Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim


Namərdin qabağından qaçsan



Yüklə 158,52 Kb.
səhifə42/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   38   39   40   41   42   43   44   45   ...   58
Namərdin qabağından qaçsan, elə bilər ki, qarxaqsan.

Ümumi şəxsli cümlələrə mübtəda əlavə etməklə, cümlənin mənasını daraldıb, şəxsli konkretləşdirib, cüttərkibli cümlələr yaratmaq olar.



Adlıq cümlələr. Əşyanın, hadisənin mövcud olduğunu, varlığını intonasiyanın köməyi ilə təsdiq edən sadə təktərkibli cümlələrə adlıq cümlə deyilir.

Adlıq cümlələr elə cümlə növüdür ki, əşya və hadisənin adı çəkilir, lakin onun haqqında əlavə məlumat verilmir. Cümlənin xəbəri olmadığı üçün əlamətin daşıyıcısı, hərəkətin icraçısı barədə bir söz deyilmir. Yalnız onların mpvcud olduğu bildirilir. Adlıq cümlələrin əsasında adlıq halda olan söz və birləşmələr durur. Cümlənin özəyini təşkil edən sözlər, birləşmələr mübtədəya uyğun gəlir. Çünki adlıq cümlələr mübtəda əsasında formalaşır.

Adlıq cümlələrlə şəxssiz cümlələr bir-birinə yaxın olan cümlələrdir. Adlıq cümlələrdə işin icraçısının, əlamətin daşıyıcısının adı çəkilir, mövcud olduğu göstərilir, predikativlik intonasiya ilə yaradılır. Zahirən belə görünür ki, şəxssiz cümlələrdə hərəkətin icraçısının, əlamətin daşıyıcısınını adı çəkilmədən onun hərəkət və əlaməti barədə məlumat verilir. Əslində isə vəziyyət başqa cürdür. Şəxssiz cümlələrdə hərəkətin icraçısının, əlamətin daşıyıcısının adı çəkilir və konkret morfoloji əlamətlər-dır şəkilçisi, idi, imiş koməkçi sözləri vasitəsilə onlarda predikativlik yaradılır. Adlıq cümlələrdə isə işin icraçısının, əlamətin daşıyıcısının adı çəkilir, lakin təbii-morfoloji vasitələrlə deyil, intonasiya vasitəsilə predikativlik yaradılır. Nəticə etibarilə hər iki cümlə növündə əlamətin daşıyıcısı ilə əlamət ayrı-ayrı üzvlər şəklində deyil, birlikdə verilir.

Beləliklə, şəxssiz cümlələrlə adlıq cümlələr müəyyən mənada eyni tipli cümlələrdir. Hər ikisində fikir predmenti və onun əlaməti vardır. Ona görə də feli xəbərli şəxssiz cümlələr istisna olmaqla, bir çox hallarda şəxssiz cümlələri adlıq cümlə, adlıq cümlələri şəxssiz cümlə kimi işlətmək mümkündür. İsmi xəbərli şəxssiz cümlələri əksəriyyət etibarilə adlıq cümləyə çevirmək olur.




Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin