Anbarda məhsul qıtlığının yaranması ilə əlaqədar xərclər. İnkişaf etmiş ölkələrin praktik təcrübəsi belə xərclərin ayrıca maddə kimi uçota alınmasını bir daha sübuta yetirib. Bu xərclərin konkret nədən ibarət olmasının müəyyələşdirilməsi bir qədər mürəkkəbdir. Lakin önəmli məqam ondan ibarətdir ki, müasir iqtisad şəraitdə istehlakçının bazar hegemonluğunu bazarda aparıcı qüvvə olması faktını bütün istehsalçı firmaların və logistik vasitəçilərin taktiki və strateji planlarının məhz bu isiqamətdə qurulması prinsipini nəzərə alsaq, onlar yüksək xidmət mədəniyyəti və tələblərinə çevik, habelə operativ reaksiya tələb edirlər. Sifariş verilən məhsulların anbarda həmin anda mövcud olmaması nəticəsində real istehlakçı qruplarının itirilməsi və bununla da gələcək dövrlər üçün istehsal edəcəkləri məhsullaa tələbat yarada bilməmək təhlükəsi ilə qarşılaşırlar. Təlabatı ödənilməyən istehlakçılar və ya istehlakçı qrupu real tələbatın ödənilməsi üçün iqtsadi məbələr, yeni bazarlar və ya bazar seqmentləri axtarmaq məcburiyyətində qalır. Daha doğrusu, hər bir element üzrə bazarın kompleks öyrənilməsi həyata keçirməlidirlər. Bu da onlardan müvafiq surətdə canlı və maddiləşmiş əmək sərfi tələb edir. İstehlakçıların bazar tədqiqatlarının aparılması üçün sərf etdikləri xərcləri dolayı formada bu xərc maddəsinə aid emək olar. Ümumi yekunda istehsalçı firmalar və logistik vasitəçilər ayrı-ayrı məhsul növləri üzrə istehlakçı sifarişlərindən məhrum olduqlarından və özləri haqqında müsbət imic yarada bilmədikərinə görə real tərəfdaşa çevrilə bilmirlər və mənfəət itkisi, bazar uğursuzluğu ilə üzləşirlər. iqisadi fəaiyyətlər nəticəsində konkret istehlakçının itirilməsindən yaranan mənfəət itkisi bilavasitə bu xərc maddəsinə daxil edilir.