Dərsin icmalı
Peşə :
Fənn: İKT proqramları__________________________________________________
Müəllim: Məmmədova Rübabə________________________________________________
Mövzu: Windows Əməliyyat Sistemində İşçi stol ,Fayl və qovluqlarla iş .
Məqsəd: Windows -un başlanğıc ekranı Masaüstü (Desktop) adlanan sistem obyekti ilə tanış
olmaq ,fayl və qovluq strukturu üzərində aparılan əməliyyatları öyrənməkdir.
Fənlərarası əlaqə : İnformatika , Kompüter texnologiyasının əsasları,Elektrotexnika və s
Əyani vəsaitlər: Dərslik ,Kompüter,iş vərəqləri,plakatlar.
Üsul : Müzakirə xarakterli ,Əqli hücum.
Dərsin gedişi:
Sinfin təşkili : Davamiyyəti yoxlamaq,nəzəri jurnalı təlimata uyğun olaraq işləmək ,yeni tədris
olunacaq mövzunun adını mövzu təqvim planı əsasında qeyd etmək.
Keçmiş dərsin sorğusu:(Frontal sorğu)1 .Əməliyyat sistemi nədir ?
2 Windows əməliyyat sisteminin əsas funksiyası nədən ibarətdir?
3 Windows -un baş menyusu hansı obyektlərdən ibarətdir?
4 Windows -un kontekst menyusu haqqında nə bilirsiniz?
5. Windows -un əsas obyektləri hansılardır ?
Keçmiş dərsin yekunlaşdırılması :Müəllim yeni dərsin izahına başlamamışdan əvvəl tədris
olunmuş mövzuya bir daha qayıdaraq yeni dərslə köhnə dərs arasında əlaqə
yaratdı.Motivasiya quraraq yeni dərsi şagirdlərin iştirakı ilə izah etməyə başladı.
Sinfi fəallaşdırmaq məqsədilə şagirdləri də dərsə cəlb etdi.
Yeni dərsin izahı :
Motivasiya (Problemin qoyuluşu):
Müəllim əqli hücum ---beyin həmləsi ilə sorğu aparır. Lövhədən plakat asır və
plakatdakı sorğu üzrə motivasiya qurur.(Mövzu ilə əlaqədar açar sözlərdən
My Computer
My Documents
istifadə edir)
Masaüstü -iççi stol (Desktop)
Windows -un hansı obyekrləri və idarəetmə elementləri ilə əks olunmuşdur ?
Fayl və qovluq ,onlar üzərində aparılan əməliyyatlar .
Recycle Bin
Taskbar
Müəllim motivasiya mərhələsində şagirdlərin nə bildiklərinə əmin olduqdan sonra
onların nəyi bilmək istədiklərini araşdırır və bunu tədqiqat sualı seçərkən nəzərdə
saxlayır. İnformasiya mübadiləsi və müzakirəsi aparan müəllim şagirdlərin nəyi
bildiklərinə tam əmin olur.
Tədqiqat sualları: İşçi çtol (Desktop) Windows -un obyektləri və Windows -un idarəetmə
elementlərinin əks olunduğu qrafiki mühiti tədqiq etmək ,bu mühitdə fayl və qovluq
strukturu ilə naviqasiyalar və onlar üzərində aparılan əməliyyatları araşdırmaq .
Tədqiqatın aparılması :Müəllim tədqiqatı aparmaq üçün şagirdləri qruplara bölür və qruplara
rəhbər təyin edir.Qruplar müəyyən adlarla adlandırılır və onlara iş vərəqləri paylanır.
Qrup 1 (Monitor )
Qrup 2 (Prosessor)
Qrup 3(Printer)
Qrup 4(Skaner)
İş vərəqi №1
Masaüstü(Desktop) – qrafiki mühitində Windows –un obyektlərini və idarəetmə
elementlərini araşdırmalı. Nişanlar (Piktoqramlar), (Start)Başlat düyməsi ,Məsələlər
paneli,(Taskbar),Dil paneli(Language Bar), Açılışda başlat(Start Up).
İş vərəqi №2
Masaüstünün ( İşçi stolun) fonunu qurmalı , xüsusiyyətlərini dəyişdirməli, işçi masanın
qurulmasının əlavə vasitələrini araşdırmalı .(My Computer,My Documents.Recucle Bin,
Control Panel)
İş vərəqi №3
Fayl nədir? Faylın parametrləri. Fayl strukturu üzərində aparılan əməliyyatlar (Hər hansı bir faylı yaradıb üzərində əməliyyatlar ardıcıllığını aşağıdakı qaydada aparmalı.)
1 Faylı yaradıb , ona ad verməli
2 Fayla baxmalı. Onu işə salmalı
3 Faylın redaktə olunması
4 Faylın yadda saxlanması
5 Faylın adının dəyişdirilməsi
6 Faylın yerinin dəyişdirilməsi
7 Faylların köçürülməsi ,lazım gəldikdə silinməsi.
İş vərəqi №4
Qovluqlar ,qovluqlar üzərində əməliyyatlar ,qovluqların fayllardan fərqi.
Mübadilə: İş vərəqləri toplanır, lövhədən asılır,qrup liderləri tərəfindən təqdim olunur.
Müzakirə: Bu prosesdə müəllim şagirdlərə suallar verir.əsas fikir birgə izah olunur.
Yeni dərsin möhkəmləndirilməsi məqsədi ilə müzakirə prosesi başlayır.
Yeni dərsin möhkəmləndirilməsi:
1 İşçi stol- masaüstü nədir ,o nəyi xatırladır ?
2 İşçi stoldakı element və obyektlərə kiçik şəkillər demək olarmı?
3 Məxsusi İşçi masanın digər elementlərinin əvvəlki oxşarları hansıdır?
4 Fayllar məxsusi adlarla xarakterizə olunurmu,kompüterdə müxtəlif adda ,
müxtəlif görünüşdə məlumatlar vardırsa onları fayl adlandırmaq olarmı?
-
5 Faylların hansı xüsusiyyətləri ( Atribut –rəmzləri) vardır?
-
-
Qovluq nədir ,onun fayldan fərqini necə izah edərdiniz?
7Gündəlik həyatımızda istifadə etdiyimiz qovluqları kompüterdəki ilə eyniləşdirmək
olarmı ?
8 Saysız hesabsız faylların yerləşdirildiyi və həmin faylların tipinə ,müəyyən
xüsusiyyətlərinə görə yığıldığı yerə nə ad vermək olar?
9 Kompüterdə hansı texniki təhlükəsizlik qaydalarına riayət etmək lazımdır ?
Nəticə və ümumiləşdirmə
Şagirdlərin cavabları ümumiləşdirilir.Öz sənətinin yaradıcısı olmaq,kompüteri
müəyyən səviyyədə işlətməyi bacarmaq, kompüterdə işləyərkən texniki təhlükəsiz
qaydalarına hökmən riayət etməyi həmişə diqqət mərkəzində saxlamalı.
Yaradıcı tətbiqetmə: Windows –un işçi masasında fayl və qovluqlarla əlaqəli əməliyyat
yarat.My Documents,My Pictures,My Music qovluqlarını yarat, onlara uyğun çoxlu sayda
faylları verilmiş qovluqlarda yerləşdir və onların klassik formaları ilə uyğunluğunu izah et.
Qiymətləndirmə : Müəllim hər qrup üçün meyar cədvəli hazırlayır və dərsin bütün mərhələlə
rində müəyyən qiymətlərlə qiymətləndirilir.
Qruplar
Meyarlar
|
1
|
2
|
3
|
4
|
Tədqiqat aparır
|
5
|
3
|
3
|
3
|
Əməkdaşlıq edir
|
4
|
4
|
3
|
4
|
Təqdim edir
|
4
|
4
|
4
|
5
|
Nəticə çıxarır
|
5
|
4
|
4
|
5
|
Əlaqələndirir
|
4
|
5
|
3
|
3
|
Tətbiq edir
|
4
|
4
|
3
|
3
|
Yekun
|
26
|
24
|
20
|
23
|
Ev tapşırığı :Öz kompüterində işçi masanı qur,ekranı tənzimlə,parametrləri seç,eyni strukturlu
fayllar yarat ,onları qovluqlarda yerləşdir,adını və nişanını dəyişdir.
Dostları ilə paylaş: |