Miqdar, ölçü, dərəcə zərfliyi-hərəkət və ya əlamətin miqdarını, ölçüsünü, dərəcəsini bildirir, nə qədər? nə dərəcə? nə dərəcədə? suallarından birinə cavab verir.Miqdar, ölçü, dərəcə zərflikləri feli xəbərlə, sifətlə ifadə olunan digər üzvlərə də aid olur. Hər şey o qədər yaxşı, o qədər fərəhli olacaq ki... işlər çox sürətlə gedir.
İfadə vasitələri aşağıdakılardır:
1.Miqdar zərfləri ilə: O, qızdırmalı adamlar kimi çox-çox və hərarətlə danışırdı.
2.Miqdar sayları ilə: Bir az başım ağrıyır, müəllim.
3.Miqdar saylarının, neçə sual əvəzliyinin dəfə, kərə, yol tipli sözlərlə birləşməsi nəticəsində: Bir kərə qan müxtəsər, oxutmuram, əl çəkin!
4.İkinci tərəfi dərəcə, dərəcədə, qədər sözlərindən ibarət olan ismi birləşmələrlə: Özümü fövqəladə dərəcədə ləyaqətli bir insan kimi hiss edirdim.
5.Hüdud bidirən kimi, qədər, can-cən, dək və s. qoşmaların qoşulduğu miqdar, dərəcə bildirən sözlər və birləşmələrlə: O dəfələrlə mənə demişdi.Səriyyənin göstərişlərini bütün detallarına qədər xatırlayırdım.
6.Miqdar sayları ilə ay, il, gün, saat, dəqiqə, saniyə, yaş sözlərindən ibarət olan birləşmələrlə: Əsrlərin yolunu on ilə keçməliyik.
7.İkinci tərəf uzunu, boyu, günü tipli sözlərdən olan ismi birləşmələrlə: Günəş Bütün günü od ələyirdi.
8.İkinci tərəf addım, metr, kilometr, manat, qəpik və s tipli sözlərdən olan ismi birləşmələrlə: Biz şəhərdən on beş kilometr aralanmışdıq.
9.Miqdar, ölçü, dərəcə zərflikləri tamam, tamamilə, büsbütün, sonsuz tipli sözlərlə, müxtəlif quruluşlu ismi birləşmələrlə ifadə olunur. O, özünü sonsuz səadət işində hiss edirdi.
Şərt zərfliyi-cümlənin xəbəri ilə ifadə olunan hərəkət və əlamətin müəyyən şərtlə bağlı olduğunu bildirir, və nə şərtlə? hansı şərtlə? suallarından birinə cavab verir.
İfadə vasitələri aşağıdakılardır:
1.II tərəfi ilə (la-lə) qoşmalı şərt sözündən ibarət olan ismi birləşmələrlə
Onun məsləhətlərini nəzərə almaq şərtilə razıyam
2.İkinci tərəfi yerdə, təqdirdə sözlərindən ibarət olub şərt bildirən birləşmələrlə
Çəmən olan yerdə xalça nə lazım, Lipar olan yerdə dolça nə lazım?
3.-ınca,-mamış-madam-anda, sonra və s şəkilçili feli bağlama tərkibləri ilə.
Özü razı olandan sonra kim nə deyə bilər?
Dostları ilə paylaş: |