FəNN: ekologiya mövzu 1: ekologiyanin əsas anlayişlari və SİstemliLİYİ



Yüklə 84,08 Kb.
səhifə24/31
tarix01.01.2022
ölçüsü84,08 Kb.
#104983
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
EKOLOJİ PİRAMİDA. Ekosistemin quruluşunu qida xarakterinə görə sxemə salanda ekoloji piramida alınır. Belə piramidanın əsası geniş, zirvəsi dar olur. Piramidanın əsasına cansız təbiətdən üzvi birləşmələr sintez edən orqanizmlər – yaşıl bitkilər, yosunlar və bəzi mikrooqanizmlər qoyulur. Sonrakı pillələrdə hazır üzvi birləşmələr hesabına yaşayan orqanizmlər yerləşdirilir. Beləliklə, piramida fiquru alınır. Lakin, piramidanın dibindən zirvəsinə doğru ardıcıl daralması bütün ekosistemlər üçün mütləq deyildir. Ekoloji piramidanın bir neçə tipi var:

1. Say piramidası – aşağı pillələrdə olan növlərin sıxlığını üst pillələrdə olan növlərin sıxlığı ilə müqayisə edildikdə say piramidası alınır. Növün sayını müqayisə etməklə də qida piramidası alınır. Deməli, say piramidasına görə növləri və növlər qrupunu müqayisə etmək mümkündür. Say piramidası kiçik boylu heyvanların rolunu daha çox göstərir.

2. Biokütlə piramidası – Biokütləyə görə piramidanı yaş və ya quru biokütlə hesabı ilə qurmaq olar. Belə piramida ekosistemdə iri orqanizmlərin rolunu çoxaldır. Cansız təbiətdən üzvi birləşmələr sintez edən orqanizmlərdən (bitkilər, yosunlar) başlayıb axırıncı hazır üzvi birləşmələr hesabına yaşayan orqanimzlərə qədər olanların biokütləsi ardıcıl yerləşdirilir və piramida alınır.

3. Məhsuldarlıq piramidası – Məhsul piramidasını konkret sahədə və vaxtda sayın və biokütlənin artımına görə qurmaq olar.



4. Enerji piramidası – Enerci mübadiləsinə görə qurulan piramida daha dəqiq göstəricidir. Enerji mübadiləsini əks etdirən piramida orqanizmlərin iri-xırda olmasından çox da asılı deyildir. Lakin, piramidanın qurulma prinsipi eynidir.




Yüklə 84,08 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin