Say sistemlərində aparılan sadə hesab əməlləri. Sola və sağa sürüşmə əməliyyatları
Say sistemlərində aparılan sadə hesab əməlləri və sola sağa sürüşmə əməliyyatları haqqında ətraflı məlumat verim:
*Sadə Hesab Əməlləri*:
**Əlavə etmə (Toplama)**: Bu əməliyyatla iki və ya daha çox ədəd əlavə olunur. Nəticə daha böyük bir ədəd olur.
**Çıxarma (Çıxma)**: İki ədəddən biri digərindən çıxarılır. Nəticə daha kiçik bir ədəd ola bilər.
- **Vurma (Çarpma)**: İki ədəd hasiləsinə ədədlərin vurma əməliyyatı deyilir. Nəticə daha böyük bir ədəd olur.
- **Bölmə (Bölmə)**: Biri digərinə bölünür və nəticə onda biri biri olur. Ədəd bölmə 0-a imkan verməz.
2. **Sola Sürüşmə (Shift Left) və Sağa Sürüşmə (Shift Right)**:
- **Sola Sürüşmə (Shift Left)**: Bu əməliyyatda, bir sayı bitləri sola doğru sürüşdürülür. Hər sürüşdürmə nəticəsində, sayının qiymələri daha böyük bir yerdə saxlanır və ən sağdakı bitlər sıfır ilə əvəz olunur. Bu, sayının 2, 4, 8, və s. dərəcələrlə çoxaldılması və ya bölmə əməliyyatlarının təşkil edilməsi üçün istifadə olunur.
- **Sağa Sürüşmə (Shift Right)**: Bu əməliyyatda, bir sayı bitləri sağa doğru sürüşdürülür. Hər sürüşdürmə nəticəsində, sayının qiymələri daha kiçik bir yerdə saxlanır və ən sol tərəfdəki bitlər sıfır ilə əvəz olunur. Bu, sayının 2, 4, 8, və s. dərəcələrlə bölünməsi üçün istifadə olunur.
Sola və sağa sürüşmə əməliyyatları say sistemlərində bit manipulyasiyası və işlənməsi üçün əhəmiyyətlidir. Əlavə etmə və çıxarma əməliyyatları üçün daxili prosseslər tərəfindən istifadə olunurlar.
İNTERNET-in informasiya fazasında axtarışın təşkili
İnformasiya axtarışı istifadəçinin sorğusuna uyğun cavabları özündə əks etdirən sənədlərin və ya həmin sənədlərin göstəricilərinin tapılması prosedurundan ibarətdir. Faktoqrafik informasiya sistemlərindlə istifadəçinin sorğusuna cavab kimi konkret faktlar (verilənlər) təqdim edilir, sənədli sistemlərdə isə informasiya axtarışı nəticəsində istifadəçiyə onun sorğusuna uyğun sənədlər verilir. Bəzən elə hallar olur ki, istifadəçiyə sənədlərin özü yox, onların göstəriciləri (saxlandıqları yer və ya şəbəkə ünvanı (URL) təqdim edilir. İstənilən sənədli və faktoqrafik sistemlərdə informasiya axtarışı, istifadəçinin informasiyaya olan tələbatlarını ödəmək üçün verdiyi sorğu əsasında aparılır.
Bu münasibətlərin istifadə edilməsi üçün İAS-nin nəzəriyyəsinə iki fundamental axtarış daxil edilmişdir. Onlar pertinentlik və relevantlıqdır. Pertinentlik dedikdə sənədin məzmununun istifadəçinin informasiya tələbatına uyğunluğu başa düşülür. İnformasiya tələbatını ödəyən sənədlərə pertinent sənədlər deyilir. Relevantlıq sənədin məzmununun informasiya sorğusuna uyğunluğunun göstəricisidir. Sorğulara cavab verən sənədlərə relevant sənədlər deyilir. İstənilən sistemlərdə lazım olan informasiyanın axtarışı prosesində sənədin axtarış sürətini sorğunun axtarış sürəti ilə müqayisə etməklə sənədin və sorğunun məzmunlarının uyğunluq dərəcəsi müəyyənləşdirilir. Bu cür müqayisə əsasında sənədin sorğuya relevant olub-olmaması təyin edilir.
Ümumiyyətlə informasiya — axtarış sistemlərinin yaradılması üçün əvvəllər proqramçılar və ya mütəxssislər tərəfindən çoxlu sayda proqramlar tərtib edirdilər. Bu proqramların müəyyənləri sənədlərin saxlanması üçün informasiya bazasının (İB) yaradılmasına, müəyyənləri isə istifadəçilərin sorğularına əsasən informasiya axtarışının aparılmasına və alınmış nəticələrin abunəçilərə çatdırılmasına qulluq edirdilər. Hal-hazırda V nəsil maşınlar olan fərdi kompyuterlərdə, yuxarıda göstərilən proseslər tətbiqi proqram paketlərinin (TPP) köməyi ilə yerinə yetirilir.
İstifadəçilər sistemlə interfeys vasitəsilə əlaqə saxlayırlar. Müasir İAS-də istifadəçilərin sistemlə rahat işləmələri üçün müxtəlif menyulardan, formalardan, düymələrdən və s. ibarət olan qrafik interfeysdən istifadə olunur. Burada sistemin girişinə daxil olan sənədlər kağız formada, həm də müxtəlif formalı elenktron variantda ola bilər. Fərdi kompyuterlərə daxil olan sənədlər və sorğular daimi yaddaş qurğusunda (vinçesterdə) fayllar şəklində saxlanılır. Fayllar vinçesterdə cığırlara ardıcıl şəkildə yazılır və onların ünvanları (cığır və sektorlarda) FAT 16 — da yerləşir. Hər bir ünvan üçün 2 bayt və ya 16 bit ayrılır. Onda ümumi ünvanların və faylların sayı 65536 bərabər olacaq.
Sistemin istifadəçiləri
Ümumiyyətlə informasiya — axtarış sistemləri formallaşdırılarkən sistemə daxil edilən informasiya kompyuterləri daimi yaddaş qurğularında müəyyən üsullar vasitəsilə yazılırlar. Həmin üsullardan (metodlardan) ardıcıl yazılma, birbaşa, assosiativ və s. metodları göstərmək olar.
İnformasiya-axtarış displeylərin köməyi ilə dialoq rejimində aparılır. Sistemin istifadəçilərini şərti olaraq müxtəlif qruplara bölmək olar. Məsələn :
sistemlə alqoritmik dillərdə işləyən mütəxəsislər, proqramçılar ;
sorğu və alqoritmik dillərin köməyi ilə sistemlə işləyən istismarçılar ;
dialoq rejimində sistemlə formallaşdırılmış sxemlə işləyən mütəxəsislər.
Axtarış şərtləri
İşlənib hazırlanmış İAS-da sistemin istifadəçilərinin və mütəxəssislərinin sorğularına görə müxtəlif rejimlərdə axtarış aparmaq olar. Onlara aşağıdakıları misal göstərmək olar. 1.* Əgər informasiya axtarışı, bütün informasiya bazası və ya onun istənilən bir hissəsi üçün aparılırsa, İAS — nin işi iki rejimə bölünür :
retrospektiv rejimdə informasiya axtarışı;
seçki rejimində informasiya axtarışı.
2.* Sistemlə əlaqə metodu rejimində işlənirsə aşağıdakı rejimləri misal göstərmək olar:
paket rejimində sorğuların emalı;
dialoq rejimində sorğuların emalı.
Yuxarıda göstərilən rejimlərdə istifadəçilərin sistemə müraciətlər iki növ sorğuların köməyi ilə aparılır:
Həmişə fəaliyyətdə olan (reqlamentli) sorğular;
Birdəfəlik (fərdi) sorğular.
Qabaqcadan tərtib olunmuş reqlament (sorgu dilinə çevrildikdən sonra) növlə sorğular fayllar şəklində xarici yaddaş qurğularında yadda saxlanılır. Burada hər bir sorğunun şifri (açarı) və ya ünvanı qeyd olunur. Sonradan sistemlə işləyən şəxs emal üçün həmin sorğuları əməli yaddaş qurğusuna çağırır və sorğulara görə axtarış aparılır. Buna misal olaraq istənilən neft emalı zavodlarında istehsal olunan neft məhsullarının keyfiyət göstəricilərinin gündəlik, həftəlik, aylıq, kvartallıq və illik qrafik hesablamalarını göstərmək olar (bu halda sorğuların sayı onlarla və ya yüzlərlə ola bilər).
Beləliklə reqlament növlü sorğular adətən paket şəklində olurlar və buraya daxil olan sorğuların sayı yüzlərlə olur.