Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim



Yüklə 158,52 Kb.
səhifə26/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   22   23   24   25   26   27   28   29   ...   58
Zaman zərfliyi-xəbərlə ifadə olunan hərəkət və ya əlamətin zamanını bildirir və nə zaman? nə vaxt? haçan? nə vaxtdan? nə vaxtadək? və s. suallarından birinə cavab verir.

Aşağıdakı nitq hissələri və söz birləşmələri ilə ifadə olunur:

1.Sadə, düzəltmə və mürəkkəb zaman zərfləri ilə:

İndi son bahardır, gəlib keçdiyi yay

2.Yönlük, yerlik, çıxışlıq hallarında olan zaman mənalı isimlərlə:

Meşələr, meşələr, doğurdan da siz yayda da, qışda da bir baharsınız!

3.Kim, qədər, dək, can, cən, əvvəl, sonra, bəri, qabaq qoşmalarının qoşulduğu zaman mənalı sözlər və birləşmələrlə.

Sübhə qədər keçik çəkmiş, o yummamış gözlərini

4.İsmi birləşmələrlə

A)O, bu, həmin sözlərinin və sayların il, ay, gün, vaxt, zaman, an, dəqiqə, saniyə saat sözlərinə yanaşması yolu ilə yaranan ismi birləşmələr.

Bir gün bu dünyadan köçəcəyəm mən, ulduzlar, ay, günəş doğacaq mənsiz.

B)feli sifət və feli sifət tərkiblərinin an, vaxt, zaman tipli sözlərə yanaşması ilə: quşlar dilə gəlir, ana nəfəsi bala nəfəsinə toxunan zaman

C)qarşılıqlı tabelilik əlaqəsində olan ismi birləşmələrlə. Əriyir yaz günü quzeylərdə qar.

5.Feli bağlama və feli bağlama tərkibnləri ilə. Səhər məni yola salanda hava çox yaxşı idi.

6.Nə zaman? nə vaxt? haçan? nə vaxtadək? nə vaxtdan? və s. sual əvəzlikləri ilə. Siz nə vaxt gəlmisiniz?

Zaman zərflikləri xəbərlə ifadə olunan hərəkət və əlamətin ümumi zamanını bildirməklə yanaşı, hadisəni müxtəlif zaman kəsiklərində də ifadə edə bilir. Buna görə də aşağıdakı məna növlərinəayrılır:

1.Ümumi zaman bildirənlər. Nə qədər zərbələr dəyib bu xalqa, daim gözlərini tutub duman, şən.

2.Hərəkətin, əlamətin çıxış, başlanğıc zamanını bildirənlər. Dedi bilməz idim binadan, başdan, öyrənmişəm gözü çıxmış qardaşdan.

3.Hərəkətin, əlamətin qurtaracaq zamanını bildirənlər. Beşiklər üstündə bir çıraq təkin Analar subhəcən ürək yandırır.

4.Hərəkətin və əlamətin həm başlanğıc, həm də qurtaracaq zamanını bildirənlər. İlin əvvəlindən sonuna qədər xeyli iş gördük....




Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin