Azərbaycan Respublikasının maliyyə sisteminin ayrı – ayrı əlaqələrinin xarakteristikası
Fənn: Dövlət maliyyəsi Mövzu: Azərbaycan Respublikasının maliyyə sisteminin ayrı – ayrı əlaqələrinin xarakteristikası Maliyyə sistemi iqtisadiyyatın tərkib hissəsi olub və eyni zamanda da dövlət siyasətinin həyata keçirilməsində mühüm yer tutur. Hazırki şəraitdə Azərbaycan Respublikasının maliyyə sistemini öyrənmək lazım geldikdə onun fəaliyyət xüsusiyyətlərini , maliyyə sisteminin həlqələrini dərindən araşdırmaq lazımdır. Ölkə iqtisadiyyatının davamlı inkişafı üçün qeyd etdiyimiz bu şərtlər zəruridir. Maliyyə sistemi- həm bazar münasibətlərinin strukturunda, həm də dövlət tənzimlənməsində əhəmiyyətli rola malikdir.
Maliyyə sistemi cox derin bir tarixə malikdir. Maliyyənin yaranması ilə maliyyə münasibətlərinin fonunda maliyyə sistemi də inkişaf etmişdir. İnkişaf etmiş cəmiyyətlərdə maliyyə, kredit, vergi, büdcə və bu kimi kateqoriyalardan istifadə edilməsi mühüm rol oynayır. Hər bir ölkənin iqtisadi–sosial inkişafına təsir göstərmək üçün maliyyə sistemi başlıca alətlərdən biridir. Maliyyə sistemi və onun həlqələri vasitəsilə dövlət iqtisadi inkişafa, sosial siyasətə təsir göstərir və dövlətin məqsədyönlü stabil və effektiv fəaliyyət göstərməsi üçün maliyyə vəsaitlərini istifadə edir. Bazar iqtisadiyyatına keçid şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsində maliyyə sisteminin rolu daha da artmışdır. Dövlət tərəfindən həyata keçirilən büdcə və vergi siyasətinin köməyi ilə iqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində qarşıya qoyulmuş məqsədlər müvəffəqiyyətlə həyata keçirilmişdir.
ÜDM-un 25-30%-ə qədəri dövlət büdcəsində mərkəzləşdirilir və bu vəsait hesabına ümümdövlət tədbirlərinin maliyyələşdirilməsi həyata keçirilir. Ona görə də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında maliyyə sisteminin rolunun araşdırılması, öyrənilməsi və mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi ən vacib şərtlərdən biridir.
Müəssisələrin maliyyəsi sahə əlamətindən asılı olaraq “sənayenin maliyyəsi”, “nəqliyyatın maliyyəsi”, “kənd təsərrüfatının maliyyəsi”, “əsaslı tikintinin maliyyəsi”, tucarətin maliyyəsi”, “ictimai iaşənin maliyyəsi”, “gömrük maliyyəsi” və sair sahələrin maliyyəsinə ayrılır. Dövlətin maliyyə potensialının yaradılmasında gömrük maliyyəsinin rolu xüsusilə olaraq qeyd edilməlidir. Azərbaycan resbublikasında malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi və şərtlərinin tətbiq olunması, həmçinin gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi zamanı həyata keçirilən gömrük nəzarəti və gömrük siyasətinin həyata keçirilməsindədə gömrük fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Fəaliyyətləri zamanı gömrük orqanları Azərbaycan Respublikasının “Gömrük Məcəlləsi” və , “Gömrük tarifi haqqqında” Azərbaycan Respublikasının qanununa və ölkəmizdəki digər qanunvericilik aktlarına uyğun olaraq fəaliyyət göstərir. İstehsal-kommersiya fəaliyyəti ilə məşğul olmayan idarə və təşkilatların maliyyəsi bu müəssislərdə müxtəlif məənbələrdən (büdcədən, büdcədənkənar fondlardan və s.) ayrılan pul vəsaitləri fondlarından istifadə olunması ilə əlaqədar olaraq əmələ gələn pul münasibətlərini ifadə edir. Dövlət büdcəsi hökumətin sərəncamında olan ən mühüm mərəzləşdirilmiş pul vəsaitləri fondudur. Hökümət büdcə vasitəsilə yenidən bölüşdürülən milli gəlirin xeyli hissəsini öz əlində səfərbərliyə alır. Ölkədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin gəlirlərindən tutulan vergilərin toplanması və ümumdövlət xərclərinin maliyyələşdirilməsi büdcə vasitəsilə həyata keçirilir. İctimai tələbatların ödənilməsipul gəlirləri və yığımlarının bir hissəsinin mərkəzi və yerli hakimiyət orqanlarının sərəncamında səfərbərliyə alınmasını və beləliklə də ümumdövlət pul vəsaitləri fondunun yaradılmasını zəruri edir.Mərkəzləşdirilmiş pul vəsitləri fondunu təşkil etməklə dövlət, eyni zamanda ölkənin bütün təsərrüfatında gəlirlərin və yığımların yaradılması, bölüşdürülməsi və istifadəsi üzərində maliyyə nəzarətini həyata keçirmiş olur.
Büdcə ölkənin sosial-iqtisadi həyatına müdaxilə etmək üçün dövlətin istifadə etdiyi mühüm iqtisadi alətdir. Dövlət iqtisadi artımın və milli pulun sabitliyini təmin edilməsi və məşğulluğun həvəsləndirilməsi yolu ilə ictimai geniş təkrar istehsala təsir göstərir, onu tənzimləyir. Demokratik prinsiplərin inkişaf etdiyi və iqtisadi müstəqilliyin genişləndiyi şəraitdə yeli hakimiyyət orqanlarının rolu və nüfuzu getdikcə artır. Müasir mərhələdə yerli təsərrüfatların əhatə dairəsi genişlənir və yerli hakimiyyət orqanlarının funksiyaları mürəkkəbləşir.
Burada əsas yeri dövlət büdcəsinin tərkibinə daxil olmayan və müəyyən müstəqilliyə malik olan yerli büdcələr tutur. Yerli maliyyənin quruluşu ölkənin dövlət quruculuğu və müvafiq inzibati bölgüsü ilə müəyyən edilir. Yerli maliyyənin tərkibinə şəhər, rayon, qəsəbə və kənd büdcələrinin təhkim olunmuş gəlir və xərcləri daxildir. Ölkənin maliyyə sistemində xüsusi həlqə kimi büdcədənkənar fondlar müəyyən müstəqilliyə malik olmaqla, dövlət büdcəsindən ayrılmış və bilavasitə mərkəzi, bəzi hallarda isə yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Bu fondlara aiddir: sosial sığorta fondu, pensiya fondu, əhalinin məşğulluğuna kömək fondu, məcburi tibbi sığorta fondu, yol fondu və s.
Bu fondların yaradılmasında əsas vəzifə ayrı-ayrı məqsədli tədbirlərin maliyyələşdirilməsindən ibarətdir. Lakin bazar iqtisadiyyatına keçid dövründə yaranan qeyri-sabitlik büdcədənkənar fondların funksiyalarının daim genişlənməsinə səbəb olmuşdur. Maliyyə çətinlikləri ilə əlaqədar olaraq hökümət bu fondları ehtiyat mənbəyi kimi istifadə edir.
Dövlət büdcəsindən fərqli olaraq, büdcədənkənar fondlar qanunverici orqanın ciddi nəzarətinə məruz qalmır və bu da fondların istifadəsini asanlaşdırır, onların həcminin artırılmasında dövlət marağını gücləndirir.
Maliyyə münasibətlərinin müstəqil sahəsi kimi çıxış edən sığorta təbii fəlakət, bədbəxt və s. hadisələrin baş verməsi nəticəsində hüquqi və fiziki şəxslərə dəyən zərərin ödənilməsi üçün sığorta fondunun yaradılması üzrə tədbirlər sistemidir. Sığorta iki formada: məcburi (sığorta münasibətləri mütləq qaydada qanunun gücü əsasında yarandıqda) və könüllü (sığortaçı təşkilatla sığorta olunan arasında müqavilə əsasında) həyata keçirilir.
Sığorta müqaviləsi dedikdə sığorta olunan tərəflə sığortaçı arasında bağlanan saziş nəzərdə tutulur. Tərəflər arasında bağlanmış müqaviləyə görə sığortaçı sığorta hadisəsi baş verdiyi zaman zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi etməyi, sığorta olunan isə müəyyən edilmiş zamanda sığorta haqqı ödəməyi öhdəsinə götürür.
Bazar münasibətləri inkşaf etdikcə sığorta obyektlərinin sayı çoxalır. Bu obyektlərə uyğun olaraq sığorta şəxsi sığorta, əmlak sığortası, mülki məsuliyyət sığortası və tibbi sığorta şəklində aparıla bilər.
Müasir dövrdə maliyyə riskinin, habelə bank kreditlərinin sığortalanması böyük əhəmiyyət daşıyır. Sığorta fondu üzrə vəsaitlərin qalığı bank sisteminin borc ehtiyatlarına daxil edilir və ölkənin iqtisadi tərəqqisinə xidmət edir.
Maliyyə sistemində pul vəsaitləri fondlarının toplanması üsulları xüsusi yer tutur. Dövlətdə müxtəlif mülkiyyət formalarına əsaslanan müəssisə və təşkilatlar, habelə vətəndaşlar arasındakı münasibətlərdə əsasən vergi üsulu tətbiq edilir. Vergi dövlətin müvcudluğunun başlıca amilidir və ölkə ərazisidə fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri əldə etdikləri gəlirlərin nəzərdə tutur. Ölkənin pul vəsaitləri fondlarının toplanmasında könüllü pul ödəmələri (əhalinin banklara əmanətlərini, istiqrazlarını və s.qiymətli kağızların lotoreya biletlərinin satın alınması) böyük rol oynayır.
Azərbaycan Respublikasının maliyyə sistemi və onun ayrı-ayrı həlqələrinin xarakteristikasının öyrənilməsini ən vacib şərtlərdən biri kimi qeyd etməliyik.
Azərbaycan Respublikasınınmaliyyə sistemi - qarşılıqlıəlaqə və qarşılıqlıfəaliyyət göstərən maliyyə münasibətlərinin ayrı-ayrı həlqələrinin məcmusudur. Maliyyə sistemi vasitəsilə pul vəsaitləri fondlarının düzgün bölgüsü,formalaşması və istifadəsi həyata keçirilir və nəzarət edilir. Maliyyəbölgü münasibətlərinindaşıyıcısı hesab edilir. Məhz bu bölgü də müxtəlif təsərrüfat subyektləri arasındabaş verir.
Azərbaycan Respublikasının maliyyə sistemində əsas bölmələrindən biridə büdcə sistemidir. Ölkəmizdə büdcə sisteminə Azərbaycan Respublikasının dövlət büdcəsio cümlədən , Naxçıvan Muxtar Respublikasının büdcəsi və ölkə daxilində olan yerli büdcələrdən ibarətdir..Büdcə və büdcə sistemi dedikdə bu sistemə daxil ola biləcək bütün büdcələrin vahid prinsiplər əsasında fəaliyyətini nəzərdə tutur və onların müstəqilliyinə əsaslanır. Büdcə sisteminin vahidliyi dedikdə onun tənzimləyici mədaxil mənbələrindən istifadə olunmaqla yanaşı məqsədli büdcə fondları yaratmaq, elecədə qarşılıqlı fəaliyyət zamanı yaranan maliyyə ehtiyatlarını müxtəlif ölçülü büdcələr arasında bölüşdürmək vasitəsilə onlar arasında yəni büdcələrinbir birilə qarşılıqlı əlaqəsini təmin etməkdən ibarətdir.
Büdcə sisteminin vahidliyi dedikdə eyni büdcə təsnifatı, eyni büdcə sənədləri və formalarından istifadə etmək , büdcələrin icrasına dair müntəzəm hesabatı və icmal büdcə hesabatını hazırlanmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edilməlidir.