Fənn: Fəlakət hallarında humanitar logistika və nəqliyyat servisləri Mövzu: Anbarlaşma və anbar idarəetmə sistemi Plan



Yüklə 33,26 Kb.
səhifə1/21
tarix05.01.2022
ölçüsü33,26 Kb.
#111288
  1   2   3   4   5   6   7   8   9   ...   21

Fənn: Fəlakət hallarında humanitar logistika və nəqliyyat servisləri
Mövzu:Anbarlaşma və anbar idarəetmə sistemi

Plan:

  1. Anbarların təsnifatı;

  2. Anbar sisteminin xərcləri;

  3. Anbar idarəetmə sistemləri.


Anbarların təsnifatı
Müasir bazar iqtisadiyyatında «anbar» anlayışı mahiyyətcə müəyyən növ material resursları, bitməmiş istehsalın qalığı və hazır məhsulların saxlanıldığı, habelə ehtiyatların logistik dövrənin müxtəlif mərhələlərində effektiv idarə edilməsi məqsədinə xidmət edən bina və qurğulardan fərqlənir. Praktikada anbarların müxtəlif təsnifat əlamətlərinin olmasına baxmayaraq sənayacə inkişaf etmiş xarici ölkələrdə firma və şirkətlərin logistik menecerləri tərəfindən aşağıdakı kimi təsnif olunur (şəkil 1).

Təqdim olunan şəkildən göründüyü kimi logistikada anbarlar adətən beş əsas əlamətə görə: logistik aktivliyə münasibətinə, məhsulların növlərinə, mülkiyyət formasına, logistik vasitəçilərə münasibətinə, funksional təyinatına və ixtisaslaşma səviyyəsinə görə təsnifolunur.

Praktik təcrübə sübut edir ki, əksər firma vəmüəssisələr məhsulların daşınması ilə bağlı nəqliyyat xərclərini azaltmaq, material resurslarının dəstləşdirilməsi, onların istehsal istehlakına hazırlanması, habelə ticarət şəbəkələrində xalq istehlakı mallarının satışı prosesini intensivləşdirmək üçün özlərinin xüsusi təchizat sistemi daxilində anbar yaratmaq məcburiyyətində qalırlar.

İstehsal sahələri və ya yerlərində anbarlar təşkilati strukturuna (ümumzavod, sex, sexlərarası, işçi sahələri və s.) və funksional təyinatına görə təsnif olunur. Ümumiyyətlə, sənaye müəssisələrinə məxsus olan anbarlar aşağıdakı əlamətlər üzrə təsnif olunur:

a) fəaliyyət xarakterinə görə - material (təchizat) anbarları, istehsaldaxili (sexlərarası və sexdaxili) anbarlar, satış - əmtəəlik anbarlar;

b) saxlanılan materialın növünə və xarakterinə görə -universal və ixtisaslaşdırılmış anbarlar;

c) binanın quruluşu və konstruksiyasına görə - bağlı, yarımbağlı, açıq, xüsusi (məsələn, bunker xarakterli qurğular, rezervuarlar) anbarlar;

ç) məkanca yerləşməsi və fəaliyyət miqyasına görə -mərkəzləşdirilmiş, sahəvi, sexyanı anbarlar;

d) odadavamlılıq dərəcəsinə görə - yanmayan, çətinyanan və tez alışan anbarlar.

Material anbarları bilavasitə istehsal sahələrinin və yerlərinin zəruri material resursları ilə təminatını həyata keçirir. Belə növ anbarların spesifik xüsusiyyəti ondan ibarətdir ki, onlar əsas istehsalla bağlı sənaye müəssisələrinin anbar təsərrüfatı sisteminə daxil olmaqla yanaşı, eyni zamanda regional anbar sistemləri ilə də əlaqələr qurmaq imkanına malikdir. İstehsaldaxili anbarların yaradılmasının əsas məqsədi istehsal tsikllərində qeyri-bərabərliyi aradan qaldırmaq və müxtəlif istehsal sahələrində ahəngdarlığı təmin etməkdən ibarətdir. İstehsaldaxili anbarlar əsasən nisbətən qısa zaman ərzində hazır məhsul istehsalı üçün lazım olan xammal, material və yarımfabrikatların saxlanılmasına xidmət göstərir və yığım konveyerinə yaxın yerləşdirilir. Bu tip anbarların əsas funksiyası məhsul buraxılışı tempi ilə bölüşdürmə mərkəzlərində məhsullara tələbat arasında ümumi harmoniyanı təmin etməkdən ibarətdir. İstehsaldaxili anbarlar son-yığım sahəsində istifadə olunan hissə və qovşaqların saxlanıldığı yeganə yerdir. Bu anbarlarda hissələr (qovşaqlar), ehtiyat hissələri ilə yanaşı qablaşdırıcı materiallar və yarlıqlarda saxlanılır.

Hazır məhsulların fiziki bölüşdürülməsi və satış şəbəkələrində mövcud olan anbarlar gücünə və xidmət etdiyi əraziyə (regional bölüşdürmə mərkəzləri və bazaları), habelə funksional təyinatı və məhsullar və ya məhsul qrupları üzərində aparılan əməliyyatların xarakterinə görə fərqləndirilir. Praktikada məhsullar və məhsul qrupları üzərində aparılan əməliyyatın xarakterinə görə bölüşdürmə anbarları: tədarükat (istər tədarük edilmiş kənd təsərrüfatı məhsullarını qəbul etmək. emaldan keçirmək, çeşidləmək, çəkmək, təmizləmək, istərsə də istehsal-texniki təyinatlı məhsulların tədarükatı prosesilə bağlı işlərin aparılması) və xüsusi məqsədlər üçün məhsullar saxlanılan anbarlara (dövlətin iqtisadi təhlükəsizliyini təmin etmək məqsədilə yaradılan dövlət ehtiyatı anbarları, istehsalın mövsümi, fasiləli xarakter daşıması ilə əlaqədar yaradılan anbarlar və s.) ayrılır.

Şəkil 11.3 - dən göründüyü kimi mülkiyyət formasına görə anbarlar: xüsusi, dövlət və bələdiyyə mülkiyyətində olan anbarlar formasında qruplaşdırılır.




Yüklə 33,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin