FəNN: ekologiya mövzu 1: ekologiyanin əsas anlayişlari və SİstemliLİYİ


Ekosistem haqqında anlayış. Ekoloji sistemlər



Yüklə 84,08 Kb.
səhifə7/31
tarix01.01.2022
ölçüsü84,08 Kb.
#104983
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   31
Ekosistem haqqında anlayış. Ekoloji sistemlər. Müasir şəraitdə ekologiya həyat üçün zəruri olan bir elmi fənn hesab edilir. Ekosistem ekologiyanın əsas funksional vahididir. Bu haqda müxtəlif təyinatlar olsa da belə, onların hamısının mənası eynidir. Y.Oduma görə «Canlı orqanizm və onları əhatə edən cansız aləm bir-birindən ayrılmaz olaraq həmin sahədə daima qarşılıqlı əlaqədə və fəaliyyətdədir. Bunlar arasında olan enerji axını onların biotik strukturunu, maddələrin dövri sistemini dəqiq müəyyənləşdirir. Bax bu münasibət ekoloji sistem deməkdir». Deməli ekoloji sistemi canlı aləmlə onların məskunlaşdığı mühit arasında olan birgə fəaliyyət təşkil edir. Bunlarda maddələr və enerji mübadiləsi qarşılıqlı olaraq baş verir. Ekosistem anlayışı birinci dəfə olaraq ingilis alimi A.Tensli tərəfindən təklif olunmuşdur. Lakin orqanizmlə mühitin birgəliyi konsepsiyası çox qədimdən məlum olmuşdur. XX əsrin əvvəllərində belə bir ideya inkişaf etdirilmişdir ki, mühitdən asılı olmayaraq təbiətdəki fəaliyyətlər eyni qanunauyğunluqla baş verir. Məsələn, dəniz suyu, yeraltı su, içməli su təbiətcə vahidlik sistemi təşkil edir. 43 Ekosistemin ekologiyası adlı yeni bir sistemin yaranması ümumi sistem və sistemli analizə olan təlabatdan irəli gəlir. Bu sistemin baniləri C.E.Xatçinski, R.Marqelf, K.Uatt, V.Petten, Y.Odum sayılır.

Sistem nədir? Sistem müəyyən tərzdə bir-biri ilə əlaqədə və qarşılıqlı təsirdə olan elementlərin birliyidir. Sistemin hissələri onun elementləri adlandırılır. Sistemin elementləri fiziki, kimyəvi, bioloji və ya qarışıq şəkildə ola bilər. Sistemin strukturunu elementlərin qarşılıqlı təsir münasibətləri təyin edir. Qarşılıqlı təsirin özü yeni sistemin yaranmasına səbəb ola bilər. Sistemin əsas xüsusiyətlərindən biri elementlərin ierarxik tabeçiliyidir (aşağı rütbələrin yuxarı rütbələrə tabe olması). Ekologiyada elementar vahid fərdin populyasiyasıdır. Görkəmli alim Q.T.Mustafayevə görə «Bioloji növün konkret ərazidə yerləşən, çoxlu nəsillər boyunca real imkanlar əsasında bir-birilə sərbəst cütləşib öz sayını tənzim edə bilən coğrafi, ekoloji və etoloji sədlər ilə bir-birindən azçox ayrılan fərdlər qrupuna populyasiya deyilir.

Hər bir ekosistem açıq ekosistem adlandırılır. Yəni o, enerji almaq və vermək qabiliyyətinə malik olmalıdır. Hansı ekoloji sistem olursa olsun onun yaşaması üçün cansız təbiət-produsent - konsument-redusent və yenə də cansız təbiət dövriyyəsi lazımdır. Yer üzərində müxtəlif təbii bölmələrdə xeyli miqdarda ekosistemlər mövcuddur. Lakin onlar haqqında tam hərtərəfli informasiyalar yox dərəcəsindədir. Ekoloji sistemləri əsasən yaranma səbəbinə görə iki qrupa bölürlər: təbii və antropogen ekosistemlər. Uzun illər boyu təbii seçmə nəticəsində təkamül etməklə əmələ gələn sistem təbii sistem adlandırılır. Təbii sistem zəngin və davamlı sistemdir. Antropogen ekosistem insanlar tərəfindən müəyyən müddət ərzində yaradılan daima qayğı tələb edən qısa dövrlü ekoloji sistemdir. Ekosistemin komponentlərinin üzvlərinin çox olması onun uzunömürlü və dayanıqlı olmasına səbəb ola bilər. Bu baxımdan Biosfer ən böyük və davamlı ekosistem hesab edilə bilər. Ekosistemlərin fəaliyyət göstərmələri üçün onlar özündən enerji ayırmaqla maddələrin dövri sistemi ilə əlaqədar olmalıdır. Ekosistem eyni zamanda xarici təsirə müqavimət göstərmək qabiliyyətinə malik olmalıdır. Bu mexanizmləri açıqlamaq üçün ekosistemlərin aşağıdakı struktur və digər xüsusiyyətləri ilə tanış olaq. Hər bir ekosistem iki blokdan ibarətdir. Bunlardan biri canlı orqanizmlərin kompleks şəkildə qarşılıqlı əlaqəsidir (biosenoz). İkinci, mühit blokudur (biotop və ya ekotop). Belə olan halda: Ekosistem = biosenos + biotop (ekotop) Ekosistem zoosenoz və mikrobosenozdan ibarət olaraq maddələrin dövri sistemini yarada bilər. Buradan belə bir nəticə əldə etmək olar ki, «Hər bir biogeosenoz ekosistem adlandırıla bilər. Lakin hər bir ekosistem biogeosenoz adlandırıla bilməz».

Növ strukturu dedikdə ekosistemi təşkil edən növlərin sayı və onların sayları arasında olan fərqlər nəzərdə tutulur. Ekosistemdə növlərin sayı haqqında dəqiq məlumat yoxdur. Bu ekosistemdə 100-lərlə kiçik orqanizmlərin olması ilə izah olunur. Növlər müxtəlif olduqda eksosistemdə şərait geniş olur. Növlərin müxtəlifliyi həmçinin eksosistemin yaşından asılıdır. Yeni yaranmış ekosistem yaşa dolduqda onlarda növlərin sayı artır. Yüksək dərəcədə formalaşmış ekosistemdə çoxluğu təşkil edən növlər dominantlar adlandırılır (latınca dominantis - hakim). Dominantlarla yanaşı edifikatlar (latınca edifikator-inşaatçı) da mövcuddur. Bunlara əsasən mühiti yaradan növlər aid edilir. Adətən dominant növ edifikator adlandırılır. Məsələn küknar meşəsində küknar dominant olmaqla bərabər yaratdıqları mühitə görə edifikatordur. Növ müxtəlifliyi ekosistemin ən əsas xüsusiyyətlərindən biridir. Növlərin müxtəlifliyi sistemdə dayanıqlığı mühafizə etmə qabiliyyətinə malik ola bilər. Azlıq təşkil edən növlər müəyyən şərait yarandıqda öz saylarmı artırıb mühitdə dominantlıq yaradırlar. Növ strukturu adətən bitki aləmində onun yarada biləcəyi xüsusiyyətləri öyrənmək üçün istifadə olunur.



Ekosistemin «Trofiki» strukturu. Trofika yunanca qida deməkdir. Hər bir ekosistem özündə bir neçə trofiki səviyyə və yaxud bölmə cəmləşdirir. Birinci səviyyə bitkilər tərəfindən yaradılan səviyyədir. Bu səviyyə avtotrof və yaxud «produsent» adlandırılır. İkinci səviyyə heyvanlar tərəfindən yaradılan səviyyədir. Bu səviyyə heterotrof və ya «konsumentlər» adlandırılır. Axırıncı səviyyəyə ölmüş maddələrlə qidalanan mikroorqanizmlər və göbələklər daxildir. Trofık səviyyələr arasında olan qarşılıqlı əlaqə trofiki zəncir və ya yem zənciri adlandırılır. Bu əlaqənin əsas xüsusiyyəti maddələrin dövri sisteminin yaradılmasından və onlarda olan üzvi birləşmə enerjisinin ayrılmasından ibarətdir.


Yüklə 84,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin