FəNN: ekologiya mövzu 1: ekologiyanin əsas anlayişlari və SİstemliLİYİ



Yüklə 84,08 Kb.
səhifə14/31
tarix01.01.2022
ölçüsü84,08 Kb.
#104983
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   31
AZƏRBAYCANIN FAUNASI Azərbayjanın təbii – coğrafi şəraitinin müxtəlifliyindən asılı olaraq heyvanlar aləmi çox müxtəlif və zəngindir. Azərbaycanda 15 mindən artıq heyvan növü mövcuddur. Bunların 95 % - nı həşəratlar təşkil etsədə bitki örtüyü ilə müqayisədə heyvanlar aləminin daha zəngin olması aydın görünür. Bu çox saylı növlərdən yalnız 92 növ yerli ali onurğalılara 15 növ gətirilmə növlərə aiddir. 343 növü isə quşlar təşkil edir. Xəzər dənizinin faunası 1352 növdən ibarətdir. Faunanın 1074 növü sərbəst həyat keçirən, qalan növlər isə tufeyli heyvanlardır. Balıqların isə 111 növü Xəzərdə yaşayır. Azərbaycanın şirin suları da faunasının zənginliyi ilə seçilir. Şirin sularımızda 535 növ yaşayır ki, bununda 57 növü balıqlardır. Vaxtı ilə Azərbaycan heyvanlar aləmi ilə çox zəngin olsa da, insanların mənfi təsiri nəticəsində heyvanların sayı olduqca azalmışdır. Eramızdan əvvəlki minillikdə Qafqazda o cümlədən Azərbayjanda kərgədan, nəhəng maral, pələng, şir, mağara kaftarı və s. heyvanların nəsli kəsilmişdir. Hazırda respublikada 11 məməli növü, 5 sürünən növü, 21 həşərat növü məhv olmaq təhlükəsi altındadır, onların adları Azərbaycanın «Qırmızı kitab»ına daxil edilmişdir. Bu heyvanlardan nəcib maral, ceyran, cüyür, Dağıstan təkəsi, çöl pişiyi, çay samuru, quşlardan ququşu, sultan toyuğu, qırqovul, turac, boz kəklik, iri arıquşu, ağ leylək və s. Bitkilərə nisbətən az biokütləyə malik olan heyvanlar aləmi biosferdə mühüm yer tutur. Heyvanların sərbəst hərəkəti, yerdəyişməsi, qidalanma, çoxalma xüsusiyyətləri planetin enerji axımı, maddələrin parçalanma, dəyişməsinə kömək edir. Heyvanat aləminin fəaliyyəti sayəsində (ilk konsument kimi) birinci dərəcəli üzvi maddələr ikinci məhsula çevrilir. İnsanların qida – ərzağa, xüsusilə də zülallara tələbini məhz heyvan mənşəli məhsullar hesabına ödəmək mümkündür.


Yüklə 84,08 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin