Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim


TƏKTƏRKİBLİ VƏ CÜTTƏRKİBLİ CÜMLƏLƏR



Yüklə 158,52 Kb.
səhifə33/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   29   30   31   32   33   34   35   36   ...   58
TƏKTƏRKİBLİ VƏ CÜTTƏRKİBLİ CÜMLƏLƏR

Plan:

1.Üzvlənən cümlələr

2.Təktərkibli cümlələr

a) şəxssiz cümlələr

b) qeyri-müəyyən şəxsli cümlələr

c) ümumi şəxsli cümlələr

d) adlıq cümlələr

3. Cüttərkibli cümlələr

Ədəbiyyat

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov.Müasir Azərbaycan dili. Sintaksis IV hissə, Bakı, Maarif, 2007.

2. Müasir Azərbaycan dili. III cild-sintaksis, Elm, 1981.

3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.

Sadə cümlələr bir predikativ mərkəzi olan cümlələrdir. Belə cümlələrin müxtəlif struktur-semantik tipləri vardır. Bunların içərisində elələri var ki, bir, iki və ya daha çox cümlələri iki qrupa ayırmaq olar: 1) üzvlənən sadə cümlələr, 2) üzvlənməyən sadə cümlələr. Üzvlənməyən cümlələr qrupunu söz-cümlələr təşkil edir. Əksər sadə cümlələr isə üzvlənən cümlələr qrupuna daxildir.

Azərbaycan dilində üzvlənən sadə cümlələrin zəngin tipləri var. Cümlə üzvlərinin iştirakına görə belə sadə cümlələri aşağıdakı kimi təsnif etmək olar:

1. Baş üzvlərin iştirakına görə:

1. cüttərkibli cümlələr;

2. təktərkibli cümlələr.

Sadə cümlələrin bir qismi baş üzvlərdən birinin iştirakı ilə qurulur və digər baş üzvə ehtiyac hiss edilmir. Baş üzvlərdən yalnız biri iştirak edən cümlələrə təktərkibli cümlələr deyilir. Belə sadə cümlələrin çox hissəsi xəbər qütbü əsasında, az bir qismi isə mübtəda qütbü əsasında formalaşır. Tək tərkibli sadə cümlələr iki hissəyə bölünür:

1.mübtədasız təktərkibli cümlələr;

2.xəbərsiz təktərkibli cümlələr

Mübtədasız tərkibli cümlələrdə xəbər və ikinci dərəcəli üzvlər iştirak edir.

Buraya daxildir:

1.şəxsiz cümlələr;

2.qeyri-müəyyən şəxsi cümlələr;

3.ümumi şəxsli cümlələr.




Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin