Gecdir. Cahan xanın rəngi açıldı.
Geniş şəxssiz cümlələrdə ikinci dərəcəli üzvlər iştirak edir. Gözünə başqa şeylər göründüyündən fikri üstündə olmurdu.
Qeyri-müəyyən şəxsli cümlələr.
Bir və ya bir neçə qeyri-müəyyən şəxs tərəfindən icra edilən iş və hərəkəti bildirmək üçün işlədilən təktərkibli sadə cümlələrə qeyri-müəyyən şəxsli cümlələr deyilir.
Qeyri-müəyyən şəxsli cümlələrin ifadə etdiyi iş və hərəkətin əksərən icraçısı olur. İş bir və ya bir qrup şəxs tərəfindən icra edilir. Lakin həmin şəxslər bir subyekt, bir mübtəda kimi cümlədə öz ifadəsini tapa bilimir, qeyri-müəyyən şəkildə qalar və cümlənin qeyri-şəxsli cümlə kimi formalaşmasına səbəb olur. Belə cümlələrin xəbəri həmişə III şəxsin cəmində olur.
Dostları ilə paylaş: |