Fənn: İqtisadiyyatın əsasları İxtisas: Politologiya Tədris ILI



Yüklə 45,62 Kb.
səhifə5/5
tarix24.04.2023
ölçüsü45,62 Kb.
#125797
1   2   3   4   5
Dövlətin maliyyə sistemi

Nəticə və təkliflər
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5 maddəsinə əsasən kommersiya təşkilatları elə hüquqi şəxslərdir ki, onun fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdir.
Kommersiya təşkilatları olan hüquqi şəxslər istehsal kooperativləri, təsərrüfat orqanları və cəmiyyətləri, dövlət müəssisələri, bələdiyyə unitar müəssisələri formasında yaradıla bilərlər. İstehsal – təsərrüfat fəaliyyəti prosesində müəssisələr öz xüsusi vəsaitlərini mənfəət, amortizasiya ayırmaları və məqsədli pul vəsaitləri fondlarının yaradılması hesabına formalaşdırır.
Müəssisələr zəruri hallarda cəlb edilmiş vəsaitlərdən də istifadə edirlər. Cəlb edilmiş vəsaitlər isə: borc alınmış vəsaitlərdən (kredit formasında); səhm buraxılışı və onların satışı hesabına daxil olan səhm kapitalı; konkret investisiya layihələri iştirakçılarının pay vəsaitlərindən ibarətdir.
Müəssisələrin maliyyəsi mikroiqtisadiyyatın əsasını təşkil edir. Maliyyə resurslarının əksəriyyət hissəsi burada formalaşır.
Maliyyə sisteminin ümumi durumu müəssisənin maliyyə vəsaitindən bilavasitə asılıdır. Onlar maddi, əmək və maliyyə resurslarının dəyərcə qiymətləndirilməsinin idarə edilməsinə, onların balanslaşdırılmasının təmin edilməsinə imkan verir.

Ədəbiyyat

  1. S.Məmmədov - Maliyyə, Bakı – 1997

  2. İbadov S. A. İqtisadiyyat. Dərslik. Bakı 2009. 414 s.

  3. A.M.Kərimov və başqaları – Maliyyə, Bakı – 2001

  4. N.Novruzov, X.Hüseynov – Maliyyə, Bakı – 2007



Yüklə 45,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin