AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOJİ PROBLEMLƏRİ. Azərbaycan dünyanın ən zəngin təbiətinə malik olmaqla füsunkar gözəlliyi ilə seçilir. Bitki, heyvanlar aləmi və insanlar biosferin tərkib hissəsi kimi bir-biri ilə əlaqədə olur. Biosferin tərkib hissəsi olan atmosfer, litosfer və hidrosferdə baş verən fıziki-kimyəvi hadisələr oksigenin və ozonun, aktiv hissəcikləri və minlərlə zərərli maddələrin qarşılıqlı təsiri nəticəsində hava, torpaq və su mənbələri çirklənir. Zərərli maddələrlə çirklənmə dərəcəsi biosferin əsas tərkib hissələrinin fıziki-kimyəvi və digər xüsusiyyətlərindən asılıdır. Ətraf mühitə zərərli maddələrin təsirini müəyyən etmək üçün atmosfer, hidrosfer və litosferin əsas xüsusiyyətlərini və onlarda zərərli maddələrin təsirindən baş verən dəyişiklikləri, fıziki-kimyəvi çevrilmələri öyrənmək vacibdir. Azərbaycan Respublikasının əsas ekoloji problemlərinə torpaqların eroziyaya uğraması, şoranlaşması, su sahələrinin, çayların çirklənməsi, atmosferin çirklənməsi, Xəzər dənizinin çirklənməsi və s. aiddir.