Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim


Təfəkkürün dünyasında yol getməyi



Yüklə 158,52 Kb.
səhifə19/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   15   16   17   18   19   20   21   22   ...   58
Təfəkkürün dünyasında yol getməyi sevərdim mən---- mürəkkəb

Tamamlıq ifadə vasitələrinə görə mübtədanı xatırladır. Mübtəda kimi tamamlıq da isim, sifət, say, əvəzlik, məsdər, feli sifət tərkibləri ilə ifadə olunur. Lakin mübtədadan fərqli olaraq tamamlığın ifadə vasitələri daha genişdir. Çünki mübtəda yanlız adlıq halda olan söz və birləşmələrlə işləndiyi halda, tamamlıq ismin dörd halında-yönlük, təsirlik, yerlik, çıxışlıq hallarında olan sözlər və birləşmələrlə ifadə olunur.

Bundan əlavə, üçün, ötrü, ilə, qarşı, haqda, barədə, haqqında, barəsində və s. qoşmaların qoşulduğu sözlər və birləşmələr də qeyri-müstəqim obyekt bildirməklə cümlədə tamamlıq vəzifəsində işlənir.

Tamamlıq qeyd edilən nitq hissələri və söz birləşmələri içərisində daha çox isim, əvəzlik və məsdərlə ifadə olunur.

Mən gözləmənəm, buğda çıxar ver bəbəyindən! Çəltik də gətir, arpa da, buğda da əkinçi!

Sifət, say, işarə əvəzlikləri və feli sifətlər tamamlıq vəzifəsində işlənmək üçün isimləşmiş olurlar. Təzə gözəl görən kimi köhnəni unudurlar. Bunu uşaqlara çoxdan danışıblar.

Qoşmalı sözlər və birləşmələr tamamlıq vəzifəsində işlənməklə qeyri-müstəqim obyektlə hərəkət arasında əlaqə yaratmış olur. Nə barədə söhbət edirsiniz? Vətənimin havasıyla gəncləşirəm.

Substantiv ismi birləşmələr, məsdər və feli sifət tərkibləri əsasən mürəkkəb tamamlıq vəzifəsində çıxış edir. Gözəllik eşqindən yaranmış cahan. Hər tərəfi tüstü-duman tutmuşdu.

Qeyd etdiyimiz kimi, tamamlıq obyekt bildirir. Obyekt isə subyektin hərəkəti ilə birbaşa və ya dolayı yolla bağlı olur. Bəzən subyekt öz işini bilavasitə obyektin üzərində icra edir, hərəkət obyekti tam əhatə edir. Mən kitabı oxuyuram. Bəzən isə subyektin hərəkəti obyektlə zəif əlaqələnir. Mən bunu səndən soruşuram.

Hərəkətlə obyekt arasındakı əlaqənin bu cür ikili xarakterinə görə tamamlıqlar iki cür olur: vasitəsiz tamamlıqlar,vasitəli tamamlıqlar.




Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin