Anbar sisteminin idarə edilməsi xərcləri. Bu xərc maddəsi: a) qaldırıcı-nəqliyyat mexanizmlərinin və anbar vasitələrinin saxlanılması və istismarı xərcləri; b) cari təmir xərcləri; c) idarə aparatının saxlanılması xərclərindən ibarətdir.
Qaldırıcı nəqliyyat mexanizmlərinin və anbar vasitələrinin saxlanılması və istismarı xərclərinin tərkibndə həmin vəsaitlərin amortizasiya ayrılmaları, qaldıcı-nəqliyyat mexanizmlərinin və anbar avadanlıqlarının icarə xərcləri, onların və səyyar təmir emalatxanalarının saxlanılması və istismarına sərf edilən materialların, yancağın, enerjinin və suyun dəyəri daxildir.
Cari təmir xərcləri anbar, bina və tikililərin qaldıcı-nəqliyyat mexanizmlərinin və anbar avadanlıqlarının icarə xərcləri, onların və səyyar təmir emalatxanalarının saxlanılması və istismarına sərf edilən materialların, yanacağın, enerji və suyun dəyəri, habelə onların təmiri ilə əlaqədar olaraq kənar təşkilatlara ödənilən haqları özündə birləşdirir.
İdarəetmə aparatının saxlanması xərcləri baza, anbar və kiçik topdan satış mağazaları, habelə pərakəndə satış şəbəkələrində çalışan işçilərin əsas və əlavə əmək haqqı, müqavilə əsasında idarə və ya anbar işlərinin yerinə yetirilməsi üçün işə götürülən qeyri-siyahı işçilərə əmək haqqı fondundan ödəmələrin məbləği, idarə aparatı işçilərinin ezamiyyəti xərcləri, dəftərxana, mətbəə, poçt-teleqraf və telefon xərcləri, mərkəzləşdirilmiş mühasibatlığın və ya audit palatalarının firma və müəssisə üçün apardığı işlərin haqqı, baza, anbar və mağaza idarə aparatının yerləşdiyi binaların saxlanılması xərcləri, firmnaın və ya müəssisənin tabeçiliyində olan və olmayan gözətçi mühafizə və yanğından mühafizə dəstəsinin saxlanması xərcləri, xidməti gediş-gəliş xərcləri əsasında təşkil olunur.
Logistik anbar sistemləri üçün optimal və əlverişli fəaliyyət strategiyasının tətiq edilməsi üçün qeyd olunan bu xərc maddələri elə seçilməlidir ki, onlar minumum olmaqla bərabər anbar sistemi qarşısında qoyulan tələbləri tam əmin edə bilsin.
Dostları ilə paylaş: |