Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim



Yüklə 158,52 Kb.
səhifə25/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   21   22   23   24   25   26   27   28   ...   58
Tərz-zərfliyi-feli xəbərlə ifadə olunanişin necə, nə halda, nə kimi vəziyyətdə icra olunduğunu bildirir və necə? nə cür? nə halda? nə vəziyyətdə? nə şəkildə suallarından birinə cavab verir.

Tərz zərflikləri aşağıdakı vasitələrlə ifadə olunur:

1.Sadə, düzəltmə, mürəkkəb tərz zərfləri iləAsta yeri kəmər düşər belindən

Baxdı maddım-maddım hamıya bir an. Titrədi astaca gül dodaqları

2.Adverbial sifətlərlə:Nə gözəl yaraşır Muğana ceyran

3.İlə (la-lə) qoşmalı mücərrəd isimlərlə: Ana onları mehribanlıqla qarşıladı.

Mən sevirəm öz yurdumu bir müqəddəs məhəbbətlə

4.Müqayisə və bənzətmə bildirən kimi, tək, qədər və s. qoşmaların qoşulduğu sözlər və birləşmələrlə.

Arzum qalxdı zirvələrə quş kimi,

İllərə nə var ki... ötüşür yel kimi

5.Feli bağlama və feli bağlama tərkibləri ilə. Araq-ərək, ıb-ib-ub-üb, a-ə, madam-mədəm, armaz-ərməz.Gözlərindən yaş süzülərək yanağına axdı.

6.II tərəfi halda, şəkildə, tərzdə, vəziyyətdə və s. sözlərindən ibarət olan ismi və feli birləşmələrlə. İsmayıl kiçik kədərli vəziyyətdə dayanmışdı. Səksəkəli halda ətrafı dinlədi.

7.Frazeoloji vahidlərlə. Min il yola baxdı qulağı səsdə, ancaq dəyişmədi ömrün mənası.

8.Necə? nə cür? nə şəkildə? nə tərzdə? nə vəziyyətdə sual əvəzlikləri ilə?

Köməkçi şikayətləri necə yola verir

Tərz zərfliklərinin aşağıdakı məna növləri var

1.İşin, hərəkətin icra tərzini bildirənlər. Bu növ zərfliklər a)tərzi-hərəkət zərfləri, b)feli bağlama və feli bağlama tərkibləri, c)ilə (la-lə) qoşmaları ilə, d)frazeoloji birləşmələrlə ifadə olunur.

Gözlərindən yaş süzülərək yanağına axdı. Ana onları öz uşaqları kimi mehribanlıqla qarşıladı.

2.Hərəkətin keyfiyyətini bildirənlər: Bu cür zərfliklər adverbial sifətlər, ismi birləşmələr, frazeoloji vahidlər və s ilə ifadə olunur.

Güllü don tikrəm alıb geyərsən, sən də şirin-şirin qoğal yeyərsən. Gözəl durub, gözəl gəzib, gözəl bax.

3.Müqayisə bildirənlər. Müayisə, bənzətmə qoşmalarının qoşulduğu sözlər və birləşmələrlə ifadə olunur. İncə-incə-uncə-üncə şəkilçi feli bağlama tərkibləri ilə.

Gülər əvvəlki kimi hərəkətsiz oturmuşdu. Adamın adı pisliyə çıxınca, canı çıxsa yaxşıdır.

4.İşin icra tərzini və subyektib hal-vəziyyətini bildirənlər. Bu zərfliklər zərflərlə, hal-vəziyyət bildirən hal, vəziyyət, şəkil, tərz və s. sözlərin II tərəfi kimi işləndiyi birinci növ təyini söz birləşmələri, üst, iç, alt, arxa və s. köməkçi sözlərin ismin yerlik halında ikinci tərəf kimi işləndiyi II və III növ təyini söz birləşmələri, feli sifət tərkibləri, feli bağlama və feli bağlama tərkibləri, frazeoloji vahidlərlə ifadə olunur.

Ayaqları əsə-əsə qapıya yaxınlaşdı. İclasdan tutqun bir halda çıxdı. O, başını aşağı salaraq, ayaq üstə dayandı.




Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin