Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim


XÜSUSİLƏŞMƏ. DƏQİQLƏŞDİRİCİ XÜSUSİLƏŞMİŞ ÜZVLƏR



Yüklə 158,52 Kb.
səhifə32/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   28   29   30   31   32   33   34   35   ...   58
XÜSUSİLƏŞMƏ. DƏQİQLƏŞDİRİCİ XÜSUSİLƏŞMİŞ ÜZVLƏR

Plan:

1.Xüsusiləşmə haqqında ümumi məlumat

2.Cümlə üzvlərinin xüsusiləşməsi

Ədəbiyyat

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov.Müasir Azərbaycan dili. Sintaksis IV hissə, Bakı, Maarif, 2007.

2. Müasir Azərbaycan dili. III cild-sintaksis, Elm, 1981.

3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.

Cümlə üzvlərinin bir qismi məna birliyinə, intonasiyaya və ya fasiləyə görə cümlənin digər üzvlərindən ayrılır ki, buna xüsusiləşmə deyilir. Xüsusiləşməni əmələ gətirən qrammatik şərait müxtəlif ola bilər. Azərbaycan dilində aşağıdakı hallarda xüsusiləşmə əmələ gəlir.

1.Xüsusən, xüsusilə, ələxsüs, o cümlədən, illah da, özü də, hətta və bu kimi sözlərin köməyi ilə xüsusiləşmələr düzəlir: Məsələn, O bəzən ailəsini hətta özünü belə unudardı.

2.Dilimizdə qoşmalar və digər idarəedici sözlər də xüsusiləşmə yarada bilər. Məs: Bina bünövrə üstə duran kimi, bu iş də o kağız üstə duracaqdır.

3.Xüsusiləşmə yaradan səbəblərdən biri də cümlədə söz sırasının dəyişilməsi nəticəsində axıra keçən cümlə üzvünün qoşulma əlaqəsi ilə sadə cümləyə bağlanmışdır. Məs: İcazə ver, bircə piyalə içim, iştaha üçün.

4.Cümlədə əlaqənin işlənməsi də xüsusiləşməyə səbəb olur.

Əlavə izahat vermək məqsədi ilə cümləyə daxil edilən və ayrıca məna birliyinə malik olan üzvlər də xüsusiləşir.

Mübtəda əlavə şəkildə xüsusiləşmədən başqa xüsusən, ələlxüsus, xüsusilədə hətta o cümlədən sözləri ilə də xüsusiləşir.

Məs: Fəhlələrin hamısı, hətta İsmayılzadəni köhnədən tanıyanlar da onun salamını sadəcə bir hörmətlə alıb, yenə uzaqlaşdılar.

Tamamlığın xüsusiləşməsi. Başqa , savayı, qeyri və əlavə sözlərində biri ilə idarə olunan isim və ismi birləşmələr xüsusiləşir. Başqa, qeyri sözləri yalnız idarəedici vasitə kimi işləndikdə xüsusiləşmə əmələ gəlir.

Əgər xüsusiləşmiş tamamlıqda və cümlənin yerində qalan hissəsində yeni cinsli obyektlərdən bəhs olunursa onda xüsusiləşmədən kənardakı obyekt haqqında söylənən fikir, xüsusiləşmiş tamamlığın ifadə etdiyi obyektə də aid olur. Məs: Zati-ailələri, rəsmi vəzifədən başqa bir də hər insanın vətəndaşlıq borcu var.

Xüsusiləşmiş tamamlıqdakı obyekt bir cins kimi ondan kənardakı növ olan obyektin bir hissəsini, bütövünü təşkil edərsə, onda bütöv haqqında söylənən fikir hissəyə aid olmur.

Xüsusiləşmiş tamamlığın ifadə etdiyi obyekt bütöv haqqında söylənən fikirdən kənarda qalır. Bu cür xüsusiləşmiş tamamlıqlar istisna olmaq xüsusiyyəti daşıyır və s.

Xüsusiləşmiş tamamlıqların bir tipi də xüsusən, xüsusilə, ələləxüsus, o cümlədə sözləri vasitəsilə əmələ gəlir. Məs: Filosofları xüsusən şərq filosoflarını avaraçılıq səhnəsində yaranan müəmmaların əsasını da həmin ruh məsələsi təşkil edir (M.S.Ordubadi).

Zərfliyin xüsusiləşməsi. Buna səbəb əksər halda onların izahedici sözlər hesabına genişlənməli bir məna bütövlüyü yaratması, xüsusi intonasiya ilə deyilməsi və fasilə tələb etməsidir. Xüsusiləmiş zərfliyin bir neçə növü vardır:

1.Tərzi-hərəkət zərfliyinin xüsusiləşməsi

2.Zaman zərfliyinin xüsusiləşməsi

3.Yer zərfliyinin xüsusiləşməsi

4.Səbəb zərfliyinin xüsusiləşməsi

5.Məqəsd zərfliyinin xüsusiləşməsi

6.Kəmiyyət zərfliyinin xüsusiləməsi

7.Qarşılaşdırma zərfliyinin xüsusiləşməsi

Tərzi-hərəkət zərfliyinin xüsusiləşməsi . Xüsusiləşmiş tərzi-hərəkət zərflərinin müxtəlif tipləri vardır.

-madam, -mədən şəkilçisi feli bağlamaların yaratdığı tərkiblər xüsusiləşmiş üzv vəzifəsi daşıyır.

Zərfliklərin xüsusiləşməsi içərisində müqayisə məzmunlu tərzi-həərkət zərfliklərinin xüsusiləşməsi böyük yer tutur.

Zaman zərfliyinin xüsusiləşməsi. Xüsusiləşmiş zaman zərfliyinin bir neçə tipi vardır. Bunlardan bir qrupu feli sifət tərkiblərinə artırılan isimlərin zaman, vaxt yaxud onları idarə edən zərflərin (sonra, əvvəl, qabaqca, bəzi) və qoşmaların (qədər, dən, can, cəm, kimi) köməyi ilə yaranır.

Bir qrup xüsusiləşmiş zaman zərflikləri feili bağlama tərkibləri ilə ifadə olunur. --arkən, -ərkən, -anda (-əndə), -diqda, -dikdə, -ıncə, -incə, -ünca, -üncə şəkilçili feili bağlamaların əmələ gətirdiyi tərkiblər cümlədə xüsusi bir məna bütövlüyü yaradır intonasiya fasilə və cümlənin o biri hissəsindən ayrılır və xüsusiləşir.

Yer zərfliyinin xüsusiləşməsi. Bu xüsusən, xüsusilə, ələlxüsus, o cümlədən sözlərinin köməyi ilə xüsusiləşir.

Səbəb zərfliyinin xüsusiləşməsi

Bu əsasən feili sifət tərkiblərinə üçün və görə qoşmalarını əlavə etməklə düzəlir. Onun bir başqa tipi nisbət şəkilçisi qəbul etmiş feili sifət tərkibinə -dan, -dən şəkilçisini artırmaqla düzəlir.

Məqsəd zərfliyinin xüsusiləşməsi: sözün üçün, ötrü qoşmalarından birinin qəbul etməsi nəticəsində baş verir.

Xüsusiləşmiş məqsəd zərfliyi əmələ gətirmək üçün “məqsədi ilə” sözündən də istifadə edilir.

Kəmiyyət zərfliyinin xüsusiləşməsi -dıqca şəkilçili feili bağlamalar tərkib şəklində bilavasitə feili xəbərə söykənməzsə, xüsusiləşmə əmələ gətirər: məs: Dəstə yaxınlaşdıqca at ayaqlarının səsi də aydın eşidilirdi. (H.Mehdi).

Qarşılaşdırma zərfliyinin xüsusiləşməsi. Xüsusiləşmənin bu tipi qoşma mənası ifadə edən “baxmayaraq” sözünün daha çox feili sifət və ya feili isim tərkibinə əlavə edilməsi ilə düzəlir.

Baxmayaraq sözü ismi birləşmələrə də artırıla bilər. Məs: Faytonçunun ciddi cəhdinə baxmayaraq atlar yerişlərinə haram qatmaq istəmirdilər. (Ş.Şıxlı).

Qarşılaşdırma zərfliyinin bir tipi feili sifət tərkibinə halda sözünü əlavə etməklə xüsusiləşir. Sədrlik edən Qara Kərəm oğlu iki əlini stola söykəyib bədənini azca qabağa verdiyi halda iclası açdı (M.İbrahimov).

-arkən, -ərkən formalı feili bağlamaların əmələ gətirdiyi tərkiblər də mənaca cümlənin digər hissəsinə qarşı qoyulur və xüsusiləşmə xassələrinə malik olur.

Qarşılaşdırma məzmununa malik olan və xüsusiləşən feili bağlama tərkiblərindən biri də daha çox danışıq dilində işlənən ola-ola, yaza-yaza tipli feili bağlamaların tərkibləridir.



Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin