Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim



Yüklə 158,52 Kb.
səhifə23/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   19   20   21   22   23   24   25   26   ...   58
İfadə vasitələri.Təyin daha çox sifət, işarə əvəzliyi, feli sifət və feli sifət tərkibləri ilə ifadə olunur. Sifətin əsas sintaktik vəzifəsi təyin olduğundan hər cür quruluş, növ, dərəcə əlamətinə malik olan sifətlər cümlədə təyin vəzifəsində işlənir.

Dərin bir dəryadır şair xəyalı

Ayazlı, şaxtalı bir qış axşamı Yeddi yoldaş olub yola düzəldik.

İşarə əvəzlikləri, bəzi sual əvəzlikləri və yiyəlik halda olan şəxs əvəzlikləri təyin vəzifəsində işlənə bilir.

Bizə bu dağ, bu dərə təslim olsun bir kərə.

Hər insan oğluna hünər yaraşır. Bizim kəndin yaz axşamları gözəl olur.

Təyinlənənin hərəkətlə bağlı əlamətini ifadə etmək üçün ən yaxşı vasitə feli sifətlər və feli sifət tərkibləridir. Sinəsi dəryatək şeirlə dolu Şairin günəşsiz şəhəri yoxdur.

Saylar da yaranış etibarilə isimlərlə, əşya bildirən sözlərlə bağlı olub onları miqdar və sıra baxımından təyin edir. Qoy açılsın min bir çiçək, qizilgüldən ətir çəkək.

Təyin qoşmaların artırıldığı sözlər və birləşmələrlə ifadə olunur. Bu cür təyinlər müqayisə çalarına malik olur. Qayalardan göz yaşı kimi sular sızılırdı.

İsimlər isimlərə yanaşaraq atributivləşir və təyin olur. Gəzirəm addım-addım mirvari qumlar üstə.

Dilimizdə dakı-dəki şəkilçisi ismi sifətlər təyinlənəni zaman və məkan baxımından aydınlaşdırır.

Şahidisən sən dünənki alovların, odların, silinmişdir qoynundakı ayaq izi yadların.

İsmi birləşmələrin əksər tipləri cümlədə təyin vəzifəsində işlənir.

Görmədiniz qələm qaşlı, durna gözlü o gəlini.

Müxtəlif nitq hissələri və söz birləşmələri ilə ifadə olunan mürəkkəb təyinlərə daha çox rast gəlinir.

Təyinlər sadə ifadə vasitələrindən asılı olaraq məna xüsusiyyətlərinə görə fərqlənir:

Sifətlə ifadə olunan təyinlər-əlamət, keyfiyyət

Feli sifətlə ifadə olunanlar-hərəkətlə bağlı əlamət

Sayla ifadə olunanlar-miqdar, sıra

Əvəzliklə ifadə olunanlar-işarə

Qoşmalı sözlər və birləşmələrlə ifadə olunanlar-müqayisə, bənzətmə

Dakı-dəki şəkilçiləri-zamanvə məkan

Təyin cümlənin müstəqilliyi daha az olan üzvüdür


Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin