Hərdənbir dərsə gecikir cümləsinə isə asanlıqla mübtəda artırmaq olar. Adətən belə cümlənin mübtədası əvvəlki cümlələrdə deyilmiş olur. Belə cümlələri şəxssiz cümlələr adlandırmaq olmaz.
Digər mübtədasız cümlələrdə mübtədanı təsəvvürə gətirmək olur, onu formal olsa da, bərpa etmək mümkündür. Uşaqları dekanlığa çağırırlar.
Şəxssiz cümlələr, digər sadə cümlələr kimi, ismi xəbərli və feli xəbərli olur. İsmi xəbərlər isimlər, sifətlər, II və III növ təyini söz birləşmələri ilə ifadə olunur.-dır şəkilçisi ilə indiki zaman, idi, imiş köməkçi sözləri ilə keçmiş zaman məzmunu ifadə olunur. O zaman bahar idi. O zaman bütün Qafqazda qarışıqlıq idi. (isim)
Dostları ilə paylaş: |