Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim



Yüklə 158,52 Kb.
səhifə11/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   7   8   9   10   11   12   13   14   ...   58
Zərfi birləşmələr. Əsas tərəfi zərflərdən ibarət olan birləşmələrə zərf birləşmələri deyilir. Əhmədlə yanaşı, yeldən iti, bir qədər asta.

Əsas tərəfi əsasən tərz zərflərindən ibarət olur böyük cəsarətlə, bi qədər asta, xeyli cəld.

Yer və zaman zərflərindən ibarət olur. Xeyli sonra, bizdən irəlidə

Yanaşma əlaqəli zərf birləşmələri. Sifət+zərf, say+zərf

Böyük cürətlə, xeyli sakit

İdarə əlaqəli zərf birləşmələri. İsim+zərf, əvəzlik+zərf

Atdan yeyin, hamıdan tez, onunla yanaşı.


CÜMLƏ HAQQINDA ÜMUMİ MƏLUMAT

CÜMLƏNİN MƏQSƏD VƏ İNTONASİYAYA GÖRƏ NÖVLƏRİ

Plan:

1.Cümlə və onun əlamətləri

2.Cümlənin təsnifi

3.Cümlənin məqsəd və intonasiyaya görə növləri:

a)Nəqli cümlə

b)Sual cümləsi

c)Əmr cümləsi

d)Nida cümləsi

Ədəbiyyat

1. 1.Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov.Müasir Azərbaycan dili. Sintaksis IV hissə, Bakı, Maarif, 2007

2.Z.Budaqova. Müasir Azərbaycan ədəbi dilində sadə cümlə. EA.nəşri, Bakı-1963.

3.Q.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Ünsiyyət Bakı-2000.

Cümlə hər bir dilin qanunları əsasında qrammatik cəhətdən formalaşan və bitmiş fikir ifadə edən nitq vahididir. Cümlə fikir mübadiləsi və ən mühüm ünsiyyət vasitəsidir.

Cümlə sözlərin sadəcə, əlaqəsiz yığımından ibarət olmur. Cümlədəki sözlər müəyyən qaydalar əsasında birləşir, həm məna, həm də qrammatik cəhətdən bir-biri ilə əlaqədar olur, biri digərini aydınlaşdırır, izah edir və buradan da cümlə və onun məzmunu doğur. Azərbaycan dili aqqlütinativ dillərdən olduğu üçün bu dildə hal şəkilçiləri və felin təsrif formaları cümlənin qurulmasında mühüm rol oynayır. Sözlər müxtəlif şəkildə dəyişərək əlaqələnir və danışanın məqsədindən asılı olaraq cümlənin lazımi şəkildə formalaşmasına səbəb olur. Dilin qanunları dedikdə, cümlədə ifadə olunan modal münasibət, xəbərdə özünü göstərən predikativlik əlamətləri və şifahi nitqdə dilin özünəməxsus səciyyəvi intonasiya xüsusiyyətləri əhatə olunur.

Cümlə üçün üç mühüm varlığı vacibdir. 1.Predikativlik, 2.Bitmə intonasiyası, 3.Modallıq.

Bu əlamətlər vəhdət təşkil edir və sözlərin, söz birləşmələrinin cümləyə çevrilərək fikir ifadə etməsində həlledici rol oynayır. Predikativlik sözlərin varlıq haqqında müəyyən məlumat verməsi ilə ölçülür. Burada bir şey ya təsdiq, ya inkar edilir, ona münasibət bildirilir. Müəyyən hadisə haqqında məlumat vermək və ya məlumat almaq nəzərdə tutulur. Predikativlik sözlərin müəyyən qaydada düzülüşündən və müəyyən qrammatik üsullarla əlaqələnməsindən meydana gəlir. Burada modallıq, zaman və şəxs kateqoriyaları əsas rol oynayır. Bu kateqoriyalar dildə danışanın həqiqətə münasibətini bildirir və predikativliyin yaranmasında birinci dərəcəli rol oynayır. Bu əlamətlərdən mərhum olmuş dil vahidi ya ayrı-ayrı leksik vahidlərdən-sözlərdən, ya da söz birləşmələrindən ibarət olaraq qalacaqdır. Məs: səhər, kitabı oxumaq və s bu kimi söz və birləşmələrdə dediyimiz əlamətlərin heç biri yoxdur. Ona görə də varlıq haqqında heç bir məlumat verə bilmir. Lakin bunlara həmin əlamətləri artırsaq artıq cümlə olar və varlıq haqqında müəyyən məlumat verə bilər. Məs: səhərdir, kitabı oxudum.

Predikativliyin tamamlanmasında ikinci bir mühüm əlamət-cümləyə məxsus intonasiyanın işlənməsidir. Cümlənin əmələ gəlməsində və ümüumiyyətlə ünsiyyət prosesində intonasiyanın rolu olduqca böyükdür.

İntonasiya ilə predikativlik vəhdətdə olub birlikdə çıxış edir. İntonasiya predikativliyin tənzimedicisi kimi çıxış edir və onu tamamlayır. Bəzən isə elə hallar olur ki, öz-özlüyündə cümlə kimi formalaşmayan və predikativ münasibət bildirməyən hər hansı söz və söz birləşməsi intonasiya vasitəsi ilə cümləyə çevrilmiş olur.

Yay günü.... Yol üstü...Ağac kölgəsi...

Kölgədə bir gəlin oturmuş yalqız

Yay günü, yol üstü, ağac kölgəsi birləşmələri ayrılıqda predikativ münasibət bildirmirlər, lakin intonasiya sayəsində cümlə kimi formalaşıb fikir ifadə edirlər. Deməli burada cümləni yaradan intonasiyadır. Ürək böyük arzular çox yollar uzun səbrimsə az ... mübtəda və xəbərdən ibarət sadə cümlələrdir. Burada xəbər şəkilçiləri ixtisara düşmüş, intonasiya sayəsində cümlə əmələ gəlmişdir.

Cümləyə məxsus intonasiya və predikativlik cümlənin bir-biri ilə çox möhkəm əlaqədə olan iki elə vacib şərtidir ki, cümləni onlarsız təsəvvür etmək olmaz. Cümləyə məxsus intonasiya mətndə cümlələrin sərhədini, bir cümlənin harada başlayıb harada qurtardığını müəyyənləşdirmək, cümlələrin bir-biri ilə əlaqəsini aydınlaşdırmaq üçün də əhəmiyyətlidir.

Cümlənin əsas əlamətləri sırasında modallıq da xüsusi əhəmiyyətə malikdir. Hər bir cümlə müəyyən bitmiş fikir ifadə etməklə yanaşı, həmin fikrin həqiqətə münasibətini də göstərir. Ona görə də predikativlik və intonasiya kimi, modallıq da cümlənin daimi əlamətlərindən hesab olunur.

Modallığın mühüm ifadə vasitələri modal sözlərdir. Modal sözlərlə yanaşı, müxtəlif söz və ifadələrin birləşməsi əsasında saysız modal konstruksiyalar yaratmaq mümkündür. “Ara sözlər” adlandırılan bu cür konstruksiyaların hamısı modal münasibət ifadə edir. Lakin bunların hamısı modal sözlərdən ibarət deyildir. Modallığın qrammatik-morfoloji vasitələri də vardır ki, buraya felin əmr, arzu, vacib, lazım, şərt formalarının şəkilçiləri daxildir. Modallıq cümlədə zəif və ya qabarıq ifadə oluna bilir.

Bəzi cümlələrdə heç bir əlavə münasibət olmadan müəyyən fikir ifadə edildiyindən modallıq zəifləyir və özünü xüsusi şəkildə göstərə bilmir. Məs: Rəssam gözlərini Mədinədən çəkmirdi, Mədinə də bu gözlərə baxırdı. Bəzən modallıq özünü qabarıq şəkildə göstərir. O, bu gün şəhərə getməli idi. Cümlədəki modallıq xüsusi sözlər vasitəsilə daha da qüvvətləndirilir və yeni məna çalarlıqları kəsb edir. Beləliklə aylar gəlib keçdi, Zəhra evə qayıtmadı.

Azərbaycan dilində cümlə bir neçə cəhətdən, bir neçə prinsip əsasında təsnif edilir.




Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin