FəNN: ekologiya mövzu 1: ekologiyanin əsas anlayişlari və SİstemliLİYİ


XƏZƏR DƏNİZİNİN EKOLOJİ PROBLEMLƏRİ



Yüklə 84,08 Kb.
səhifə18/31
tarix01.01.2022
ölçüsü84,08 Kb.
#104983
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   31
XƏZƏR DƏNİZİNİN EKOLOJİ PROBLEMLƏRİ. Xəzər özünün fiziki-coğrafi göstəriciləri ilə unikaldır və çox böyük karbohidrogen xammalı ehtiyatları ilə səciyyələnir. Respublikamızın sosial-iqtisadi həyatında neft sektorunun yüksək əhəmiyyəti vardır. Müasir dövrdə iqtisadiyyatımızın yüksəldiyi bir zamanda Xəzər dənizinin çirklənməsi və mühafizəsi ən aktual və təxirəsalınmaz məsələ kimi daim gündəmdədir. Bakıda neft-qaz istehsalı və emalı, neft-kimya, maşınqayırma, metallurgiya, energetika, tikinti materialları sahələrinin, eyni zamanda avtomobil yollarında intensiv nəzarətin mövcudluğu ümumi ekoloji vəziyyətin gərginləşməsinə səbəb olmuşdur. Bütün bu müəssisələrin sənaye tullantılarının Xəzərə axıdılmasını, dənizin səviyyəsinin qalxması ilə əlaqədar yaranan problemləri, urbanizasiya ilə bağlı mürəkkəb demoqrafik strukturu nəzərə alsaq Bakının və Xəzəryanı ölkələrin, eləcə də Xəzərin mürəkkəb ekoloji vəziyyətini təsəvvür etmək çətin deyil. Son illərə qədər Xəzərin səviyyəsinin dünya okeanı səviyyəsindən 25,5-29,0 metro qədər aşağı düşməsi bu çirklənməni daha da artırmış, dənizin flora və faunası neft emalının çıxarılması ilə əlaqədar olaraq azalmış və korlanmışdır. Xəzərə axıdılan çirkab suların miqdarı Kür və Araz çaylarının illik su balansından 1,6 dəfə çoxdur. Bakı-Abşeron arxipelaqı akvatoriyasının neftlə çirklənməsi bu gün də davam edir. Sənaye müəssisələrindən, məsələn, Toxuculuq və Gön-Dəri zavodundan gün ərzində dənizə 1400-1900 rif çirkab su axıdılır və onun tərkibində hətta təmizlənmədən sonra belə fenolun miqdarı çoxluq təşkil edir.

Bundan başqa Xəzər dənizinə daxil olan çirkləndirici nitratların 94%-i, civənin 82%-i, kadmiumum 95%-i, fosfatların 92%-i çaylar vasitəsilə daxil olur. Eyni zamanda Xəzərə il ərzində daxil olan neft tullantılarının miqdarı 75 149 min tondur. Xozər dənizi hövzəsində 5 ölkə yerləşir və burada əhalinin sayı 186 milyondan çoxdur. Əhalinin indiki artım sürətini götürsək yaxın gələcəkdə Xəzər dənizi hövzəsində əhalinin sayı 260 milyonu keçəcəkdir. Xəzər dünyada tayı-bərabəri olmayan su nəqliyyat qovşağı vasitəsilə Yaxın Şərq, Orta Asiya, Qazaxıstan, Rusiya və Qafqazı birləşdirir. Xəzərin səviyyəsinin intensiv və dövri dəyişməsi sahildə yaşayan əhalini və dənizlə əlaqəli təsərrüfat sahələrini daim böyük çətinliklərlə üzləşdirir. Bu eyni zamanda neft mədənləri və hidrotexniki qurğular üçün də təhlükəlidir.




Yüklə 84,08 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin