SÖZ BİRLƏŞMƏLƏRİ
Plan
1.Söz birləşmələri haqqında məlumat
2.Sərbəst və sabit birləşmələr
3.Əsas tərəflərinə görə söz birləşmələrinin təsnifi
4.İsmi birləşmələr
5.Feli birləşmələr
Ədəbiyyat
1.Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov.Müasir Azərbaycan dili. Sintaksis IV hissə, Bakı, Maarif, 2007
2.Müasir Azərbaycan dili. III cild-sintaksis, Elm, 1981.
3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.
4.Y.Seyidov. Azərbaycan dilində söz birləşmələri. Bakı, 1992.
Dil sistem xarakter daşıyır. Bu sistemi təşkil edən dil vahidləri özünəməxsus qanunauyğunluqlarla sıralanaraq dilin ümumi mənzərəsini əks etdirir. Bu sistemin bir başında fonem, o biri başınfa isə cümlə dayanır. Fonem dilin ilk, öz-özlüyündə heç bir mənaya malik olmayan vahidi, cümlə isə dilin son, ən mənalı vahididir.
Söz birləşmələri bu silsilədə sözlə cümlənin sərhədində dayanır. Bu baxımdan söz birləşməsi özünəməxsus xüsusiyyətlərə malik sintaktik vahid olmaqla yanaşı, bir tərəfdən sözlə, digər tərəfdən cümlə ilə bağlıdır.
Dostları ilə paylaş: |