Anbarda məhsulların ehtiyat formasında saxlanılmasınaa çəkilən xərclər. Saxlanma xərclərin məhsul kütləsinin miqdarca azalması və məhsulun keyfiyytinin xarablaşması nəticəsində yaranan itkilər, ehiyatları saxlanılması üçün zəruri olan canlı və maddiləşmiş əmək məsrəfləri aiddir.
Bu xərclərə anbar binalarının və tikililərinin amortizasiya ayırmaları, sığorta haqları, vergi rüsumları, anbar, bina və tikililərinin icarə haqları və onların əsaslı təmir
xərcləri, həmçinin anbar, bina və tikililərin işıqlandırılmasına, su təchizatına, təmizlənməsinə, siqnal sisteminin quraşdırılmasına, təmirinə və istismar edilməsinə, yanğından mühafizə tedbirlərinin həyata keçirilməsinə və başqa bu kimi tadbirlərə çəkilən xərclər daxildir.Əksər hallarda birbaşa hesab edilməyən, dolayı iqtisadi itkilərdə bu xərc qrupuna aid edilir. Anbarda ehtiyat formasında saxlanıan materail resusları, hazır məhsullar, dəstləşdirici məlumatlar müvəqqəti olaraq maliyyə vasitlərinin istifadəsiz qalması və dondurulması ilə nəticələnir. Saxlanılan məhsulların əmtəə formasından dəyər formasına çevrilməsi prosesinin iqtisadi prosesi kimi uzadılması, metromorfozanın çətinliyi məhsul sahibləri üçün müəyyən həcmə iqtisadi itkilərlə başa gəlir. Bu itkilərin kəmiyyəti əmtəə formasında olan maliyyə vesaitlərinin- kapitalın digər sahələrdə istifadəsi (işgüzar aktivlər şəklində) nəticəsində yarana biləcək mənfəət normasının həcminə bərabər götrülür. Lakin nəzərdən qaçırmaq lazım deyil ki, əgər bu vəsait anbar təsərüfatının inkişafina investisiya şəkildə yönəldirilsə, onda qeyd olunan mənfəətdə və ya mənfəət normasından ümumiyyətlə söhbət gedə bilməz və ondan bir qayda olaraq imtina edilir. Məhsulların bölüşdürülməsi sistemi üzrə ehtiyatların həmçinin azaldılmasına səbəb olur. Lakin əlahiddə götürülmüş hər bir anbar üzrə azalsa da, bölüşdürmə sisemi üzrə məcmu ehtiyatlar artır.
Bu ilkin olaraq sığorta ehtiyatlarının yaradılması ilə əlaqədardir. Bir neçe anbarla istehlakçıya qulluq edən, onu konkret material resusları ilə təmin edən istehsalçılar ehtiyatı formalaşdırmalıdır. Anbar şəbəkələrinin azaldılması sığorta ehtiyatlarının ümumi həcmini də azaldır və onların konsentrasiyasına səbəb olur.
Dostları ilə paylaş: |