəkilçili feli sifətlərə və feli sifət tərkiblərinə qoşulması ilə.

Cavab vermədiyinə görə münasibətini öyrənə bilmədim

2.Çıxışlıq halda olan səbəb mənalı sözlər və birləşmələrlə.

A)İsimlərlə-qorxudan boğazı qurumuşdu

B)-dığı şəkilçili feli sifət və feli sifət tərkibləri ilə. Yağış düz üzümə çıpdığından gözlərimi açmağa imkan vermirdi.

C)Çıxışlıq halda olan məsdər və məsdər tərkibləri ilə.

Ağlamaqdan gözləri tutulmuşdu.

3.II tərəfi nəticəsində, sayəsində, üzündən, ucundan, üstündə tipli sözlərdən ibarət olan ismi birləşmələrlə. Bu uşaqların sayəsində biz qalib gəldik.

4.Niyə? nə üçün? nə səbəbə? nədən? və s. sual əvəzlikləri ilə.

Onun gözləri nədən bu odlu nöqtəyə bənd olub qalmışdı? O niyə yatmamışdı?

5.Feli bağlama və feli bağlama tərkibləri ilə

O ağalayacağından qorxaraq tez həyətə çıxdı.

Məqsəd zərfliyi-xəbərlə ifadə olunan hərəkətin məqsədini bildirir və niyə? nə üçün? nədən ötrü? nə məqsədlə? suallarından birinə cavab verir.

Biz ömür uğrunda ömürdən keçdik

İfadə vasitələri aşağıdakılardır:

1.Yönlük halda olan məsdər və məsdər tərkibləri ilə.

Qurbaniyəm, Qara vəzir əlindən Şeyx oğluna şikayətə gəlmişəm

2.Üçün, ötrü qoşmalarının ismi birləşmələrlə, məsdər və məsdər tərkibləri ilə işlənməsi nəticəsində. O sərinləmək üçün pəncərənin qabağında oturmuşdu.

3.Niyə?nə üçün?nədən ötrü?nə məqsədlə? sual əvəzlikləri ilə.

Bunu mənə nə üçün deyirsiniz

4.Sonu deyə sözündən ibarət olan tərkiblərlə. İşi tez qurtaraq deyə, bizə əlavə qüvvə verdilər.

5.II tərəfi məqsəd, uğur, yol, niyyət, bəhanə tipli sözlərdən ibarət olan ismi birləşmələrlə. Biz vətən uğrunda, torpaq uğrunda döyüşə gedirik.




Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin