Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim


Buraxılış imtahanlarından bir neçə gün sonra bizi təhsil nazirliyinə çağırdılar



Yüklə 158,52 Kb.
səhifə40/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   36   37   38   39   40   41   42   43   ...   58
Buraxılış imtahanlarından bir neçə gün sonra bizi təhsil nazirliyinə çağırdılar.

O dövrdə rus mətbuatında Qafqaz haqqında çox yazırdılar.

Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri vəzifəsində:

1.Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri xəbər formasının III şəxs cəmində zamanda olur.

Bizim gözümüz baxa-baxa camaatı soyurlar. Deyirlər, bülbülü dilə gətirən gülün eşqidir. Dərin sükutdan sonra xan əli ilə işarə etdi, Vaqifi buraxdılar.

2.Əmr şəkli ilə:

Tapşırın, mənə çay gətirsinlər.

3.Vacib iş üçün saxlamışam, gəlib aparmalıdırlar (aparasıydılar).

4.Şərt şəkli ilə: Mənim barəmdə pis danışsalar, sən razı olarsan?

Qeyri-müəyyən şəxsli cümlələr mürəkkəb cümlə tərkibində tabeli və tabesiz mürəkkəb cümlələrin komponentləri kimi də çıxış edir.



Deyirlər, şirindir büsənin dadı. Kəndin o biri başında şivən idi: saç yolub, üz didirdilər.

Qeyri-müəyyən şəxsli cümlələrdə danışanı, dinləyəni işin icraçısı deyil, iş özü maraqlandırır. İcraçının bir mübtəda kimi ifadəsi vacib sayılmır. Lakin bu cür cümlələrdə işi icra edənin qeyri-müəyyənliyi müxtəlif keyfiyyətdə olur. Bəzən qeyri-müəyyənlik az, bəzən çox olur.

1.Cümlədə qeyri-müəyyənlik az olur. İcraçı dinləyənə məlum olmasa da, danışa məlum olur.


Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin