Fənn: Fəlakət hallarında humanitar logistika və nəqliyyat servisləri Mövzu: Anbarlaşma və anbar idarəetmə sistemi Plan


İstehlakçı sifarişlərinin yerinə yetirilməsi ilə bağlı xərclər



Yüklə 33,26 Kb.
səhifə15/21
tarix05.01.2022
ölçüsü33,26 Kb.
#111288
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
İstehlakçı sifarişlərinin yerinə yetirilməsi ilə bağlı xərclər. Bu növ xərclərə anbar uçot əməliyyatlarının (əmtəə-nəqliyyat qaimələrin tərtibi, müvafiq anbar jurnallarında qeydiyyatların aparılması, anbar işləinin cari vəziyyəti haqqında informasiyalarrın əldə edilməsi və s.) aparılması, sifarişlərin qəbulu və onların yerinə yetirilməsi ilə məşğul olan anbar işçilərinin əmək haqları, qablaşdırma və anbar daxilindəə məhsulların daşınmasına çəkilən xərclər aid edilir. Buraya əsasən xərc maddələrindən əlavə taranın yığılması, daşınması, təmizlənməsi və təmiri, tara itkilər və taraların keyfiyyətiin aşağı düşməsi ilə əlaqədar xərclər, habelə material resuslarının digər firma və ya təşkilatın anbarında müvəqqəti saxlanılmasına görə verilən haqlar, məhsulun kəmiyyətcə ekspertizasıya və analizinə çəkilən xərclər, məhsulların işlənməsinə, növlərə ayrılmasına və qablaşdırılmasına sərf edilən materialların dəyəri də daxil edilir.

Qeyd etmək lazımdır ki, tələbin intensiv deyişdiyi bir şəraitdə ona qarşı həssas olan və uyğun surətdə azalan və ya artan formada dəyişən bu xərclər firma və müəssisə səviyyəsində ehtiyatların idarə edilməsi strategiyasından aslı deyil. Buna görə də logistik sistemin fəaliyyət strategiyasının dəyişilməsi ilə adekvatlıq təşkil edən xərclərin müəyyənləşdirilməsi zamanı bu faktoru nəzərə almağa ehtiyac yoxdur. Lakin logistik sistem daxilində və ya müəssisə çerçivəsində məhsul qıtlığının yaranması nəticəsində əmələ gələn xərclər isə bilavasitə sistemin fəaliyyət strategiyasından aslıdır. Çünki, vaxtında qəbul edilən strateji qərarlar belə halların və bununla bağlı xərclərin yaranmasına imkan verir.


  1. Yüklə 33,26 Kb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin