1. Ofis və yarmarka üçün müvafiq sahələrin verilməsi. Anbarda böyük həcmdə material resursları saxlayan firmalar müəyyən funksiyaların yerinə yetirilməsi üçün bu anbarda öz əməkdaşlarının normal fəaliyyətini təmin edənsahəyə malik olmalıdır. Yarmarka üçün ayrılan sahələrdən gələcək alıcılara firmanın satıcıları tərəfindən öz məhsuliarının nümayiş etdirilməsi məqsədilə istifadə edilir.
2. Məlumatların emal edilməsi (işlənməsi) üçün kompleks avadanlıqların verilməsi. Məlumatların işlənməsi (emalı) üçün təklif edilən avadanlıqlar, müştərilərin avadanlıqları ilə birlikdə ümumi istifadədə olan anbarlarla, habelə öz əməkdaşları ilə əlaqə saxlamağa imkan verir.İstifadəçilər tez - tez anbar heyəti üçün sənədlərin və ya təlimatların hazırlandığı anbar ofisində özlərinin kompyüter terminalını quraşdırırlar. Bir çoxəmtəə anbarları rabitə sisteminə birbaşa giriş imkanlarına malik olduğundan növbəti məhsulgöndərənlər üzrə sifarişləri çox asanlıqla qəbul edir, məhsulgöndərənlərlə ahcılar arasında əlaqələr yaradırlar.