3. Azərbaycan Respublikasının maliyyə siteminin ayrı – ayrı əlaqələrinin xarakteristikası Dövlət krediti maliyyə sistemində xüsusi yer tutur. Dövlət krediti – öz xərclərini maliyyələşdirmək üçün dövlət tərəfindən əhalinin, müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi üzrə kredit münasibətlərini ifadə edir. Dövlət krediti tədiyyələrin könüllü olaraq dövlət xəzinəsinə ödənilməsinə əsaslanır. Dövlət krediti dövlət istiqrazlarını, pul – şey lotoreyalarını və digər qiymətli kağızları yerləşdirmək yolu ilə cəlb edilir. Dövlət krediti eyni zamanda dölətin xarici borcudur ki, bu halda dövlət xarici dövlətlərdən büdcə kəsirini ödəmək üçün kredit alır. Dövlət maliyyəsinin tərkib hissələrindən biri də sığorta fondudur. Sığorta fondu təbii fəlakətlər və bədbəxt hadisələrdən dəyən zərələrin ödənilməsini təmin edir və onların qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinə yardım edir. Maliyyə sisteminin növbəti sferası təsərrüfat subyektlərinin – müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların maliyyəsidir. Müəssisə və təşkilatlar ictimai tələbatı ödəmək məqsədilə məhsul istehsal etmək, iş görmək və xidmət göstərmək üçün qanunla müəyyən edilmiş qaydada yaradılmış müstəqil təsərrüfat subyektidir, hüquqi şəxsdir. Müəssisə və təşkilatlarda gəlirlərin əsas hissəsi formalaşır ki, onlar da sonralar müxtəlif kanallar vasitəsilə yenidən bölüşdürülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslər kommersiya və qeyri – kommersiya təşkilatlarına (müəssisələrinə) ayrılır.
Dövlət krediti dövlət istiqrazlarını, pul – şey lotoreyalarını və digər qiymətli kağızları yerləşdirmək yolu ilə cəlb edilir. Dövlət krediti eyni zamanda dölətin xarici borcudur ki, bu halda dövlət xarici dövlətlərdən büdcə kəsirini ödəmək üçün kredit alır. Dövlət maliyyəsinin tərkib hissələrindən biri də sığorta fondudur. Sığorta fondu təbii fəlakətlər və bədbəxt hadisələrdən dəyən zərələrin ödənilməsini təmin edir və onların qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinə yardım edir.