Şəhərdə gediş-gəliş azalmışdı.
6.Yalnız tərzi-hərəkət zərfliyinin iştirak etdiyi geniş cümlələr.
Siz xoşbəxt yaşaya bilərsiniz.
7.Yalnız səbəb zərfliyinin iştirak etdiyi geniş cümlələr.
Araz xəstələndiyindən gəlməmişdi.
8. Yalnız məqsəd zərfliyinin iştirak etdiyi geniş cümlələr.
Mən oxumağa gedirəm.
9. İkinci dərəcəli üzvlərin hamısının iştirak etdiyi geniş cümlələr.
Xədicə xəbərsiz-ətərsiz yoxa çıxandan təxminən iki ay sonra (z.z)Xan(m) atası(t) Səlimdən (tam) belə (təy) bir məktub(tam) aldı (x).
BÜTÖV VƏ YARIMÇIQ CÜMLƏLƏR
Plan:
1.Bütöv cümlənin anlayışı
2.Yarımçıq cümlələr
3. Cümlənin xitablarla genişləndirilməsi
Ədəbiyyat
1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov.Müasir Azərbaycan dili. Sintaksis IV hissə, Bakı, Maarif, 2007.
2. Müasir Azərbaycan dili. III cild-sintaksis, Elm, 1981.
3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.
1.Cümlənin bütöv və yarımçıq olması bu və ya digər üzvün buraxılıb-buraxılmaması ilə bağlıdır.
Bütöv cümlələrdə fikrin ifadəsi üçün ehtiyac duyulan bilavasitə iştirak edir, mətnin köməyi ilə intonasiya və situasiya ilə bu və ya digər üzvü təsəvvür və bərpa etməyə ehtiyac duyulmur. Məs. Payızın soyuq küləyi qapı və pəncərələri dilləndirirdi.
Bütöv cümlələr daha çox bədii əsərlərdə yazıçının təhkiyə dilində işlədilir. Bütöv cümlələr cüttərkibli və təktərkibli cümlələrin tam formasıdır. Bütöv cümlələr müxtəsər və geniş olur. Müxtəsər bütöv cümlələr ya hər iki baş üzvdən, yaxud da baş üzvlərin birindən ibarət olur: Qarabağ, Şuşa, Təhmas bəyin həyəti (S.Rüstəm).
Bütöv cümlələr danışanın məqsədindən asılı olaraq ikinci dərəcəli üzvlər hesabına genişləndirilir. İnformasiyanın xarakterindən, məzmunundan asılı olaraq, çox zaman mətndə bütöv cümlələrdən yarımçıq cümlələrə keçirilir.
2. Yarımçıq cümlələr. Buraxılmış üzvləri mətnə, situasiyaya, cümləni təşkil edən üzvləri, forma və məzmununa əsasən bərpa oluna bilən cümlələrə yarımçıq cümlələr deyilir.
Bütöv cümlələr kimi, yarımçıq cümlələr də təzə cümlə tipi deyildir. Sadə cümlənin əsas növləri olan cüttərkibli və təktərkibli cümlələrin müəyyən üzvü buraxıldıqda onlar yarımçıq yaranır. Bütövlük kimi, yarımçıqlıq da üzvlənən cümlənin xüsusiyyətdir. Çünki burada bu və ya digər üzvün buraxılmasından, mətnə, situasiyaya əsasən asanlıqla bərpasından söhbət gedir. Yarımçıq cümlələr ünsiyyətə lazımi şəkildə xidmət edir, çünki buraxılmış üzvlərin mənası mətn şəraiti, situasiya və mövcud üzvlərin vasitəsilə asanlıqla dərk olunur. Ona görə də yarımçıq cümlələr mətnlə, situasiya ilə möhkəm bağlıdır. Yarımçıq cümlələr bu və digər üzvlərinin buraxılması nəzərə alınmaqla bütöv formasını bütöv cümlə ilə müqayisə əsasında müəyyənləşdirə bilirik. Bütöv və yarımçıq cümlələrlə əlaqədar mübahisələrin bir səbəbi də dil və nitq məsələlərinin fərqləndirilməməsi ilə bağlıdır. Yarımçıq cümlələrdə cümlənin və söz birləşmələlərinin quruluş modellərindən tam istifadə edilmir. Nitqin şifahi və yazılı növlərində yarımçıq cümlələr həm dioloji, həm də monoloji nitqdə özünü göstərir. Yarımçıq cümlələr iki istiqamətdə öyrənilə bilər:
1.Yarımçıq cümlə nədən ibarətdir?
2.Yarımçıq cümlədə nə buraxılmışdır?
Yarımçıq cümlələri aşağıdakı üç qrupa ayırmaq olar:
Baş üvzləri yarımçıq cümlələr: İkinci dərəcəli üzvləri buraxılmış yarımçıq cümlələr: baş və ikinci dərəcəli üzvlərin bir qismi buraxılmış yarımçıq cümlələr.
Mübtəda əvvəlki cümlələrdən birində işlənmiş olduqda “məlum olan”ı bildirdiyi üçün sonrakı cümlələrdə buraxılır: Oğlan atdan düşdü. Sonra gəlib süfrənin qırağında oturdu.
Xəbəri buraxılmış yarımçıq cümlələrin bir növü də ellipik cümlələrdir. Bütövlükdə deyil, xəbərin bir hissəsinin buraxıldığı hallar da var.
2. Cümlənin ikinci dərəcəli üzvləri də veriləni ifadə etdikdə buraxılır.
Tamamlıq məlum olanı veriləni bildirdikdə “məlum olan”ı ,“verilən”i bildirdikdə şifahi və yazılı nitqdə ixtisar edilir. Məsələn Nəriman məktubu yazıb qutardı. Tiblisiyə göstərdi və zərf istədi (Mir Cəlal).
Cümlənin ayrı-ayrı üzvləri ilə yanaşı tabesiz və tabeli mürəkkəb cümlələrin “məlum olanı”ı bildirən hissəsi də danışanın məqsəd və üslubundan asılı olaraq buraxıla bilir -Təkərin deşilmişdi axı-Sən haradan bilirsən? (Anar).
Cümlənin xitablarla genişləndirilməsi. Müraciət olunanı bildirən sözlərə və birləşmələrinə xitab deyilir.Xitabın əsas xüsusiyyətləri: müxtəlif şəxslərə, şəxsləndirən əşyalara, müccərəd varlıqlara müraciət məqəsədilə işlədilir: aid olduğu cümlənin üzvləri ilə yalnız mənaca əlaqələnir, qrammatik cəhətdən əlaqələnmə bilmir: isimlərlə və ismi birləşmələrlə ifadə olunur: ismin adlıq halında olur: xüsusi intonasiya ilə tələffüz edilir, aid olduğu cümlənin üzvlərindən xüsusi fasilə ilə ayrılır: xitablar müraciət məqsədilə işlədilir. Müraciət isə ilk növbədə də insana aiddir. Ona gördə də xitablar əksərən xüsusi adlardan, familiya, qohumluq ictimai və şəxsi münasibət bildirən sözlərdən ibarət olur: məs.; Sevgilim, gözlərin düşür yadıma. Ulduzlu göylərə baxanda sənsiz (R.Rza)
İnsana müraciətlə işlədilən xitablar dinləyənin diqqətini cəlb etmək, onu çağırmaq, oyatmaq, dinləməyə məcbur etmək, müraciətin tonundan asılı olaraq, ona təsir etmək məqəsdini güdür. Kimə ya nəyə müraciətlə işləndiyi nəzərə alınaraq, xitablar üç növə ayrılır a) insana müraciətlə işlədilənlər; b) başqa canlı varlıqlara müarciətlə işlədilənlər; c) cansız varlıqlara müarciətlə işlədilənlər. Məs.: Qarı, o çiçəklərin hikmətini aç mənə söylə (İ.Əfəndiyev).
Xitabın əsas ifadə vasitələri isimlər və substantiv ismi birləşdirmələrdir. Məs.: Bizim sizə, ey ulduzlar, ey ulduzlar, sözümüz var.
Misallardan göründüyü kimi, xitabın ifadə vasitələri (isimlər, ismi birləşmələr, isimləşmiş söz və birləşmələr) üçüncü şəxsdə olur.
III şəxs bütün canlı və cansız varlıqları, hadisələri əhatə edir. Xitablar üçüncü şəxs formasında olsa da əvəzliklərlə ifadə oluna bilmir. Təbii ki, bir və ikinci şəxsləri bildirən əvəzliklər də xitab vəzifəsində işlənə bilmir. Burada bir istisna vardır. İkinci şəxsin təkini və cəmini bildirən əvəzliklər müstəqil şəkildə xitab vəzifəsinə işlənə bilməsə də, digər şəxs əvəzliklərindən fərqli olaraq, aydınlaşdırıcı sözlərin köməyi ilə müraciət bildirən dil vasitələri sisteminə daxil ola bilər: sən, ey başladığım bu uzun şeir! Yadda qalacaqmı barı bir sözün? (S.Vurğun).
Beləliklə, xitablar formaca 3-cü şəxsdə, dinləyənə müraciətlə işlədiyi üçün məzmumca II şəxsdə olur. Məs.: Qardaş! Bizim görüşümüz uzun sürmədi (S.Rüstəm).
Xitablar bir sıra xüsusiyyətlərinə görə mübtədanı xatırladır. Mübtəda kimi, xitablar da isimlə, ismi birləşmələrlə ifadə olunur. Mübtəda kimi xitablar da ismin adlıq halında olur, mübtəda kimi, xitab vəzifəsində işlənmək üçün də bir sıra başqa nitq hissələri isimləşməli olur. Bu cür hallara baxmayaraq, mübtəda ilə xitabların mühüm fərqləri vardır:
-mübtəda haqqında danışılanı, xitab müraciət olunanı bildirir:
-mübtəda cümlənin baş və əsas üzvdür, xitab isə cümlə üzvü sayılmır:
-mübtəda hər cür nitq hissələri və söz birləşmələri ilə ifadə oluna bilir, xitabların ifadə imkanları məhduddur.
-mübtədadan fərqli olaraq xitab aid olduğu cümlənin üzvlərindən aydın fasilə ilə ayrılır.
Xitab quruluçca müxtəsər və geniş olur. Xitabların quruluşu cümlə üzvlərinin quruluşundan fərqlənir.
Nitq hissələri ilə ifadə olunan üzvlər sadə, söz birləşmələri ilə ifadə olunan üzvlər mürəkkəb hesab olunur. Xitabların quruluşunu müəyyənləşdirmək üçün başqa prinsiplərdən istifadə etmək lazım gəlir, çünki xitabların əsasında isimlər isimləşmiş sözlər və isimi birləşmələr dursa da, onlar çox zaman təyindici sözlər hesabına genişlənir və nəticədə həcm etibarilə iki üzvə-mübtəda və onun təyininə uyğun gəlir.
Müstəsər xitablar: oğul mən bilirəm, sevdaya düşən insanlar ömrünü çürüdür bəzən (S.Vurğun)
Geniş xitablar:Tərlan təbim! Hə yatmasan qanadlanmaq vaxtı gəldi (S.Vurğun)
Xitablar çox zaman çağırış bildirən a, ay, ey nidaları ilə birgə işlənir: məs: ay obalar, ay ellər, bayramınız mübarək (B.Vahabzadə).
Xitab cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir.
Xitablar yalnız müraciət deyil, münasibət də bildirir: məs: Elxan, aslan ürəkli igid.
Dostları ilə paylaş: |