Bəs, iş qüvvəsinin beynəlxalq miqrasiyasının hər iki tərəf üçün nə kimi nəticələri ola bilər? Bu suala birmənalı cəvab vermək olmaz.
"Zəkaların axını" prosesinin ABŞ-ın iqtisadiyyatı üçün müsbət təsiri haqqında az yazılmamışdır. Təkcə bunu demək kifayətdir ki, XX əsrin 80-ci illərində ABŞ-ın əmək bazarında mühəndislik və kompüter sahəsində iş axtaran elmlər doktorlarının 40%-i mühacirlər olmuşdur. Ali mək-təblərdə texniki fənlərdən dərs deyənlərin də 25%-ni müha-cirlər təşkil etmişdir. XX əsrin 90-cı illərinin ortalarında ABŞ-da 11 milyondan çox mühacir yaşamış və onların bir illik əmək haqqı 240 mlrd. dollara bərabər olmuşdur. Və onlar hər il 90 mlrd. dollar məbləğində vergi ödəmişlər. ABŞ həm də hər il mühacirlərə 5 mlrd. dollar maddi yardım göstərir. Aydın məsələdir ki, mühacirlər ABŞ-ın iqtisadiyya-tının inkişaf etdirilməsində yaxından iştirak edir və öz töh-fələrini verirlər. Bu, özünü elmdə, təbabətdə, incəsənətdə da-ha bariz şəkildə göstərir. Bunu demək kifayətdir ki, təkcə 1998-ci ildə ABŞ-a xaricdən 23,5 min nəfər alim və mühən-dis gəlmişdir.
Lakin qeyd etmək lazımdır ki, inkişaf etməkdə olan ölkələrdən gəlmiş alimlərin çoxu ABŞ-da və inkişaf etmiş di-gər ölkələrdə işlədikdən və özlərinin ixtisaslarını artırdıqdan sonra vətənlərinə qayıtmış və öz ölkələrində elmi məktəb-lərin başlanğıcını qoymuşlar. Bundan başqa, digər peşə sahibləri də-idarəedicilər, həkimlər, inşaatçılar, ixtisaslı işçi-lər–təhsil aldıqdan və maddi vəziyyətlərini yaxşılaşdırdıqdan sonra vətənlərinə dönmüşlər. Çinlilərin, Koreyalıların, Hindlilərin çoxu da öz doğma yurd-yuvalarına qayıtmağa üstünlük vermişlər. Onların hamısı öz ölkələrinə yeni bilik, peşə, ixtisas, ailələrinə isə azuqə gətirmişlər. Başlıca məsələ isə ondan ibarətdir ki, bu ölkələr də öz kadrlarını dəyər-ləndirməli, onlara özlərinin malik olduqları imkanları real-laşdırmaq, işləmək, yaşamaq və yaratmaq üçün normal şərait təmin etməlidirlər.
Dostları ilə paylaş: |