Fənn: İngilis dili Müəllimə: İbrahimxəlilova Aytən Standart



Yüklə 34,55 Kb.
tarix23.10.2017
ölçüsü34,55 Kb.
#11579

Ş

əki rayon, Orta Zəyzid kənd 2 №-li tam orta məktəb



Fənn: İngilis dili

Müəllimə: İbrahimxəlilova Aytən

Standart: 1.1.2. Dinlədiyi mətndə yeni söz və ifadələri seçir.

2.1.3.Kiçikhəcmli mətnlərin məzmununu danışır.



Təlim nəticəsi: 1. Bədən üzvlərinin adını sadalayır.

2.Bədən üzvlərinin adından istifadə edərək təsvir edir.

3.Sifətlərdən istifadə edərək bədən üzvlərini müqayisə edir.

4.Bədən üzvlərinin funksiyalarını seçir.



Mövzu: Bədən üzvləri

İnteqrasiya: Texnologiya 1.3.2, Musiqi 3.1.1, Biologiya 3.1.1

İş forması: Kiçik qruplarla iş, kollektiv iş.

İş üsulu: Anlayışın çıxarılması, Venn diaqramı, müzakirə.

Resurslar: Şəkil, iş vərəqləri, fləşkart, skelet.

Motivasiya: Sxem göstərirəm, suallar verirəm. Cavabları dinləyirəm və soruşuram:

1.Bunları birlikdə necə adlandırmaq olar?

2.Bunları birləşdirsək nə əmələ gələr?

Şəkil göstərirəm və deyirəm,

“Bu gün biz bədən üzvlərini öyrənirik. Siz aşağı siniflərdə bədən üzvləri haqqənda məlumatlar əldə etmisiniz. Həmin məlumatlardan istifadə edərək bədən üzvləri haqqında bir az da geniş danışacağıq.”

Tədqiqat sualı: Bədən üzvləri hansılardır? Onların funksiyaları nədən ibarətdir?

Tədqiqatın aparılması: Şagirdləri 3 qrupa bölürəm.

I qrup: Knowledge:Find the differences and similarities of the pictures. Write them in Venn diagram.

II qrup: Emotion: Underline the mistakes in the texts and say them correctly.



III qrup: Power: Put the words in the correct places and colour.

4 N-li iş vərəqini qrupların hər birinə verirəm.

True or False. Write the correct actions using these verbs.

Məlumat mübadiləsi: Qrup liderləri öz işlərini təqdim edirlər.

Müzakirə: 1.Bədən üzvləri hansılardır? 2.Mətndə tanış olmayan hansı sözə rast gəldiniz? 3. Onun mənası nədir? 4.Bədən üzvlərinin funksiyaları hansılardır? 5.Funksiyalarına görə onları necə fərqləndiririk? “Head and Shoulders” mahnısını təqdim edirəm və onlara eşitdikləri bədən üzvlərini göstərməyi tapşırıram.

правая фигурная скобка 9 Head and shoulders, knees and toes, knees and toes,

Eyes and ears and mouth and nose 2

Neck and arms and legs and feet

Head and shoulders, knees and toes, knees and toes.

Nəticə və ümumiləşdirmə: Bədən üzvlərinin adlarını sadalayır. Bədən üzvlərinin adlarından istifadə etməklə təsvir edir. Sifətlərdən istifadə etməklə bədən üzvlərini müqayisə edir. Bədən üzvlərinin funksiyalarını anlayır. Bədən üzvlərini funksiyalarına görə fərqləndirir.

Yaradıcı tətbiqetmə: Bədən üzvlərini düzgün qurun və alınmış şəkli təsvir edin. (Kəsilmiş şəkil hissələri verirəm)



Ev tapşırığı: Bədən üzvlərini 4-5 cümlə ilə təsvir edin.

Qiymətləndirmə: Qiymətləndirmə üçün meyar cədvəlindən istifadə edirəm və səviyyələrə uyğun qiymətləndirirəm.

Qruplar
Meyarlar

I qrup

II qrup

III qrup

IV qrup


1.Müşahidə etmə













2.Bədən üzvlərini tanıma













3.Bədən üzvlərini zahiri görkəmə görə təsvir etmə













4.Bədən üzvlərini zahiri görkəmə görə müqayisə etmə













5.Rənginə və formasına görə bədən üzvlərini fərqləndirmə













6.Bədən üzvlərinin funksiyalarını anlama













7.Bədən üzvlərini funksiyalarına görə fərqləndirmə













8.Bədən üzvlərini funksiyalarına görə müqayisə etmə













9.Təqdim etmə













10.Əməkdaşlıq













Səviyyələr:

çətinlik çəkir -



zəif -

yaxşı-



əla -
Yüklə 34,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin