Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim


SƏBƏB, MƏQSƏD, ŞƏRT VƏ QARŞILAŞDIRMA BUDAQ CÜMLƏLƏRİ



Yüklə 158,52 Kb.
səhifə57/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   50   51   52   53   54   55   56   57   58
SƏBƏB, MƏQSƏD, ŞƏRT VƏ QARŞILAŞDIRMA BUDAQ CÜMLƏLƏRİ

Plan:

1.Səbəb budaq cümləsi

2.Şərt budaq cümləsi

3.Məqsəd budaq cümləsi

4.Qarşılaşdırma budaq cümləsi

Ədəbiyyat

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov.Müasir Azərbaycan dili. Sintaksis IV hissə, Bakı, Maarif, 2007.

2. Müasir Azərbaycan dili. III cild-sintaksis, Elm, 1981.

3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.

1.Səbəb budaq cümləsi. Baş cümlədə ifadə olunan hərəkət və ya əlamətin səbəbini bildirir. Ya baş cümlə budaq cümlənin qəlibi-səbəb zərfliyi olur və budaq cümlə vasitəsilə izah edilir, konkretləşdirilir, yaxud da budaq cümlə vasitəsilə baş cümlənin səbəbini müəyyənləşdirir.

Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrinə görə səbəb budaq cümləsinin iki tipi vardır.

I tip. Budaq cümlə baş cümlədən sonra işlənir və ona müxtəlif vasitələrlə bağlanır.



  1. Budaq cümlə baş cümlədən sonra gələrək ona çünki bağlayıcısı ilə bağlanır. Məs: Bu fikri başqalarının yanında demə, çünki tamamilə yanlış bir fikirdir.

  2. Səbəb budaq cümləsi baş cümlədən sonra gələrək ona ki bağlayıcısı ilə bağlanır.Baş cümlədə qəlib söz olmuş səbəb cümləsi baş cümləyə yanlız ki bağlayıcısı ilə bağlanır. Məs: Çox ağıllı iş görmüsən ki, buraya oxumağa gəlmisən

Budaq cümlə baş cümlədən sonra gələrək ona , ona görə ki, ondan ötrü ki bağlayıcıları ilə bağlanır və s.

II tip. Budaq cümlə baş cümlədən əvvəl işlənir, ona görə də bu cür cümlələrdə səbəblə nəticə düz sıralanır. Məs: Sən ki belə mərd adamsan, bunun hamısını sənə bağışlayıram.

Bu tip iki yolla yaranır:

I.Budaq cümlənin daxilində məntiqi vurğulu sözdən sonra ki ədatı işlənir.

II.Budaq cümlə baş cümləyə nə bağlayıcı sözü və -sa, -sə şəkilçisi ilə bağlanır.

2.Məqsəd budaq cümləsi

Baş cümlədə ifadə olunan hərəkətin məqsədini bildirir.

Məqsəd budaq cümləsinin iki tipi vardır. Baş cümlə + budaq cümlə quruluşlu tipi daha çox işlənir. Budaq cümlə baş cümləyə ki bağlayıcısı, bəzən də yanlız intonasiya ilə bağlanır.

Baş cümlədə budaq cümlənin yerliliyinin olub-olmamasına görə bu tipin özünü də iki növə ayırmaq olar.

Baş cümlədə budaq cümlənin qəlibi kimi ona görə, ondan ötrü, o məqsədlə və s. sözləri işlənir və budaq cümlə vasitəsilə izah olunur, məs:

Bunları ona görə deyirəm ki, mənim vəziyyətimdən xəbərdar olasınız.

Baş cümlədə qəlib söz olmur, budaq cümlə baş cümlədən sonra gələrək ona bağlayıcı ilə bağlanır.

II tip. Səbəb budaq cümləsinin ikinci tipi – “budaq cümlə+baş cümlə” quruluşu canlı danışıq dilində işlənir, budaq cümlə baş cümləyə nə üçün, nə məqsədlə bağlayıcı sözləri ilə bağlanır.

Aşağıdakı fərqli xüsusiyyətləri vardır:

1.Səbəb budaq cümləsi xəbəri, onun aid olduğu baş cümlə isə nəticəni bildirir.

2.Bunları sadələşdirdikdə səbəb budaq cümləsi səbəb zərfliyinə, məqsəd budaq cümləsi məqsəd zərfliyinə çevrilir və s.

3.Şərt budaq cümləsi

Baş cümlədə ifadə olunan hərəkətin və ya əlamətin şərtini bildirir. Bağlayıcı vasitələrə, baş və budaq cümlənin yerinə görə budaq cümlənin iki tipi vardır

I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir, budaq cümlə baş cümləyə əksərən ki bağlayıcı bəzən də yanlız intonasiya ilə bağlanır.

II tip. Budaq cümlə + baş cümlə quruluşlu belə cümlələri bağlayıcı vasitələrə görə dörd yerə ayırmaq olar

1.Asintetik şərt budaq cümlələri

Budaq cümlə baş cümləyə yanlız intonasiya ilə bağlanır.

2.Sintetik şərt budaq cümlələri budaq cümlə baş cümləyə -sa, -sə şəkilçisi, isə köməkçi sözü və onun ixtisarı (-sa, -sə) ilə bağlanır

Şərt budaq cümləsinin bu növü baş cümləyə -a, -ə arzu şəkilçi ilə bağlanır.

3.Analitik şərt budaq cümlələri. Baş cümləyə əgər (ki), madam ki, indi ki, bir halda ki, bağlayıcı sözləri və ya ki ədatı ilə balanır.

4.Analitik-sintatik şərt budaq cümlələri şərt budaq cümləsinin bu növü əksər, hərgah bağlayıcıları sözləri və -sa, -sə şəkilçisinin birgə işlınməsi ilə formalaşır.

Baş cümlədə işin icra vəziyyətinə görə budaq cümlə baş cümlə quruluşlu şərt budaq cümlələrini üç qrupa ayırmaq olar:

1.Baş cümlədə iş icra edilmiş olur.

2.Baş cümlədəki iş icra edilməyib və icra edilməsi artıq mümkün deyildir.

3.Baş cümlədəki işin icrası budaq cümlədəki işdən asılıdır budaq cümlədə ifadə olunan iş icra edilərsə, baş cümlədəki işin də icra ediləcəyi ehtimal olunur. Məs: Qoca aslan qəzəblənsə qabağına keçəni parçalar (Ə.Vəliyev).

4.Qarşılaşdırma budaq cümləsi

Tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin məzmunu bir-biri ilə qarşılaşdırılır, müqayisə edilir fərqləndirilir və ya biri digərinə güzəştə gedir məs: Qoltuq ağacına dayanıb yeridiyimi gördüsə də halıma acımadı (Ə.Vəliyev).

Qarşılaşdırma budaq cümləsi də iki tipi özünü göstərir.

I Tip Qarşılaşdırma budaq cümləsinin bu tipində budaq cümlə baş cümldən sonra işlənir və ona ki bağlayıcısı ilə bağlanır.

II Tip Qarşılaşdırma budaq cümləsinin II tipi daha çox işlənir. Əsas bağlayıcı vasitələri nə qədər hər nə qədər, hərçənd bağlayıcı sözləri-sa sə şəkilçisi da (də) və belə ədatları, bir sıra nisbi əvəzliklər və intonasiyadır məs: İyirmi üç yaşı olsa da can-cüssədən uşağa oxşayırdı.


Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin