AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ EHTİYATLARI.
Azərbaycanda olan torpaq fondu 8641,5 min ha-dır. Onun 77%-indən istifadə edilir. Respublikada 4227 min ha sahə kənd təsərrüfatında istifadə edilir. Onlar kənd təsərrüfatına yararlı olmayan bedlend ərazilər, bataqlıqlar, dağlıq sahələr və s. ilə birlikdə ölkənin torpaq fondunu əmələ gətirir. Kənd təsərrüfatına yararlı torpaqların 44%-i əkin sahələrindən və şumlardan, 4%-i çoxillik əkinlərdən, 26%-i biçənək və otlaqlardan ibarətdir. Ölkədə əkin sahələri 1454 min ha sahə tutur.
Kənd təsərrüfatında istifadə edilmyən sahələr torpaq fondunun 40%-i qədərdir. Bu torpaqların 13%-ni şəxsi həyətyanı torpaqlar, 12,1%-ni meşələr, 2,7%-ni kolluqlar, 0,8%-ni bataqlıqlar, 3,6%-ni su hövzələri, 31,6%-ni digər torpaqlar (yollar, kəndlər, şəhərlər, sənaye obyektləri) təşkil edir.Azərbaycanda adambaşına 1,08 ha torpaq fondu, 0,2 ha əkin sahəsi, 0,6 ha yararlı torpaq sahəsi düşür.
Azərbaycanın torpaq örtüyünün əmələ gəlməsində refyef və iqlim mühüm rol oynayır. Bu amillərin təsiri nəticəsində respublika ərazisində torpaqlar əsasən şaquli qurşaqlar üzrə yerləşir. Ölkədə torpaqların 25 tipi, 60 yarımtip formaları mövcuddur.
Respublikada şabalıdı torpaqlar (boz-qəhvəyi) 400-800 m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlarda humusun miqdarı 2,5-3,5%-dir. Böyük və Kiçik Qafqaz dağlarında, Gəncə-Qazax və Mil-Qarabağ düzlərində, Acınohur va Ceyrançol alçaq dağlıq zonalarında bu torpaqlar 600 m-ə qədər, Naxçıvanda isə 1000 m-dən də yuxarı qalxır. Aşağıdan yuxarı getdikcə açıq şabalıdı, şabalıdı və tünd şabalıdı torpaqlar bir-birini əvəz edir. Böyük Qafqazda, Kiçik Qafqazda, Gəncə-Qazax və Mil-Qarabağ düzlərində açıq şabalıdı torpaqlar, Acınohurda tünd şabalıdı torpaqlar üstünlük təşkil edir.Dağlarda- 700-2000 m yüksəklikdə dağ-meşə torpaqları əmələ gəlmişdir. Aşağı zonalarda, nisbətən quraq ərazilərdə qəhvəyi dağ-meşə torpaqları yayılır. Seyrək meşələr və kolluqlar bitən bu torpaqlarda humusun miqdarı 5-7%-dir. Yuxarı hissələrdə qonur dağ-meşə torpaqlarına rast gəlinir. Fıstıq və vələş meşələri sahəsində humus 5-6%-ə çatır. Lənkəran vilayətində yağıntıların çox olması ilə əlaqədar qonur dağ-meşə torpaqları geniş sahə tutur. Naxçıvanda isə quraq iqlim olduğuna görə bu torpaq tipi yoxdur.Azərbaycanda-Böyük Qafqazın cənub-şərqində, Qarabağ və Murovdağ silsilələrinin şimalında dağ-qara torpaqları yerləşir. Bu torpaqlarda humus 6~6,5%-dir. Talış dağlarının aşağı hissələrində və Lənkəran ovalığında sarı və qırmızı torpaqlar vardır. Humusu 8-12% olan bu torpaqlarda dəmir-oksidin miqdarı çoxdur.Alazan-Əyriçay vadisi, Samur-Dəvəçi ovalığı və Şollar düzü çəmən-meşə torpaqları ilə örtülüdür. Talış dağlarının şimal ətəklərində allüvial-çəmən torpaqlar, Qızılağac körfəzinin sahillərində, Kür çayı və Baş Şirvan kollektoru boyu bataqlıq-çəmən torpaqları əmələ gəlmişdir.
Dostları ilə paylaş: |