Fənn: Fəlakət hallarında humanitar logistika və nəqliyyat servisləri Mövzu: Anbarlaşma və anbar idarəetmə sistemi Plan



Yüklə 33,26 Kb.
səhifə6/21
tarix05.01.2022
ölçüsü33,26 Kb.
#111288
1   2   3   4   5   6   7   8   9   ...   21
5. Məhsulların girov saxlanılması. Belə təyinatlı xidmətlər anbar ərazisində və ya kənarda yerinə yetiritir. Məhsulların girov saxlanılması üçün istifadə edilən müvəqqəti anbarlar bir çox hallarda məhsul sahiblərinin ərazisində, məhsulların ehtiyat formasında saxlanıldığı ərazilərdə ayrılır. Anbarın sahibi məhsulları qəbul edir və məhsul sahibinə girov haqqında müvafiq qeydlərə malik çeklər verir. Materialdan girov kimi istifadə etmək bir tərəfdən bölgü kanallarında yaranan gərginliyinazaldılmasına kömək edirsə də, digər tərəfdən firmanın təsərrüfat fəaliyyətinə mənfi təsir göstərir.

Logistik kanalın əsas tərkib elementi kimi ümumi istifadə təyinatlı anbarların fəaliyyətinə aid çoxlu nümunələr göstərmək olar.

Ümumi istifadədə olan anbarlar bir qayda olaraq müxtəlif təyinatlı məhsulların, korporativ anbarlar isə həmişə ixtisaslaşmış məhsulların saxlanılması üçün nəzərdə tutulur. Anbarı layihələşdirmədən əvvəl məhsulların xarakteristikası və həcmini müəyyənləşdirmək lazım gəlir. Bələdiyyə (munisipial) mülkiyyətində olan anbarlar bələdiyyə təşkilatlarının, yerli idarəetmə orqanlarının tabeçiliyində olan anbarlardır. Belə anbarlara rəhbərlik bələdiyyə orqanları tərəfindən həyata keçirilməsinə baxmayaraq onlar da digər anbar növləri kimi icarəyə və ya şərikli istifadəyə verilir. Bu anbarların əsas təyinatı bələdiyyələr tərəfindən istehsalı və ya satışı qadağan edilən məhsulların saxlanılması, yerli istehsalçıları stimullaşdırmaq məqsədilə nadir və ya az tapılan material resursları ilə onları təmin etməkdən ibarətdir.


Yüklə 33,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin