Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya



Yüklə 234,22 Kb.
səhifə2/8
tarix22.03.2022
ölçüsü234,22 Kb.
#114932
1   2   3   4   5   6   7   8
Kommunikasiya. Mühazirə-1

Kommunikasiya-müəyyən işarələr vasitəsilə fikir, məlumat, ideya və s.maddi daşıyıcılarla mübadilə, bu və ya digər məzmunun bir şüurdan digərinə (kollektiv və ya fərdi) ötürülməsidir. Ünsiyyət anlayışına çox yaxındır, ilk baxışda eyni təəssürat yaranır, yaxud eyni bir təzahür müxtəlif sözlərlə adlanır.Eynilik həm kommunikasiya, həm də ünsiyyətdə informasiya mübadiləsi prosesinin baş verməsidir.Ünsiyyət sosial xarakter daşıyır, birgə fəaliyyətin tələblərindən yaranan insanların qarşılıqlı əlaqəsinin ayrılmaz hissəsi, idrak və ya emosionalqiymətləndirmə xarakterli məlumat mübadiləsidir.Kommunikasiya informasiyanın ötürülməsidir, mövcudluğu yalnız rabitə zamanı aşkara çıxır-əlaqə kəsilirsə, kommunikasiya da pozulur; ünsiyyət kommunikasiyanın mütləq elementlərindən biridir, amma onun eyni deyil.

İşgüzar kommunikasiya və kommunikasiya terminləri arasında real anlaşmada məzmun, məna fərqi vardır. Oxşarlıq özünü daha çox kommunikasiya anlayışında göstərsə, elmi ədəbiyyatda bu terminlər sinonim kimi işlənsə də, onların hər birinin özəlliyi var. Bu anlayış özündə ümumi dil, ümumi yaddaş, ümumi düşünmək meyarının estetik tələblərini, fikir və təfəkkür mədəniyyətini, nəsillərə ötürmə mexanizmini ehtiva edir. İşgüzar kommunikasiya ünsiyyətə əsaslanır, zəruri əhəmiyyət kəsb etdiyi üçün dəyərini daim qoruyub saxlayır, lakin o həm də müstəqil anlayışdır.

İşgüzar kommunikasiyanın əsas funksiyaları informasiyavericilik (həqiqi, yaxud yalan məlumatların verilməsi), interaktivlik (insanlar arasında qarşılıqlı fəaliyyətin təşkili), perspektivlik (ünsiyyət tərəfdaşlarının bir-birini “həzm etməsi” və bu əsasda qarşılıqlı anlaşmanın yaradılması).Bu sahədə kommunikativ maneələr çoxdur: inamsızlıq; fikrini izah edə bilməmək; nitqin qüsurluluğu; dinləməyi bacarmamaq və s.

İşgüzar kommunikasiya birgə fəaliyyətdə məqsədə çatmaq üçün iştirakçıların intellektual informasiya mübadiləsi, qarşılıqlı əlaqədə münasibətlərin formalaşmasıdır.İşgüzar həyatın sürəti insanlar arasında kommunikasiya vərdişlərinin olmasını zəruri edir. Kommunikasiya subyektin bu və ya digər obyektlə informasiya əlaqəsidir-insanların bir-biri ilə, eləcə də texniki vasitələrin (media, radio, televiziya, internet və s.) köməyi ilə informasiya almaq və ötürmək vərdişlərinin məcmusudur, böyük auditoriya üçün nəzərdə tutulur.

İşgüzar kommunikasiya işgüzar münasibətlərin qarşılıqlı təzahürüdür, informasiyanın müxtəlif forma və məzmununda insanları və xidmətləri əlaqələndirən nitq sözünün sinonimi və texnologiyasının komponentidir.Lakin kommunikasiya bir informasiya ötürücüsündən məlumatın qəbul edən tərəfdən alınmadırsa, işgüzar kommunikasiya insanlar arasında nitq mübadiləsidir.Semiotik münasibətdə onların arasında oxşar və fərqli cəhətlər vardır: əgər ünsiyyətin tərəfdaşları arasında qarşılıqlı əlaqə yaranıbsa, həmin terminləri tam mənasında sinonim kimi qəbul edə bilərik; bu münasibətlər prosesin müəyyən keyfiyyətlərini ehtiva edir, o zaman bu terminlər arasında fərq yaranır:

1.Kommunikasiya informasiya prosesidir, o təkcə insanlarla yox, texniki vasitələr, hətta süni dillərlə də həyata keçirilə bilər, işgüzar kommunikasiya isə insanlar arasında olur, həm praktik, həm də mənəvi informasiya xarakteri daşıyır;



  1. Kommunikasiya subyektin bu və ya digər obyektlə əlaqəsidir, bu zaman təkcə insan yox, hər canlı (heyvan) və ya maşın (texniki vəsait) obyekt rolunda eynilə insan kimi çıxış edə bilər. İşgüzar kommunikasiya isə yalnız fərdi subyektlər – insanlar arasında baş verir;

  2. Kommunikasiya informasiya ötürmə prosesidir, bu funksiyada o, birtərəflidirmonoloqludur, işgüzar kommunikasiya qarşılıqlı əlaqə, münasibətlər prosesidir, ikitərəflidir-dialoqludur.


Yüklə 234,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin